DUA SƏHİFƏSİ
Allahım!
Surətimi gözəl etdiyin kimi, əxlaqımı da gözəl eylə!
***
Allahım, Sevgini və
Səni sevənin sevgisini və
Səni sevməyə məni yaxınlaşdıranın sevgisini
mənə nəsib et.
Allahım! Bizi səadət, salamat, Quran və iman əhlindən eylə, amin. Allahım, Peyğəmbərimiz Həz. Məhəmmədə (s.a.v.) və alinə və əshabına, nüzulundan bu günümüzə qədər Quran oxuyan hər bir oxuyucunun oxuduğu hər bir kəlmənin, hava dalğalarının aynalarında Rəhmanın izni ilə əks edən bütün kəlmələrinin bütün hərfləri ədədincə salat və salam eylə. Və bunlar ədədincə, bizə, ana və atamıza, kişi və qadın bütün möminlərə rəhmətinlə mərhəmət et, ey Ərhamurrahimin. amin. Aləmlərin Rəbbi Allaha həmd olsun.
***
Allahım! Var edən Sənsən, yox edən də Sən; uzaqlaşdıran Sənsən, yaxınlaşdıran da Sən. Sən bizi biz eləməsəydin biz bu duyduqlarımızı duya bilməz və bizə iman sevincinin dadını hiss etdirməsəydin bu söylədiklərimizi mırıldana bilməzdik. Bizə yaxınlığını duyur və mənliyimizdə Sənə qarşı yaxınlaşma həyəcanlarını hiss etdir..
* * *
Ey Rəbbimiz! Əfv etməyəcəyin günahdan, ödənilməyəcək borcdan, asanlaşdırmayacağın çətinlikdən, dəf etməyəcəyin pisliklərdən, şəfası olmayan xəstəliklərdən, hidayətinə aparmayan çaşqınlıqdan, sıratına çatdırmayan yollardan, saleh olmayan övladdan, xeyrə çağırmayan dəvətçilərdən, mərufu əmr etməyən idarəçilərdən, rəhmətinin olmadığı ölümdən, zəfəri olmayan savaşdan, məmnun olmayacağın dünya və axirət istəklərimizdən Sənə sığınırıq, ey mərhəmətlilərin Ən Mərhəmətlisi!


