MÜBARƏK GÜN VƏ GECƏLƏR
BAYRAM VƏ ÖNƏMLİ GÜNLƏR
Milli, dini və ictimai xüsusi bir əhəmiyyəti olub, millət və xalq tərəfindən təntənə ilə keçirilən günlərə bayram deyilir. Bayrama bir qiism xüsusiyyətləri ilə həmin gündə olub, başqa günlərdə olmayan, o günə xas ümumi mərasimlərlə qeyd olunmasıdır. Bayramlar xoşbəxtlik, sədadət və sevinc qaynağı olurlar.
Bayram sözü farsca bazram vəya bezram sözlərindən törəyib; əyləncə və sevinc günü mənalarına gəldiyi bilinir. İslam dinində bayramlara xüsusi bir yanaşma vardır. İslamda bayramlar Allahın insanlara böyük neməti olduğu və insanların hqqı olaraq bildirilmişdir. Bayramlar Həzrəti Məhəmməd (s.ə.s) tərəfindən xüsusi keçirdiyi həfətlik cümə günləri, illik qurban və ramazan bayramlarıdır. Dini bayramlar icri birinci ildə məşru (qərarlaşdırılmaq) qılınmışdır. Həzrəti Məhəmməd (s.ə.s) Hicətlə Məkkədən Mədinəyə gələndə mədinəlilərin iki bayram etdikləri gün var idi. O günlərdə oynayıb, əylənirdilər. Həzrəti Məhəmməd (s.ə.s): “Bu iki günün məna və mahiyyəti nədir? Deyə mədinəlilərə soruşdu. Onlar “Biz cahiliyyə dönəmindən bu bayramları keçiririk” dedilər. Həzrəti Rəsulallah (s.ə.s) buyurdular ki: “Allah Təala sizə qeyd etdiyiniz iki bayram qarşısında onlardan daha xeyirli iki gün lütf etdi: yevm-i idh (qurban bayramı) və yevm-i fitir (ramazan bayramı).
Müsəlmanların həftəlik bayramı olan cümə günündə cümə namazının qılınması, illik qurban bayramında həcc ibadətinin yerinə yetirilməsi, ramazan bayramında isə orucluq ayının bitməsi səbəbi ilədir. Mömünlər bayrama ibadətlə başlar, çünki əsl sevinc Uca Rəbbə ibadətdədir. Bayramlar gətirilən təkbirlərlə sonsuzluğa aşılır, saleh əməllərin artırılması ilə axirət hesabına böyük savablar qazanılır.
Həftəlik bayram – Cümə günü
Səmavi və ya qeyri səmavi dinlərin müqəddəs saydığı günlər vardır. Həmin günlərdə digər günlərdən fəıqli olaraq müxtəlif ibadətlər yerinə yetirilir. Həftə günləri içərisində Yəhudilər şənbə gününü, Xristiyanlar isə bazar gününü müqəddəs qəbul edərlər. Biz müsəlmanlar üçün cümə günü Cənab-i Allah və Həzrəti Rəsulu (s.ə.s) tərəfindən ibadət və toplanma günü olaraq seçilmişdir.
Cümə - toplanmaq, birləşmə mənalarına gələn cəm sözündən əmələ gəlmişdir. Bu kəlimə Quran-i Kərimdə qeyd olunmuş, hətta Cümə adı olan surədə vardır.
Cümə gününə cümə adını vermək həmin gündə müsəlmanların bir yerə toplanıb, orada ibadət və dua ilə məşğul olmaları səbəbi ilədir. Quran-i Kərimdə Cümə surəsində belə buyurulur: “ Ey iman edənlər! Cümə günü cümə namazına azan ilə çağırıldığınızda dərhal Allahı zikr etməyə tələsin, alış verişi buraxın. Əgər bilsəniz bu sizin üçün çox xeyirlidir.” Cümə gününün ən müqəddəs əsası cümə namazıdır. Cümə gününün ən mühim sirri mömünlərin qəlblərini birləşdirməsi və dillərinin bir kəlimədə cəm etməsidir. Cümə günləri ümmətin birlik və bərabərlik simvoludur.
Cümə gününün fəzilətləri:
Cümə günü Allahın mömünlərə bayram qıldığı ən şərəfli gündür. Allah qatında qurban və ramazan bayram günlərindən daha fəzilətli gün cümə günüdür.
Cümə günü Həzrəti Adəm (ə.s) yaradılmış, vəzifəli olaraq cənnətdən dünyaya göndərilmiş, ruhu cümə günü qəbz edilmişdir.
Qiyamətin cümə günü qopacağı xəbəri verilmişdir. Cümə günü vəfat edən şəhid sayılır, qəbr fitnəsindən qorunur.
Mömünlər cənnətdə Cəmalullahı (Allahın cəmalını) cümə günü seyr edəcəklər.
Cümə günü müsəlman ümməti üçün xeyir və bərəkəti artırılmış gündür. Əməllərin savabları cümə gecələri min qatına qalxır. Cümə gününün gündüzündə və gecəsində duaların gizli qəbul saatları vardır. Həzrəti Məhəmməd (s.ə.s) buyurur ki: “Qiyamət günündə hər mərhələdə mənə ən yaxın olanınız dünyada mənə ən çox salat və salam gətirəninizdir. Kim cümə gündüzü və gücəsi mənə salam verərsə, Cənab-i Haqq onun yetmişi axirət, otuzu dünya olaraq ehtiyaxlarını qarşılar.”
İllik bayram - Ramazan bayramı
Ramazan bayramı ilin orucluq ayının sona çatması ilə başlanan hicri təqvimin şəvval ayının ilk üç günündə qeyd olunan bayramdır. Ramazan bayramı bir ay orucla Cənab-i Haqqa yaxınlaşma sevincinin ifadəsi olan bərəkətli və fəzilətli bayramdır. Allaha qarşı vəzifəsini yerinə yetirən hər kəsə yenə Onun verdiyi ilahi nemətdir.
Ramazan - təmizlik, yanmaq və qətilik mənalarına gəlir, dini nəzər nöqtəsindən günahların təmizlənib, paklanması anlamına gəlir.
Ramazan bayramı başqa adlarlada anılır: fitir bayramı, şəkər bayramı... O gün fitir sədəqəsi verildiyi üçün islam ədəbiyyatında “fitir bayramı” adı ilə anılmışdır. Türk xalqlarında bu bayram vaxtı şəkər paylamaq adət olduğunda “şəkər bayramı” adı verilmişdir.
Ramazan bayramında əda edilməsi vacib olan iki təməl əsas vardır: bayram namazını qılmaq və fitir sədəqəsini vermək. Bir hədisi şərifdə Həzrəti Məhəmməd (s.ə.s) belə buyurur: “ Allah Təala ramazan və qurban bayramı günlərində yer üzünə təcəlli edər. Elə isə evlərdən çıxın ki, rəhmət sizə toxunsun.” Belə ki, bayram vaxtı evdə oturmamaq xalqla, camaatla bəarabər bayram sevincini yaşamaq vacibdir ki, bayram gələcək nəsillərin yaddaşında qalsın və qeyd olunsun.
İllik bayram – Arəfə bayramı( Bağışlanma bayramı)
Arəfə günü Qurban bayramından bir gün əvvəl qeyd olunur. Hicri təqvimlə Zilhiccə ayının 9-u həcc ibadətinin iki təməl əsaslarından biri olan Ərafat meydanında tolanmanın qeyd olunduğu gündür.
Arəfə - tanış olmaq, öyrənmək, etiraf etmək və gözəl qoxu mənalarına gəlir ki, islam alimləri arəfəni belə izah edirlər:
Tanış olmaq mənasına görə cənnətdən yer üzünə göndərilən Həzrəti Adəmlə (ə.s) Həvva anamızın görüşdüyü gün arəfə günüdür.
Öyrənmək mənasına görə Həzrəti Cəbrayıl (ə.s) Həzrəti Adəmə (ə.s) həcc ibadətinin şərtlərini öyrətmişdir. Görüşdükləri məkana Ərafat, o günədə arəfə deyilmişdir.
Etiraf etmək mənasına görə hacılar Allahın böyüklüyünü, əzəmətliliyini, özlərinin zəif və aciz olduqlarını etiraf edirlər.
Gözəl qoxu mənasına görə hacılar arəfə günü bütün günahlardan tövbə edib, mənəvi kirlərdən təmizlənib, mənən gözəl qoxulu hala gəlirlər ki, bu səbəblə həmin günə arəfə deyilir.
İslam alimləri arəfə günü təkbir gətirib Allahu Əkbər demək ilə qoca yer kürəsi, öz böyülüyündə Allahu Əkbər qüdsi kəliməsini göylərdəki planet və ulduzlara eşitdirib, milyonlarca hacının Ərafatda bir ağızdan Allahu Əkbər deməsi Rəsuli Əkrəmin (s.ə.s) 1400 il əvvəl ailəsi və əshabı ilə dediyi Allahu Əkbər kəliməsinin əks sədası olaraq İlahi Rububiyyətin “dünyanın və bütün aləmlərin rəbbi” ünvanı ilə təcəllisinə qarşı geniş bir qarşılıq verməsidir.
Qurban bayramı adı ilə bilinən günlər əslində arəfə gün ilə başlayıb, qurbanın dördüncü gününə qədər davam edər. Arəfə günü insanlar təkbir gətirərək Allahdan bağışlnmalarını istəyib, dua edərlər. Həmin gün neçə - neçə mömün bağışlanır, orada Uca Rəbbə nə qədər möhtac olduğunu dərk edir. Həm də tək olmadığını milyonların ibadət və itaətinə şahid olur. Ərafatda insan dua edənlərin səmimiyyətini, səslərin, nəfəslərin duruluğunu duyur.
Həzrəti Məhəmməd (s.ə.s) belə buyurur:“Arəfə günü Cənab-i Haqq cəhənnəmdən azad etdiyi qulların sayı digər günlərdən qat-qat çoxdur.”
Qurban bayramı:
Qurban ərəb dilində qarabə felindən törəmişdir. Bu felin yaxınlıq, yaxınlaşmaq kimi mənaları vardır.
Dini terminologiyada qurban, ibadət məqsədi ilə xüsusi keyfiyyətlərə sahib heyvanın kəsilməsi mənasındadır. Bu məqsədlə kəsilən heyvana da, o heyvanı kəsmə üsuluna da qurban deyilir.
Quran-i Kərimdə qurbanla bağlı ayətlər:
“Hər ümmət üçün Allahın özlərinə ruzi olaraq verdiyi qurbanlıq heyvanların üzərinə Onun adını ansınlar diyə bir məbəd inşa etmişik. Hamınızın ilahı bir tək ilahdır. Onun üçün yalnız Ona təslim olan müsəlmanlar olun.” (Həcc, 34)
“Qurbanlıq dəvə və inəkləri Allahın sizə olan nişanələrindən qıldıq. Sizin üçün onlarda xeyir vardır. Ön ayaqlarının biri bağlı halda kəsərkən üzərilərinə Allahın adını anın. Yanları yerə yaslandığı vaxtda onlardan yeyin, qənaət edib istəyənə də, istəməyənə də yedirin. Beləcə onları buyuruğunuza verdik ki, şükr edəsiniz. Könüllüləri müjdələ.” (Həcc, 36)
“Əlbəttə onların ətləri və qanları Allaha çatmayacaqdır. Ancaq Ona sizin təqvanız çatacaqdır. Onları bu şəkildə sizin buyuruğunuza verdi ki, sizə yolu göstərdiyinə görə Allahı təkbir ilə ucaldasınız. (Ey Məhəmməd!) Vəzifələrini gözəl yerinə yetirən yaxşılıq sevənləri müjdələ.” (Həcc, 37)
“Elə isə Rəbbin için namaz qıl və qurban kəs.” (Kövsər, 2)
Qurbanın tarixçəsi;
Qurban səmavi və bəşəri dinlərin tamamında görülən və əməl edilən bir ibadətdir. Bu hadisə ta Həz.Adəm (ə.s) zamanından başlamışdır. Quran-i Kərimdə bildirildiyi kimi qurban hadisəsi Həz.Adəmin oğulları Habil və Qabilin Allaha təqdim etdiyi qurbanla başlamışdır. Haqq Təala haqlı olaraq Habilin qurbanını qəbul etdiyi halda Qabilin qurbanını qəbul etməmişdi. Bu hadisə qurbanın Həz.Adəmdən bəri əməl edilən dini adət olduğunu göstərməkdədir. Əl-i İmran surəsində işarət edildiyi kimi qurban ibadəti göydən enən atəşlə təqdim olan qurbanı yandırması ilə icra olunurdu. Qurban ibadəti bir möcüzə ilə gerçəkləşirdi.
İkinci məşhur qurban hadisəsi Həz.İbrahimin (ə.s) oğlu İsmayılı qurban etməsidir. Həz.İbrahimə oğlunu qurban kəsməsi röyada əmr edilmişdir. Bu röyanı arxa-arxaya üç dəfə təkrarlandığında yuxunun boş olmadığını anladı. Məsələni oğluna söyləyincə ondan tam təslimiyyət anlayışı içində razılıq cavabını aldı. Lakin oğlunu qurban edəcəyi anda göydən bir qoç endirilmiş və oğlunun yerinə bu qoçun kəsilməsi əmrini almışdı. Beləcə ata və oğul ideal bir itaət, təslimiyyət və fədakarlıq nümunəsi göstərmişdilər.
Qurban bayramının əhəmiyyəti;
Kəsilən qurbanlar Allaha mənəvi yaxınlıq hasil edir. İnsan qurban kəsməklə Allaha və onun əmrlərinə olan bağlılığını, hətta onun razılığını qazanmaq üçün hər cür fədakarlığa hazır olduğunu göstərir. Bu nəzərdən hər ibadət də olduğu kimi ixlas əsas rol oynayır. İbadətlərin Allah qatında bəyənilməsi üçün mütləq təkəbbürlükdən uzaq olmaq, ibadəti sırf Allah üçün etmək lazımdır.
İslam sosial bərabərlik dinidir və buna çox böyük önəm verir. Qurban da bu sosial yardımlaşmanın bir nümunəsidir. İqtisadi vəziyyəti yaxşı olan müsəlmanların kəsdikləri qurbanlardan imkanı olmayanlaristifadə edir. Digər tərəfdən qurban qohum-əqraba və qonşuların arasında sevgi və qardaşlıq qüvvətlənmiş olur. Qurban insanlara Allahın verdiyi bir əmanət olan canın qiymətini bildirməkdədir. Qurban qarşısında insan həm öz canının qiymətini anlayır, həm də mərhəmət hissinin inkişafına səbəb olur.
Bundan başqa qurban kəsən mədəniyyətlərdə vəhşilik hissinin daha az olduğu sübut edilmişdir. Demək ki, qurban kəsmək vəhşət duyğularının azaldır, mərhəmət hisslərinin də qüvvətləndirir.
Ayrıca qurbanda heyvandarlığa təşvik vardır. Hər il qurban bayramında kəsilməli olan heyvanların təmin edilməsi bir çox insanlarında yaşayış səviyyələrinin qaynağını təşkil edir.
Unutmayaq ki, Cənab-i Haqq insana faydalı olmayan bir şeyi əmr etməz. Əmr etdiyi hər şeydə insan üçün həm maddi, həm də mənəvi faydaları vardır



oruc tutmaq her bir muselmanin borcudur
Sentyabr 1, 2008 21:37