SU PIRILTISI
SU PIRILTISI
Gözlərim yol çəkir yenə!
yoxsa pəncərənimi açmısan şəhərin üzünə?
yoxsa kəhliyinimi azdırmısan azğın gönlümə?!
ruhumdan kəpənək qopur əllərinə çiçək!
açıq qoy pəncərəni
bax... paylandıqca sənə
böyürürəm...
çəkinmə məndən heç!
qaçındıqca daha çox yaxınlaşırıq biz!
gözlərim yol çəkir!
yenə bir cüt gövərçin buraxırsan gönlümə
qoy dənləsin ürəyimi... qorxma
heç nə əksilməz sevgimdən!
burası baxtımın ən yüksək yeri...
lələyin düşübdür zirvəmə görürmüsən?
necə qıy vurmayım bu olayı necə!
gözlərin yol çəkir
pəncərəni geniş açmağı düşünürsən
qaliba...
Barmaqların əzrayıl çiləyir
¢¢¢
bunu sən də düşün hərdən
düşüncəni düşlərinlə bələyəndə
„sevgi„
fəlakətdir əslində
ancaq bəzən
başqa türlü yüklənir insanın varlığına.
sevirəm səni...
və sənə qarşı olan bu hissim
gözəlliyinə görə deyil kəsin
şeirlərimə bənzədiyindən dolayıdır bəlkə
yasaq olduğundandır bəlkə də nə bilim
habelə...
bunu düşün
və düşündüyün an
əlini qaldır yanıt vermək için sevgilim...
„şayir„
bir tikə quru çörəkdir
dünya masası üsdündə
gülünc – gülünc dayanmış
Tanrı gülüşündən sıçrayan zərrəciyi gözləyir
ıslanmağına...
¢¢¢
barmaqların əzrayıl çiləyir
notaların uyxusuna girərkən
və yeni bir fəlakət yaraldır şayirlik anlarımda...
bunu sən də düşün hərdən...
bunu sən də düşün hərdən...
3
Gəl bərabər olaq bu gecə...
ıldırımla – yağış kimi
bir başlayaq bir qurtaraq sözümüzü
şeh toprağa açıqlayaq özümüzü!
gəl bərabər olaq bu gecə...
serçələrə çörək yapaq içimizdə
onlar üçün qonaq olaq ikimiz də!
hava yaman soyuqdur!
ağacların barmaqları donubdur
əllərini çək şəhərin üstünə
qoy... ürəyi qızsın barı yarına
yayı – yazı bir – bir salsın yadına!
gəl bərabər olaq bu gecə
və qayıtmayaq ötən çağın nəfəsindən
və ayılmayaq sevgimizin həvəsindən
gəl
bərabər
ölək
bu gecə...
4
Hansı sözcüklə başlayırsan başla
ancaq danış
bu dərin sukuta son qoy
zindan gecələrimdə...
burası
ışıqsız – pəncərəsiz duvarlar ölkəsidi
yadırqanmış yanıtlara gömülürəm
haaay...
məni yadıma sal nə olar
yadıma sal məni bir kəlimə
bax...
bu sukut ölümə daldırır məni
söyləyəcək sözün olmasa da belə
söz tap danış
mənə hayat vermək üçün
ancaq danış...
ancaq danış...
5
Pəki...
topraq etgisindəndirmi
hər nəyin beləcə kal buraxılması?!
dadsız – dadsız yeyilirik
adsız zamanın qarnına
biri yoxmu canalıcı ağrımızı bağıra?!
¢¢¢
burada hər nə sıfıra doğru yeriyir
düşüncələr donmaq üzərndədir burada
dəhşət dolanır arada...
hey y y!...
bütün qarğalar ölüblər ağac başında
bunun anlamı nədir?
yaman qorxmuşam
mənə bir çimdik duz gətir
... səsim çatsaydııı
bağırardım bir boğaz!
amonyak dağılıb havaya sankı
nəfəs almaq belə zor gəlir adama
ay... zavallı şəhərim
gözlərdən oğurlanıb
bir soyunaydıq yağmura...
¢¢¢
bir gün çəkib gedəcəyəm buralardan
saatları sıfıra kökləyərkən
6
Taleimiz qan qoxuyur
¢¢¢
buyur əyləş ürəyimdə bir alma soy
qoy istibdad otağımıza belə girsin
heç darıxma
bu pis qoxulu qara böcək
gəldiyi tək gedəcək də
sən gülümsə...
əllərini uzalt mənə
siberiyanı – qutubuda ansan bir an
heç andırma
əllərimi tut – mənimsə...
yaşıl – yaşıl danış lütfən
hislərimi maviləşdir
toprağımız – xəritəmiz
qan gırmızı bölünsə də
heç aldırma
bu ulu yurd bizimkidir
sən gülümsə...
gələcəyin bəxtəvərlik uşaqları bizimkidir
uca tale bizimkidir
sən gülümsə...
sən gülümsə...
7
(( Sevgi varlıq təməlidir ))
bunu filosuflar deyiblər.
bura yer kürəsi
iyirmi birinci əsir
bəzilər demişkən:
simit – dəmir dönəmi
və insan...
¢¢¢
əllərinin bir suyu Tanrı əllərinə çəkib
gizlətməyə nə gərək var
düşlərimə gol çəkərkən görmüşəm
sevgi!
nəsili kəsilmiş bir bitgi!
ürəyini ək toprağa
qoy gözəllik dənə dolsun
varlığıma sənəd olsun...
¢¢¢
bura yer kürəsi
tüstü – duman əsiri
və insanlıq...
və sevgi...
8
Pəncərəni qapatmasaydın bəlkə
qapınızdan geçərdim...
mənki sənə yağmaq üçün
dənizləri gilələyib
gözlərimdə daşıyırdım!
öyləsinə kökümdən üzməsəydin
yaşamdan küsməzdim bəlkə
axı sənin əllərinə çatmaq üçün
sola – sola çiçəklənib yaşayırdım!
məni sonsuz gecələrə satmasaydın
bəlkə ışıq muştuluğu gətirərdim
bilirdin ki
qaranlığı saçlarım ilə dərməyi başarardım
¢¢¢
pəncərəni qapat – qapat
məni kökdən qopart – qopart
qaranlıqda yaşat – yaşat
və
mənsizliyin şənliyində
ürəyini yaşat... qocalt...
9
Yağmur yağır yenə də...
və mən
yuvası odlanmış quş kimi
bayıra qaçmaq zorundayam.
bu gün
mənim üçün
hər bir çətir
böyük ihanətdir
yer ilə - göy arasında.
mən
arınmaq istəyirəm
necəki şəhr dumandan...
necəki...
yağmur yağır yenə də...
təpədən dırnağa ürək olmuşam bu gün
çırpınıram
nəfəs alsın xıyavanlar
çırpınıram
diri qalsın qaldırımlar...
yağmur yağır yenə də...
şır … şır … şır …
və mən...


