Dünyanın 7 Möcüzəsi Artemidanın Efes şəhərindəki məbədi'
Qədim yunan ilahəsi Artemidanın Kiçik Asiyanın Efes şəhərindəki məbədi dünyanın üçüncü "möcüzəsi" sayılırdı. Bu məbəd təxminən 120 ilə tikilmiş və eramızdan əvvəl təqribən 550-ci ildə hazır olmuşdu. Məbəd özünün gözəl naxışları və çoxlu qiymətli əşyaları ilə məşhur idi. Eramızdan əvvəl 356-cı ildə Herostrat adlı bir nəfər şöhrətlənmək istəyərək, məbədi yandırmışdı. Bundan sonra Herostratın adı mənasız barbarlıq rəmzi olmuşdur.



Yanvar 13, 2008 21:57