Dünyanın 7 Möcüzəsi 'Misir ehramları və Sfinks'
Dünyanın 7 möcüzəsindən biri daşdan düzəldilmiş bu nəhəng tikililər - Misir fironlarının sərdabələrı təqribən 5 min il əvvəl Qədim Misirdə yaradılmışdır. Bu zaman fironların hakimiyyəti hədsiz hüdudsuz idi, onları allahlara bərabər tuturdular. Möhtəşəm sərdabəlar fironların ölümündən sonra da onların hakimiyyətinin əzəmətini xatırlatmalı idi.
Ehramlardan ən böyüyü firon Xeopsun hökmü ilə ucaldılmışdır. Onun hündürlüyü 146.6 metr olub, təqribən eramızdan əvvəl 28-ci əsrdə tikilmişdir.
Misirin qızmar günəşi altında minlərlə qul daş alətlərlə (dəmir və tunc o dövrdə məlum deyildi) nəhəng qayaları sındırırdı. Sonra onlar bu qaya parçalarını kəndirlərlə dartıb tikinti yerinə aparırdılar. Ehramlar ucaldıqca onları daha yuxarı qaldırmaq lazım gəlirdi. Adları tarixdə qalmış ehram inşaatçıları aclıqdan və dözülməz zəhmətdən məhv olurdular.
Firon Xefrenin ehramı ondan 2 metr alçaqdır. Bu fironu dağ boyda sərdabə qane etməmiş və o, sərdabənın yanına bütöv qayadan yonulmuş daş "keşikçi" qoymağı əmr etmişdir. "Keşikçi" insanbaşlı və aslanbədənlidir. O, Sfinks adlanır.


