Dünyanın 7 Möcüzəsi 'Olimpiyadakı məbəddə Zevsin heykəli'
Yunanıstanın cənubunda, Olimpiya oyunlarının vətəni olan Olimpiyadakı məbəddə qədim yunanların baş allahı Zevsin heykəli vardı. Böyük heykəltəraş Fidi tərəfindən təxminən 2500 il bundan qabaq, eramızdan əvvəl 5-ci əsrdə yaradılmış bu heykəl dördüncü "möcüzə" idi.
Qızıldan, fil sümüyündən və qarağacdan düzəldilib qiymətli daş-qaşlarla bəzədilmiş 14 metrlik nəhəng heykəl Zevsi taxtda oturmuş vəziyyətdə təsvir edirdi. Onun başında qızıldan düzəldilən zeytun budaqlarından hörülmüş çələng (bu, zəhmli allahın sülhsevər olmasına işarə idi) vardı. Zevsin başı, çiyinləri, qolları, sinəsi fil sümüyündən yonulmuşdu. Sol çiyninə saldığı bürüncəyi (plaşı), saçları və saqqalı isə qızıldan idi. Fidi Zevsə nəcib insan görkəmi vermişdi. Zevsin saqqalı və qıvrım saçlarla haşiyələnmiş sifəti təkcə ciddilik yox, həm də xeyirxahlıq təsiri bağışlayırdı.