Dünyanın 7 Möcüzəsi 'Semiramidanın asma bağları'
Dünyanın ikinci "möcüzəsi" - Semiramidanın asma bağları - Qədim şərqin böyük və zəngin şəhəri olan Babildə yerləşmişdi. əfsanəyə görə bu bağlar Assuriya məlikəsi Semiramidanın əmri ilə yaradılmışdı. əslində isə bu bağlar eramızdan əvvəl 7-ci əsrdə padşah Navuxodonosorun əmri ilə salınmışdı
Bu padşah öz sarayını yerdən altımərtəbəli ev hündürlüyündə qaldırılmış süni meydançada tikilmişdi. Bu meydançada 6 cərgə pilləvarı terras (səki) qalxırdı. Kərpicdən tikilən sıra tağlar üzərində qurulmuş bu terraslardan hər birinin üstünə torpaq tökülmüş və burada bağ salınmışdı. Pilləvarı bağları əmələ gətirən bu terraslar yuxarıdakı sarayla birlikdə nəhəng bir dağa bənzəyirdi.Yüzlərlə qul gecə-gündüz dəri tuluqlar asılmış nəhəng çarxları fırladaraq, Fərat çayından asma bağlara su qaldırırdı.