Imişlidə faciəli olay
O özünü öldürəcəyinə söz veribAta və qız «Azadlıq»a müraciət etdilər
Imişli rayonunda faciəli bir toy məclisi olub. Bu toy ölümlə, qanla nəticələnməyib və daha ağır bir faciə baş verib. Bu hadisə ilə bağlı zərərçəkənlər “Azadlıq”a müraciət ediblər. Onların müraciətini qısa ixtisarlar və redaktə ilə oxuculara təqdim edirik.
Eyni zamanda onu da bildirik ki, əks tərəf öz mövqeyni çatdıra bilər.
Bu sənədlərin surətinin bütün rəsmi dövlət orqanldarına göndərilməsinə baxmayaraq hələ də heç bir reaksiya yoxdur. Amma söhbət insan taleyindən- özünü öldürmək həddinə çatdırılmış bir insanın taleyindən gedir.
“Mən bu adamları öldürəcəyəm!”
“Mən Əliyev Salman Salah oğlu Imişli şəhərində S.Vurğun küçəsi, ev 55-də yaşayıram. Ailəm 5 nəfərdən ibarətdir. Rayon səviyyəsində tanınmış, namuslu, qeyrətli pak bir ailəyik. 2007-ci ilin iyunun 16-dan başlayaraq ailəmizin rahatlığı pozulub. Belə ki, iyunun 16-sı günü toy gecəsi qızıma və ailəmə yaraşmayan qara ləkə, böhtan atılıb. Belə ki, qızım ər evinə köçdüyü ailədə onun bakirə olduğuna şübhə ilə yanaşmış və təhqir etmişlər. Iyunun 21-də qızım özünü öldürmə həddinə çatdırılmış, kəsici əşya ilə damarlarını və əlini doğramışdır. Hadisə barədə hüquq- mühafizə orqanlarına dərhal məlumat verdim. Lakin oğlanın atası Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin müdiri Kərim Əliyev vəzifəsindən, pulundan və Abşeron Icra başçısına terror hazırlayan adamı və himayədarı olan Arif Aslanovdan istifadə edərək ibtidai istintaqın gedişinə təsir etmiş, haqlı iddiam qərəzli şəkildə rədd edilmişdir... Həmin vaxtdan bu günə kimi bizim ailə rahatlıq tapmayaraq, ağır faciə qarşısındadır. Qızımın təmizliyi haqda əlimdə iki müxtəlif instansiyadan alınmış tibb ekspertizasının rəyi var. Lakin oğullarının problemini bildiklərinə görə, haqsız və əsassız olaraq mənim qızıma qara ləkə yaxıblar. O vaxtdan bəri Azərbaycan Respublikasının Prezidentinə, respublikanin nazirlik və baş idarələrinə teleqram və məktublar göndəririk, şikayətlər edirik, lakin hələ də bir nəticə yoxdur. Belə çıxır ki, bütün adiyyatı dövlət orqanlarının əvəzinə ailəmin şərəfini tapdamış şəxsə qarşı tədbir görülməsi məsələsini özüm həll etməliyəm. Xahiş edirəm ki, məni bu cinayətə sövq edən hərəkətdən çəkindirmək, respublikanın bütün hüquq mühafizə orqanlarının diqqətini sözügedən məsələyə cəlb etmək və problemin ədalətli həlli üçün öz imkanlarınızla yardım edəsiniz.
***
Bu məktubda adı çəkilən talesiz qız- Aysel Əliyeva da prokurorluğa verdiyi izahatı redaksiyamıza göndərib.Onu qısa ixtisarlar dərc edirik:
“Cinsi qabiliyyəti zəif olduğu üçün mənə böhtan atdı”
“Mən, ixtisasca müəllimə olan Imişli şəhər S.Vurğun küçəsi, ev 55-də yaşayan Əliyeva Aysel Salman qızı 16.06.2007-ci il tarixdə qanunu şəkildə nikah və kəbin kəsilməklə Əliyev Yaşarla ailə həyatı qurmuşam. Nikah gecəsi Əliyev Yaşar uğursuzluğunu ört- basdır etməkdən ötrü, əslində cinsi qabiliyyəti zəif olduğu üçün, mənim kimi təmiz və pak bir azərbaycanlı qızının bakirəliyinə haqsız qərəzli şəkildə böhtan atmışdır. Onun atası Əliyev Kərim, yoldaşı Afət Əliyeva mənə həmin gecə mütəmadi olaraq acı sözlərlə təsir göstərərək, şərəf və ləyaqətimi tapdalayırdılar. Mənim isə onlara həmin gecədən mütəmadi olaraq bir tələbim olub, həkim gətirin, məni yoxlayıb bakirəliyimi təyin etsin. Onlar isə ilk gecədən həkimdən qaçırdılar. Kərim deyirdi: ”atan bura həkim gətizdirsə, polislə içəri atdıracam". Kərim və Afətin anası Zəhra deyirdi: “həkim bizim oğlumuzdu. Ancaq mənim onların oğullarına şübhəm vardı,..Üzr istəyirəm, həyəcandan tir-tir əsirdi. Onda zəiflik, var idi və valideynləri bunu bilərək mənə böhtana atdılar. Ona görə də həkimdən qaçırdılar... Toyun üçüncü günüdən sonra Kərim oğlunu Bakıya qaçırdı. Kərim mənə dedi ki, oğlum gedəndə dedi ki, Aysel təmizlik aktı alsa da, onu mən qəbul etməyəcəm. 21.06.2007-ci il təxminən gecə saat 2-də yenidən onların mütəmadi təhrikinə dözə bilməyib damarlarımı kəsib, özümü öldürmək qərarına gəldim, bunun üçün mən öz cehizimdən olan rumkanı qırıb, damarımı kəsmək istəyərkən qapı açıq idi. Afət səsi eşidib, içəri keçib tez əlimdən tutdu, şüşənin qırıqları sol ovucumun içini doğramışdı. Kərim təlaş içində içəri girib hadisəni görəndə dedi, cəhənnəmə olsun və atamın, anamın ünvanına nalayiq söyüş söydü və dedi: ”onsuz da üzün qaradı, atana zəng edib deyirəm". Atamla telefonla danışdı, nə danışdılar mən bilmədim, sonra telefonu mənə verdi ki, atanla danış. Mən də şok vəziyyətində ağlamaqdan atama heç nə deyə bilməyib telefonu atdım. Kərim yenidən atamla danışdı, sonra Kərim mənə dedi ki, hazırlaş atanla danışdım, səni həkimə aparacağıq. Mən də inanıb onunla gəlməyə məcbur oldum. Yol gələndə maşının qapılarını içəridən bağlamışdı, evimizə çatanda saat 3 olardı. Maşınlar qapımızda dayandı. Qapını Elvin açdı, mən Kərimə dedim, bəs həkimə getmirik? O mənə dedi, sən həmişəlik evinizə gəldin. Onda mən başa düşdüm ki, bu şərəfsiz kişi mənə hiylə qurub aldatdı. Atam onu yuxarı zala dəvət etdi. Bir qədər tərəddüd etdikdən sonra yuxarı qalxdı. Bu zaman mən ağlaya-ağlaya çöldəki kalçuk stolları aşırıb qıraraq yuxarı zala keçib və dedim: “Ata məni bu oğraşlara verib niyə bədbəxt etdin?”. Kərim isə bu qarma-qarışılıqdan istifadə edib, tez qaçıb aradan çıxdı.
Atam məni balta ilə doğramaq istəyirdi
Səhəri günü mən ayılanda atamın əlində balta anamla məni öldürmək fikrinə düşdü. Bu hadisənin mənə dəqiq danışmasanız sizin ikinizi də öldürəcəm. Anam atama dedi, ağlını başına yığ, sən bununla heç nə qazanmayacaqsan. Sən bizi öldürməklə bütün böhtanı üstünə götürmüş olursan, özün də məhv olacaqsan. Bunun çıxış yolu budur ki, qızımızı özümüz həkimə aparaq. Əgər qızımız həkimdən təmiz çıxmasa onda bizim qanımız sənə halaldır. Ikimizi də öldür dənizə at. Bu vaxt atamın əlindən balta düşdü, Bakıya getməyə razılıq verdim. Bakıya getməzdən qabaq bibim oğlu Sadiqin maşını ilə Kərimgilə atamın göstərişi ilə onları Bakıya həkimə dəvət etməyə getdik. Dedilər ki, biz sizinlə qurtarmışıq, bizdən həkimə getdi yoxdur. Anamla məni yenidən təhqir etdilər, Kərim bizi polislə hədələdi.
Ekspertiza təsdiq etdi ki, mən təmizəm
24.06.2007-ci il saat 3:00-da Bakıya səfər etdik. Atam, anam və mən. 24-ü bazar günü olduğu üçün 25-də səhər tezdən Məhkəmə Tibbi Ekspertində olduq. Həmin gün məni ekspert müayinədən keçirib, ekspertin rəyini atama verdilər. Ondan sonra atam məni və anamı öldürmədiyinə şükür etdi. 03.07.2007-ci ildə sənədləri Imişli rayon prokurorluğuna təqdim etdik. Yenidən prokurorun göstərdiyi məktuba əsasən Beyləqan rayonunda həkim tibbi ekspertindən keçmək üçün Beyləqan rayonuna getdik. Hal-hazırda sənəd Imişli rayon prokurorluğundadır.
Iki ədəd ekspertizanın cavabı Sizi və Kərim Əliyevlərin ailəsini və Kərim Əliyevi puluna görə sevənləri qane etmirsə, mən Əliyeva Aysel Salman qızı, Siz prokuror, müstəntiq, məhkəmə və Kərimgilin bütün ailə üzvləri ilə və bizim ailə üzvlərimiz ilə birlikdə hər an yenidən tibbi müayinədən keçməyə hazıram. Siz hüquq mühafizə orqanları, məsuliyyətdən qaçmayın, sizin də balanız var. Işi aparanda öz övladınızı gözünüzün qabağına qoyun. Onsuz da cana doymuşam, iş qanuni getməsə özümü öldürməyə söz vermişəm.
Bu işə icra başçısı Əbülfəz Ağayev və hüquq mühafizə orqanları göz yumduqlarına görə cavab verəcəklər. Bilmirəm, Kərimin pulu nə qədərdir ki, başçı və hüquq və mühafizə orqanları bu günə kimi Kərim və oğlunu elədikləri cinayətə görə məhkum etməyiblər. Pullunun pulundanmı qorxursunuz?!
Informasiya şöbəsi


