MİRZƏ SAKİT
Qiyamət düşəcək
Özü də mütləq...
Nə yığırsızsa yığın, sonda qiyamət düşəcək.
Dönəcək çərxi-fələk, onda qiyamət düşəcək.
Tuşlayıb azərilər göstərəcəklər qapını.
Nə qədər gec ki deyil, qamçıla, tez sür yapını.
Yoxsa Aydınla Mübariz süzərək “Innabını”,
Ya klarnetdə ya qarmonda qiyamət düşəcək-
Dönəcək çərxi-fələk, onda qiyamət düşəcək.
Sevinib cümlə-polislər də düşüblər həvəsə
Üstəlik, guya “Qorotdel”də deyib - Birnəfəsə.
Işdi, bağlansa əgər Ramili-Fərraş qəfəsə,
Basabasdan mən ölüm, zonda qiyamət düşəcək -
Dönəcək çərxi-fələk, onda qiyamət düşəcək.
Dedilər “seçki Məzahir” təpilib boş yeşiyə
Doldurub bülletenin Emsekada hər deşiyə
Qapısın cəftələyib, ölsə də çıxmaz eşiyə.
Tapılar yol ora - Balkonda qiyamət düşəcək,
Dönəcək çərxi-fələk, onda qiyamət düşəcək.
YAParat rəhbəri zülmətdə yatan boz yarasa
- Açılar sirri Yapın - Bircə qırıq qurdalasa
Çıxacaq qos-qoca Murtuz hötə-hötnən trasa,
Aradan çıxmağa “abqon”da qiyamət düşəcək-
Dönəcək çərxi-fələk, onda qiyamət düşəcək.
Lənət olsun bu haramzadələrin hər kəsinə!
Daraşıb bir sürü zat, azərilər ölkəsinə
Sığınıblar hələlik, boş qazalağ kölgəsinə
O da tərpəndisə - Faytonda qiyamət düşəcək.
Dönəcək çərxi-fələk, onda qiyamət düşəcək.
“Xocalılar evsiz-eşiksiz qaldıqca,Elman Məmmədovun...
Evləri vaar, ay aman, xana-xana...".(Tatyana Çaladze)


