MİRZƏ SAKİT
Istəmirəm belə öndəri!Yollar “yaraşığı”, dillər “əzbəri”-
Qardaş, istəmirəm belə öndəri.
Müftəxor ortada, millət qıraqda
Müstəqillik sözü qalıb varaqda.
Erməni urusnan kefdə, damaqda
Hərdən güllələyir Tovuz, Tərtəri-
Qardaş, istəmirəm belə öndəri.
Yazmışam, yazıram, yazacam müdam
Cəlladın üstünə gedən cəlladam.
Nə türmə, nə qəbir, eşit, ay adam!
Qalsam da bir sümük, bir də gön, dəri-
Qardaş, istəmirəm belə öndəri.
Sən Allah qulaq as, bircə anlığa
Barmeki saldılar zil qaranlığa.
Özlərin qoyublar Öcalanlığa.
Türkün şirkətinə kürdlər müştəri-
Qardaş, istəmirəm belə öndəri.
Doğsan üçdən bəri millətə ası
Hər kənddə, obada atəşkəs yası.
Ayaqdan Hacının muzdlu bandası
Başdan Kardinalın sarsaq kəmtəri-
Qardaş, istəmirəm belə öndəri.
Cəbrayıl, Fizuli, Ağdam, Qubadlı,
Zəngilan da uçdu - quş tək qanadlı.
Nazirə kef verdi Haykanuş adlı...
Xeybərin böyründə öldü Gülpəri
Qardaş, istəmirəm belə öndəri.
“Dəlilər” hay vurub seçdilər YAP-ı,
Nigarçün Dubaya açıldı qapı.
Çənlibel restoran, Qırat kor yabı
Koroğlu Həmzənin oldu mehtəri-
Qardaş, istəmirəm belə öndəri.
Bir dəfə demişəm bir deyim daha:
Polis narkobaron, nazir əjdaha.
Heroin verirlər xalqçün iştaha
Deyirlər tapşırıb ölkə rəhbəri-
Qardaş, istəmirim belə öndəri.
Sellədiz şırhaşır Bakı-Ceyhanı
Bir deyən yoxdu ki, bəs pullar hanı?
Görəndə ölürəm, lap Murtuz canı
Axdıqca neftçinin müftə qan-təri
Qardaş, istəmirəm belə öndəri
Orduda əsgərin ələngəsindən
Donqarın növü çox - yox beləsindən,
General zorbadır dağ kələsindən
Bordanır getdikcə şişman peysəri-
Qardaş, istəmirəm belə öndəri.
Prokuror imansız, məhkəmə dinsiz
Mini kəbinlidir, biri kəbinsiz.
Elə toy tuturlar bəysiz, gəlinsiz
Meşdibad əlacsız alır Sərvəri
Qardaş, istəmirəm belə öndəri.
***
Qaçqınlara öndərtalan,
Rusyatdakılara göndərtalan,
Avropadakı azərilərə isə intertalan veriləcək
- Əli Həsənov (Qaçkom) və Nazim Ibrahimov (Tutkom)


