Uçan binanın dağıntıları altında yoldan keçən ana ilə beş yaşlı uşaq da qalıb
Bu gün saat 21 radələrində 5 yaşlı uşaqla yaşlı qadının cəsədi dağıntılar altından çıxarılıb
Məhəmməd Naxçıvani küçəsində uçan binanın dağıntıları altında yoldan keçən ana ilə beş yaşlı uşağı da qalıb. Bu barədə hadisənin şahidləri və qonşular ANS PRESS-in əməkdaşına bildiriblər. Artıq onların yeri müəyyən edilib. Təxminən saat 21 radələrində isə 5 yaşlı uşaqla yaşlı qadının cəsədləri dağıntılar altından çıxarılıb ./ANS PRESS/


