Dağıntılar altından yarıya bölünmüş cəsəd tapılıb
Dağıntılar altından yarıya bölünmüş cəsəd tapılıb
Təmizləmə işləri daha təhlükəli ərazidə aparıldığından yalnız iki krandan istifadə edilir
Çökmüş binanın dağıntıları altında qalmış daha bir fəhlənin yeri müəyyənləşib. Əvvəlcə cəsədin əli tapılıb. Daha sonra cəsəd tamamilə aşkar edilib.
ANS-PRESS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, dağıntı ərazisində ekskavotorların səyi nəticəsində ətrafın təmizlənməsi genişləndirilib. Saat 12:00-dan başlayan qazıntı işləri yuxarı qatların təmizlənməsinə xidmət göstərir. Onu da qeyd edək ki, dağıntıların altından tikinti aparan şirkətə məxsus qağldırıcı kranın qalıqları da çıxarılıb. Təmizləmə işləri daha təhlükəli ərazidə aparıldığından yalnız iki krandan istifadə edilir. Canlı qüvvə ərazidən uzaqlaşdırılıb. /ANS PRESS/



