Ölənlərin sayı 11-ə çatıb
Bu gecə Yasamal rayonda, Murtuza Muxtarov və Naxçıvani küçələrinin kəsişməsində uçmuş binanın qalıqları altından daha iki meyit çıxarılıb.
Meyitlərdən biri gecə saat 3-ə 15 dəqiqə qalmış, digəri isə 5-6 radələrində çıxarılıb. Həlak olanların 25-30 yaşlarında ərazidə çalışan fəhlələrdən olduğu ehtimal edilir. Bununla da ölənlərin sayı 11-ə çatıb. Ümumilikdə isə dağıntılar altından 15 nəfər çıxarılıb. Onlardan 4-ü yaralıdı.
Hazırda hadisə yerində xilasetmə işləri davam edir. Binanın yuxarı hissəsində beton lay və armaturların arasında daha 4-5 nəfərin qaldığı deyilir. Amma bu hələ dəqiq rəqəm deyil. Qeyd edək ki, tikintidə işləyən fəhlələrin əksəriyyəti Astara rayonunun Ərçivand kənd sakinləri olub. Hazırda qəza yerində iki ekskavator və bir kran işləyir, böyük həkim briqadası növbə çəkir. /ANS TV/



