Türmədən ksiva N 22 Məmləkətin baş barmağına
Ay həzarat, xəstədi baş barmağım
Bircə kərəm dik dura kaş barmağım
Hər nə dedim yaxşı-yaman qanmadı
Üstə çıxıb ölkəyə boylanmadı
Gərçi tüpürdüm yenə islanmadı
Qup-qurudur, olmadı yaş barmağım
Bircə kərəm dik dura kaş barmağım
Rəngi kösöv, cismi arıq, gön, dəri
Silkələnir harda görür “öndəri”
Sonra alıb rəngli qələm-dəftəri
Salmalıdır dava-dalaş barmağım
Bircə kərəm dik dura kaş barmağım
Söyləmişəm bir qocanın büstünə
Isti nədir, kor qalırıq tüstünə
Büstü qoyan Hacbalanın üstünə
Tuşlanacaq buz kimi daş barmağım
Bircə kərəm dik dura kaş barmağım
Gah uzanır Oqtaya, gah Artura
Olsa da ac, hey çalışır tox dura
Dərdini ərz eyləmişəm doxtura
Əyri baxır sağ-sola çaş barmağım
Bircə kərəm dik dura kaş barmağım
Millətimiz keflə ömür sürmədi
Qismətimiz boz dəyənək, - Türmədi
Qaldı yavan, süfrədə heç görmədi,
Dolma, plov, turşulu aş barmağım
Bircə kərəm dik dura kaş barmağım
O gün “bi-bi- si”dən qız Aydın Mirzəzadəyə zəng vurub soruşur ki, Azərbaycanda demokratiya var.Deyir ki, bəli, Bakı-Ceyhan,Xəzər dənizi, asetrin...(Bayevoy Qurbanlı)




sene yalniz halaLdir
Mart 24, 2008 13:33