1 saylı Ruhi-Əsəb Xəstəxanasından yeddi nəfər qaçıb
Xəstələrin tapılıb xəstəxanaya qaytarılması üçün tədbirlər görülür
Sabunçu rayonundakı 1 saylı Ruhi-Əsəb Xəstəxanasından 7 xəstə qaçıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunlar xəstəxanada müalicə olunan İlham Quliyev, Vyaçeslav Yakubov, İnayət Hüseynov, Arzu Eyyubov, Rəfael Hüseynov, Oqtay Ağabalayev və Cəlal Şıxalıyevdir. Sentyabrın 26-da qaçan şəxslərin tapılıb xəstəxanaya qaytarılması üçün tədbirlər görülür.
Polisin məlumatına görə, indilərdə xəstələrdən biri evində tapılıb. Digərlərinin axtarışı isə davam edir./ANS PRESS/


