Rəsul Qulıyev Diktatorla Üz-üzə 1сi hisse
Bu kitab Resul Qulıyevın rəsmi sehifesi gouliyev.comdan götürülüb
RƏSUL QULIYEV DIKTATORLA ÜZ - ÜZ Ə
(Dəyişməyən mövqe) 2001
Kitabı Heydər Əliyev diktaturasının günahsız repressiya qur- banlarına ithaf edirəm. Bu qəhrəman insanlar xalqını sevdikləri, ərazi bütövlüyü, dövlət müstəqilliyi və demokratiya yolunda can- larından keçməyə hazır olduqları, diktatorun şəxsi prinsiplərinə baş əymədikləri üçün ağır və unudulmaz tale yaşayıblar. Onların sırasında mənimlə şəxsi əlaqələrinə və apardığım mübarizə ilə həmrəyliyinə görə təqib və həbs olunanlar da var. Məhrumiyyətlə- rə düçar edilmiş, tanıdığım və tanımadığım bütün bu suçsuz in- sanlara kömək edə bilmədiyimə görə sonsuz mənəvi narahatlıq keçirirəm. Onlar unudulmayacaqlar. Azad və mütərəqqi düşüncə- sinə görə bu diktatura tərəfindən həbs və təqib olunan, vicdanı sui-qəsd və zorakılıqla susdurulan, sonsuz maddi və mənəvi məhrumiyyətlərə düçar edilən cəsur insanların Azərbaycan nami- nə zəhmətləri daim yaşayacaq.
RƏSUL QULIYEV
XALQIN LIDERI VƏ LIDERIN XALQI
Xalq və lider mövzusu siyasi polemikanın tarix və şəxsiyyət kimi mübahisə doğuran məsələlərindəndir. Siyasətin effektliliyi kimdən asılıdır? Xalqdan və ya onun liderindən? Bu suala birmənalı cavab ver- mək çətindir. Böyük və güclü xalqlar öz tarixlərinin mühüm məqamla- rında güclü şəxsiyyətə malik liderləri seçmədikdə tarixi missiyasını yeri- nə yetirə bilmədiyi kimi, güclü və nəhəng liderlər də zəif və iradəsiz xalqların tarixində öz tarixi missiyalarını yerinə yetirə bilmirlər. Tarixə yalnız o liderlər öz damğalarını vura bilirlər ki, onlar öz ideyalarını real- laşdırmağa hazır olan xalqa rəhbərlik edirlər. Xalqlar da onda həqiqi xoşbəxtliyə çatırlar ki, onların qarşısına tarixin qoyduğu vəzifələri yeri- nə yetirəcək liderlər yetişdirə bilirlər. Hər bir xalqın tarixində xüsusi bir tənəzzül dövrü müşahidə olunur. Və xüsusi passionarlıq qabiliyyətinə malik liderlər məhz belə bir dövrdə meydana çıxır. Bu cür liderlər tarixə qurucu liderlər kimi daxil olur. Belə liderlər ya xalqı xilas edən, ya da xalqın ictimai-siyasi həyatında inqilabi dəyişikliklər etmək gücünə malik olan insanlardır. Atatürk, Birinci Pyotr, Den Syao Pin məhz öz xalqlarının tarixində bu cür qurucu liderlər kimi yer tutublar. Bu gün Azərbaycan özünün ən qaranlıq günlərini yaşayır. Ictimai-- siyasi həyatın bütün sahələrində tənəzzül müşahidə olunur. Hər yerdə total böhranın əlamətləri görünür. Xalq müqavimət hissini itirib və ira- dəsi sındırılıb. Belə bir vəziyyətdə xalqı nə romantik ideyalarla, nə xə- yalpərvər şuarlarla, nə uydurma tezislərlə, nə də avantürüst imperativ- lərlə xilas etmək mümkün deyil. Xalq real, təcrübədən və sınaqdan çıx- mış, həyata keçirilməsi mümkün olan konkret fəaliyyət proqramı istəyir. Məhz bu istəyə yalnız qurucu liderlər cavab verə bilər. Qurucu liderlər ilk baxışdan ideal olmurlar və onlar çox vaxt sadə vətəndaş kimi yaşayır, həlledici məqamda böyük sürətlə qabağa çıxaraq xalqının köməyinə çatırlar. Bu kitabın müəllifi Rəsul Quliyev də öz amplitudasına görə qurucu liderlərdəndir və bu gün xalqın böyük əksəriyyəti də məhz ümidini ona bağlamışdır. Rəsul Quliyev bər-bəzəkli, ibarəli danışıqlardan qaçan, ob- razlardan istifadə etməyən, romantik, xəyalpərvər düşüncədən çox-çox uzaq, realist və praktik bir şəxsiyyətdir. Yaşadığı dövrün və öz şəxsi hə- yatının yaxşısının da, pisinin də məsuliyyətini öz çiynində daşıyan, gələ- cəyə nikbinliklə baxan, yaradıcılıq enerjisi ilə qaynayan bir insandır.
R.Quliyevin əsas xarakterik cəhəti ondan ibarətdir ki, onun görün- məyən tərəfi görünəndən daha nəhəng, daha zəngindir. Bu cəhət çox vaxt ona ziyan gətirir. Onun haqqında şübhə və şaiyələrə yol açır. Hətta yazdığı kitabların müəllifliyinə şübhə edənlər də tapılır. Bədxahları xal- qın ona olan sevgisini merkantil maraqlarla əlaqələndirməyə cəhd edirlər. R.Quliyev Azərbaycanda həm iqtidar, həm də müxalifət tərəfindən hücuma məruz qalan bir liderdir. Əgər iqtidar onu bu günü üçün təhlü- kəli rəqib kimi görürsə, müxalifət ona gələcəyinin real və təhlükəli bir rəqibi kimi baxır və bu nöqtədə hər cür ört-basdıra baxmayaraq R.Quli- yevə qarşı birləşirlər. R.Quliyevə qarşı xalq sevgisi heç də bir çoxları kimi verdiyi vədlərə görə yox, vaxtilə gördüyü işlərə görədir. Buna görə də ona qarşı hü- cumlar xalqın ona olan sevgisinə təsir etmir. Bu gün çoxları R.Quliyevi hakimiyyətin zirvəsində görmək istəyir. Bu da təbiidir. Əslində hakimiyyət vəzifələri vətəndaşlara dövlət və millət qarşısında xidmətləri müqabilində mükafat kimi verilməlidir. R.Quliyev belə bir mükafatı almağa öz əməyi və xalqına sevgisinə görə haqq qa- zanmışdır. Bu haqqı ona canı qədər sevdiyi Azərbaycan xalqı öz hürr və azad iradəsi ilə verəcəyinə əmindir. Bir çoxlarından fərqli olaraq R.Quliyev heç vaxt özünü xalqdan uca tutmamış, ən azı Heydər Əliyevin "Xalq-Heydər, Heydər-Xalq" kimi dik- tatura tezisinə ikrah hissi ilə yanaşaraq həmişə xidmət etmək istədiyi xalqın istənilən liderdən qat-qat böyük və müdrik olduğuna inanmışdır. R.Quliyev demokratiyaya təsadüfən bağlanmayıb və öz şüurlu öm- rünü demokratiyaya, xalqının xoşbəxtliyinə həsr etdiyini bəyan edib. R.Quliyevin demokratiyaya münasibəti xalqına münasibətdən doğur və o, öz xalqını xoşbəxt etmək yolunu seçdiyi üçün məhz demokratiya yo- lunu seçib. Bəlkə də buna görədir ki, R.Quliyev xalqının keçməli olduğu yol haqqında yazdığı "Demokratiyaya doğru yol" kitabının proloqunda elan edir: "Azərbaycan xalqını azad və xoşbəxt görmək mənim başlıca məqsədim və ümidimdir. Elə bir qüvvə tapılmaz ki, məni bu məqsədə çatmaq yolundan döndərə bilsin. Təkcə ölüm buna mane ola bilər". Avraam Linkoln demokratiyanı "Xalqın iştirakı ilə, xalqın iradəsi ilə, xalq üçün fəaliyyət" kimi formula edib. R.Quliyev hakimiyyətdə təmsil olunduğu vaxtlarda özünün təklikdə xalq uğrunda apardığı mübarizənin kifayət qədər effekt vermədiyini, xalqın ellikcə ayağa qalxmasının zəru- riliyini dərk edərək yüksək dövlət postundan istefa verib xalqın içinə qayıtdı və qayıtdı ki, yüz minlərin əlindən yapışıb onları öz işıqlı gələ-cəkləri naminə demokratik mübarizəyə qaldırsın və o, inamla demək olar ki, bu istiqamətdə ciddi nailiyyətlər əldə edib. Özünün vətəndən on min kilometr uzaqda olmasına baxmayaraq, indi Rəsul Quliyevin rəh- bərlik etdiyi partiyada on minlərlə silahdaşı və respublikada yüz minlər- lə tərəfdaşı vardır. R.Quliyev ən başlıca məqsədə-hər bir liderin qibtə edə biləcəyi və xalq hakimiyyətində siyasi lider üçün vacib olan ümum- xalq sevgisini qazanmağa və onun ümidgahına çevrilməyə çatmışdır. R.Quliyevin xalqa və tərəfdarlarına zaman-zaman ünvanladığı mü- raciətləri, verdiyi müsahibələr, rəsmi dövlət postlarından etdiyi çıxışlar və nəhayət yazdığı kitablar sözün həqiqi mənasında siyasi və demokra- tik maariflənmə işində ciddi rol oynayır və cəmiyyətin demokratiya isti- qamətində inkişafına təkan verir. Hər cür mürəkkəb terminologiyadan, bəzək və düzəkdən uzaq, ən sadə dildə böyük həqiqətləri ifadə etmək məharəti ilə R.Quliyev öz xalqına demokratiyanın dəyərini anladır və bu böyük nemət uğrunda onu mübarizəyə səsləyir. Çox vaxt liderlərin taleyi Maksim Qorkinin Dankosunun taleyinə ox- şayır. Öz ürəyini onu söyən, onu ittiham edən, hətta onu tikə-parça et- məyə hazır olan xalqının azadlığı naminə sinəsindən çıxarıb məşəl edən və xalqını öz məhəbbəti ilə silahlandıran Danko bəlkə də lider-xalq mü- nasibətlərinin ən inandırıcı simvollarından biridir. Bu gün R.Quliyev də iqtidarın gecə-gündüz ona qarşı apardığı təbliğat müharibəsinin əsirinə çevrilmiş və onu bəlkə də cinayətkar kimi tanıyan bir qrup həmin vətən- daşların xoşbəxt gələcəyi naminə şam kimi yanır, özünün bütün fəaliy- yətini Azərbaycan vətəndaşlarının H.Əliyev diktaturasından xilas olma- sına həsr edir. Mən dəfələrlə R.Quliyevə görə fəxr etmişəm. R.Quliyevin xarici ölkə- lərdəki səfərlərini müşahidə edərkən dəfələrlə öznün xaricilər üzərində üstünlüyünü nümayiş etdirməsi, məğrurluğu, qətiyyəti məni sevindirib. Onun nəinki Azərbaycan, hətta keçmiş SSRI məkanındakı proseslərlə bağlı verdiyi proqnozların peyğəmbərcəsinə düz çıxmasından çaşqın qalan xarici dostlarımızı görəndə azərbaycanlı olduğumla qürur duymu- şam. R.Quliyevin xalqçılığı öz simasında xalqının yüksək keyfiyyətlərə malik olmasını nümayiş etdirməsində də aydın görünür. O, xeyirxah, əliaçıq, qəlbi geniş, səxavətli, qonaqpərvər, ən başlıcası isə, açıq ürəkli- liyi ilə tipik azərbaycan kişisidir. Bununla yanaşı Rəsul Quliyev bəlkə də nadir vətəndaşlarımızdandır ki, qlobal dünyanı qlobal görmək və dü- şünmək qabiliyyətinə malikdir. Onun "Neft və siyasət" kitabının bütün dünyada neftlə bağlı bütün siyasi prosesləri şərh etmək baxımındanunikal bir əsər olması ilk öncə R.Quliyevin qlobal düşüncə qabiliyyətin- dən xəbər verir. Rəsul Quliyev təmasda olduğu insanın acılarını yaşamaq qabiliyyəti- nə malik bir insandır. Çox vaxt təəccüblənirsən-axı, insanın öz şəxsi həyatı da olmalıdır. R.Quliyev xalqının həyatını yaşayan lider kimi insan problemlərinə, insan faciəsinə, insan arzularına laqeyd qala bilməyən və hətta ən ağır qurbanlar bahasına olsa da, başqasına yardıma qoşulmaq- da olan bir insandır. Rəsul Quliyev üçün insan haqqında təəssüratlarının dəyişməsi qədər ağır bir hal yoxdur. O, adamların ən kiçik üstünlüklərini qabartmaq, onu göylərə qaldırmaqdan özünü saxlaya bilmədiyi kimi, öz qiymətlənmə- sində yanıldığını hiss edəndə necə acı təəssüf hissi keçirdiyini gizlətmək üçün nə qədər səy etdiyinin də dəfələrlə şahidi olmuşam. R.Quliyev dostluqda sədaqətli bir insandır. Dostlarının köməyinə ciddi ehtiyacı ol- duğu anlarda belə kiməsə ağız açmaqdan qaçır, yalnız ona görə ki, ki- minsə vəfasız çıxacağından, kimisə buna görə itirəcəyindən qorxur. Rə- sul Quliyev eləcə də, xalqının ona olan ümidlərini ən dəyərli bir şey kimi qiymətləndirir və onu itirməməsi naminə hər cür fədakarlıq edir. R.Quli- yev hamıya yardım etməyə, kömək əli uzatmağa nə qədər çalışsa da, özünün köməyə ehtiyacı olanda, başqalarına problem yaratmamaq üçün, əksinə, insanlardan özünü gizlədir. Rəsul Quliyev kinli deyil. O, dəfələrlə incidiyi, münasibəti pozuldu- ğu, hətta ona haqsızlıq etmiş insanları xalq naminə işlərdə əməkdaşlıq üçün bağrına basır, onlara öz dost əlini uzadır. Rəqiblərinə acımaq ba- xımından və rəqiblərinin qələbəsini dəyərləndirmək baxımından Rəsul bəy məni dəfələrlə təəccübləndirib. O, rəqiblərimizin qələbəsini xal- qımızın nailiyyəti kimi dəyərləndirməyi, onların məğlubiyyətinin səbəb- lərini araşdırmaqda onlara yardım etməyi özünə borc bilir. Rəsul Quliye- vin qəlbində intiqam hissləri yoxdur. "Hər şeyi qanun müəyyən edəcək" cavabı ilə hətta şəxsi düşmənlərinin taleyini şəxsi qaydada həll etməyin demokrat vicdanına sığmadığını nümayiş etdirir. R.Quliyev öz ailəsi ilə xalqı arasında, öz evi ilə dövləti arasında sanki sərhəd tanımır. Bir kişi öz ailəsinin qeyrətini necə çəkirsə, R.Quliyev eləcə xalqının qeyrətini çə- kir. Bir kişi öz evinin gündəlik qayğılarına necə qalırsa, R.Quliyev Azər- baycan dövlətini də elə qurub yaratmaq, inkişaf etdirmək arzusu ilə ya- şayır və bunun məsuliyyətini daşıyır. R.Quliyev Azərbaycandan çox-çox uzaqda müvəqqəti siyasi müha- cir həyatı yaşamasına baxmayaraq, məmləkətdə olan hər hansı bir şəxs- dən daha çox Azərbaycanla yaşayır və onunla nəfəs alır.R.Quliyev bir həyat yolu gedir. Bu yolda Rəsul Quliyevə əbədi yol yoldaşı canı qədər sevdiyi xalqıdır və onun üçün ən böyük mükafat xal- qının ona olan inamı və məhəbbətidir. Xalqa münasibətini şərh edərkən R.Quliyev yazır: "Azərbaycan xalqının bu günkü vəziyyəti, onu təhdid edən və gələcəkdə gözləyən dəhşətlər rahatlığımı əlimdən alır və əgər bunu deməsəm, vicdanım həmişəlik ləkələnər, özüm isə qarşınızda əbə-
olaraq günahkar qalaram. Xalq qarşısında borcunu dərk edən vətən- daş kimi, öz taleyimə, gələcəyimə qarşı yönəlmiş təhlükədən qorxmu- ram. Bu, bütün xalq üçün hazırlanmış qaranlıq gələcəklə müqayisədə heç nədir". Mən inanıram ki, R.Quliyev kimi oğulları olan xalqımız hər
çətinlikləri dəf edəcək. Bu istiqamətdə onun yolunu işıqlandıran R.Quliyev kimi öz ömrünü xalqına qurban verməyə hazır olan liderləri-
parlaq zəkası, aydın düşüncəsi, məhəbbət dolu ürəyi olacaqdır. Bu yolda xalq öz həqiqi liderinə, lider də öz xalqına arxalanacaq.
Sərdar CƏLALOĞLU
YAŞAYAN TARIX NÜMUNƏSI
Rəsul Quliyevin oxucular tərəfindən böyük rəğbətlə qarşılanan "Neft və siyasət", "Demokratiyaya doğru yol", "Mübarizəmizin məqsədi" kitablarından sonra təqdim etdiyi dördüncü- "Diktatorla üz-üzə" kitabı 1993-96-cı illər arasındakı dövrdə Azərbaycanda gedən proseslərin əhəmiyyətli bir hissəsini əks etdirir. Dövrün xarakterik xüsusiyyəti on-
ibarətdir ki, respublika sözdə elan olunmuş müstəqillikdən real iq- tisadi-siyasi məzmunu olan dövlət müstəqilliyinə, dağılmış inzibati-a- mirlik təsərrüfat sistemindən demokratik islahatlara və azad bazar mü- nasibətlərinə keçməli idi. Kitabın müəllifi o şəxsdir ki, dövrün hadisə və proseslərinin kənar müşahidəçisi yox, canlı şahidi, fəal iştirakçısı, az- saylı yaradıcılarından və aparıcılarından biri olub. Bu, 1993-cü ilin sent- yabrından 1996-cı ilin sentyabrına qədər iki çağırış Azərbaycan parla- mentinin - Milli Məclisin sədri işləmiş Rəsul Quliyevdir. H.Əliyev rejiminin üzündən Azərbaycan həqiqi demokratik cəmiy- yətə doğru bu tarixi keçid dövrünü uğurla adlaya bilməsə də, R.Quliyev
vicdanı və xalqı qarşısında növbəti sınaq mərhələsini uğurla keçdi. Buna hətta şübhə ilə yanaşanlar da kitabı oxuyandan sonra əmin ola bi- lərlər ki, o, vətənpərvər bir şəxsiyyət kimi mübarizə apardı, istefa ver- məklə prinsiplərindən dönmədiyini bir daha nümayiş etdirdi və diktatu-
rejiminə qarşı daha böyük mübarizə cəbhəsi açdı. O, hakimiyyətdə birinci şəxsə çevrilməyin cəmi bir addımlığında idi. Lakin xalqını müdhiş faciələrə, səfalət və dilənçiliyə sürükləyən cinayətkar siyasətə göz yum- maq və şərik olmaqla birinci şəxs olmağı özünə rəva görmədi. Çoxla- rının həsəd apardığı böyük vəzifə postunu XALQ mənafeyinə və demok- ratiyaya qurban vermək nümunəsi göstərdi. Onun portret cizgiləri ilə yaxından tanışlıq deməyə əsas verir ki, o
bu cür addım atmalı idi. Fəhləlikdən parlament sədrliyinə qədər maraqlı bir yol keçib. Kar- yerasını aparatçı sovet məmurlarının əksəriyyəti kimi əyilə-əyilə ucal- maq prinsipi üzərində qurmayıb. Məktəbli, tələbə, fəhlə, zavod direkto-
və parlament sədri kimi cəmiyyətin gözü qabağında böyüyüb. Həyatı şəffaf olsa da, Azərbaycanda onun qədər ətrafında ziddiy- yətli və qərəzli fikirlər yaradılan ikinci bir siyasi xadim tapmaq çətindir. Cəmiyyətin əhəmiyyətli hissəsi onu "çörək verən adam", "islahatçı", "və- tənpərvər siyasətçi" kimi tanıyır, züy tutan və ələbaxan məmurlar dəstə-
isə cinayətkar, terrorçu, talançı kimi təqdim edirlər. Bu ziddiyyət Azərbaycan reallığından doğur. Bura haqq üçün dərisi soyulanlarınvətənidir, haqq deyənlərin dama və daşa basıldığı məmləkətdir...Həm də alçaq itaətə və yaltaqlığa adət etmiş qarınqulu məmurların vətənidir. Əsassız ittiham və çirkab selinin ünvanı o kəsdir ki, cəmi üçdörd il əvvə- lə qədər elə o iftiraçıların nəzərində "möhtərəm Rəsul müəllim" idi. Ona atılan iftiraları dəf etmək, öz inkişaf modelini cəmiyyətə təq- dim etmək və rejimlə yalançı müxalifətin gizli nigahına qarşı çoxşaxəli mübarizə aparmaq zorundadır. Siyasətçi və vətəndaş kimi öz mövqeyini tam açıqlayandan bəri heç zaman normal şəkildə tənqid olunmayıb, yal- nız böhtanlara tuş edilib və şantaj edilib. Bu antiquliyevçiliyin zəifliyidir. Ağa da, qaraya da münasibətin təhrif olunması Azərbaycanda adə- tə çevrilib. Lakin onun imici sabitdir, başqalarından fərqli olaraq özünə süni imic yaratmaqla məşğul olmayıb, imici haqqında düşünmədən ad- dımları, fikirləri və keçdiyi həyat yolu ilə özünə siyasi portret yaradıb. Ona Azərbaycanda münasibət məsələsi təkcə siyasi konyuktura və haki- miyyət məsələsi yox, həm də əxlaq, mədəniyyət və kişilik məsələsidir. Məlumdur ki, əqli zorlanmalar insanları normal düşüncədən məhrum edir. Cəmiyyətimizin siyasi şüuru total zorlanmalara məruz qaldığı üçün, Rəsul Quliyev həddən ziyadə təvazökar olduğu və xalqın böyük hissəsi ona olan ümidlərini hələ aşkar ifadə edə bilmədiyi üçün şəxsi kompleksi təzə-təzə açılmağa başlayır. 60-cı illərdə Sovet Azərbayca- nında gizli demokratik tələbə hərəkatının fəalı, gizli Xalq Demokrat Partiyasının ideologiya katibi olduğunu, hətta Neft-Kimya Institutu- nun tələbəsi ikən gizli siyasi fəaliyyətinə görə 5 aylıq həbsdə saxlandığını az adam bilir. Onu yalnız mənfi çalarlarda təqdim etməyə məcbur edilən adam- lardan fərqli olaraq xalqın bu şəxsə müsbət münasibətində dəyişiklik baş verməyib. Xalqın nəzərində o, elə əvvəlki kimi səriştəli, enerjili, sə- mimi, açıq və konkret danışan, cəsarətli, təvazökar, xeyirxah, səxavətli, tabeçiliyində olan hər kəsi düşünən yetkin və dərrakəli bir liderdir. Rea- listcəsinə düşündüyü və danışdığı üçün xalqı inandıra bilir. Cəsarət çoxlarına məxsus mənəvi-psixoloji keyfiyyət olsa da, R.Quliyevdə cəsarət az-az siyasətçilərdə rast gəlinən ictimai motivlidir. O, xalq üçün tələb olunan məqamlarda dəfələrlə qətiyyət nümayiş etdi- rib. "Xalqım bədbəxt yaşayırsa, mən xoşbəxt ola bilmərəm" deyərək H.Əliyev rejiminin şəxsən onun üçün verəcəyi hər şeydən imtina etdi və ağır mühacirətdən keçən müxalifət yolu tutdu. Onun vətənpərvərliyi konkret ifadə formalarına malikdir.Insanlar köçüb dünyanın cənnət guşəsi ABŞ-da yaşamaq istədiyi halda o, elə həmin cənnəti tərk edib bərbad günə qoyulmuş Azərbayca- na qayıtmağa can atır. O, bütün dövrlərdə nəhayətsiz hakimiyyət iddialarını ört-basdır edənlərdən və "mən hakimiyyətə gəlmək istəmirdim" deyərək hakimiyət- dən beşəlli yapışanlardan fərqli olaraq öz hakimiyyət iddiasını gizlətmə- yən yeni əxlaqa malik siyasətçidir. Çünki can atdığı hakimiyyəti yalnız xalqına sərf etmək niyyətindədir. Bir qayda olaraq xalqa vədlər vermə- yən, ya da sürüşkən vədlər verən siyasətçilərdən fərqli olaraq o, xalqa qəti əminliklə konkret vədlər verir, vədlərində geriyə körpü saxlamır, çünki dediklərini həyata keçirəcəyinə tam inanır. Onu cürbəcür cinayətlərdə ittiham edənlərin özlərinin rüşvətxor, qatil obrazını mükəmməl surətdə yaratdı. H.Əliyev hakimiyyəti onun ci- nayətkar obrazını yaratmağa çalışdıqca cəmiyyət vətənpərvər bir xeyriy- yəçi obrazını kontur kimi çıxardı və sübut etdi ki, böyük xeyriyyəçilik əməllərinin sahibi olan kəs cinayətkar ola bilməz. Rəsul Quliyev ona ünvanlaşmış milyonlarla pulu "xalqın cibindən oğurlamaq ittihamını" çox tezliklə rejimin özünə qarşı yönəldə bildi. Müəllimin, həkimin, qaçqının, yetimin payını yeyən hakimiyyət xalqın ci- bində milyonların qalmasına imkan verərmi? Cibində on milyonlarla pu- lu olan xalq niyə belə dilənçi günündədir? Bu ölkədə xalqın yox, yalnız məlum bir klanın cibi var. Klan öz cibini nə əsasla xalqın cibi kimi təq- dim edir? Vaxtilə U.Çörçill və C.Kennedi də Rəsul Quliyev kimi normal siyasi mübarizə və əxlaq çərçivəsindən kənar hücumlara məruz qoyulurdu. Lakin nəticə şantaj edilən Çörçill və Kennedinin xeyrinə gözlənilməz də- rəcədə böyük oldu. O zaman Ingiltərədə deyirdilər ki, Çörçili ingilis xalqı istəyir, siyasi situasiya isə tələb edir. Lakin bu iki amil nə qədər güclü olsa da, Çörçilin hakimiyyətə gəlişində onu şüursuz tənqid edən sarsaq rəqiblərinin rolu bir o qədər güclü olmuşdu. O zaman belə bir fikir də yaranmışdı: "Hakimiyyəti həyatının mənası sayanların əxlaqsızlığa bəra- bər davranışları ingilis xalqını Çörçilə üstünlük verməyə sövq etdi". Rə- sul Quliyev indiki situasiyada Çörçill, Kennedi kimi klassik qərb siyasət- çilərinin durumunu yaşayır-rəqibləri onu sürətlə hakimiyyətə tərəf itələ- yirlər. R.Quliyev öz mübarizəsində tək-tək adamları yox, bütün rejimi hədəfə götürüb. "H.Əliyevin özü yox, ideyaları qocadır" deyəndə şəxslə- rə qarşı qisasçılıqdan uzaq olduğunu ortaya qoyub. "Əgər xalq H.Əliyevi bağışlasa, mən də bağışlayaram" deyir. Regionçuluq və qisasçılıq bəla-sına tutulanların halına acıyan eks-spiker belə deyir: "Otuz-qırx ilin ər- zində bir-birini əvəzləyən hakimiyyətlər yalnız qisasçılıqla məşğul olub- lar. Nəhayət kimsə qisasçılıqdan imtina nümunəsi göstərməlidir. Mən hakimiyyətə gələndə özümdən əvvəlkilərin bütün qisasçılıq siyasətləri üçün xalqdan üzr istəyəcəyəm və ölkəni yeni üsulda idarə edəcəyəm". Buna inanmamağa əsas yoxdur. Inkişaf etmiş Amerika modelinin R.Quli- yevlə birlikdə Azərbaycana köçürülməsi üçün bir neçə illik məcburi mü- hacir həyatı bəlkə də tarixi zərurətdir. Cəmiyyət Rəsul Quliyevin gətirə- cəyi tərəqqi və xilasolma modelini daha böyük sürətlə mənimsəməkdə- dir. Bəziləri səhvən düşünürdülər ki, o parlament sədrliyindən istefa verərkən həm də siyasətdən gedir. Lakin qısa müddətdə aydınlaşdı ki, siyasətə kimsə tərəfindən gətirilmədiyi üçün onu siyasət meydanından vurub çıxarmaq da kimsənin gücü daxilində deyil. 1996-cı ildə haki- miyyətdən gedişi onun eyni zamanda böyük siyasətə uğurlu qayıdışının başlanğıcı oldu. Indi Zaqafqaziyada, Yaxın və Orta Şərq ölkələrində de- mokratiyanı bərqərar etmək üçün real və qlobal düşüncə sahibi kimi özünü təsdiqləyib. Azərbaycanda şüarlardan uzaq, real fəaliyyət müstə- visində demokratiyanın nəzəri-praktik inkişafı üçün onun qədər xid- mətləri olan lider yoxdur. Beynəlxalq rəsmi dairələri Azərbaycanda de- mokratiya problemlərinə cəlb etməkdə də o, alternativi olmayan uğurlar sahibidir. Azərbaycanla bağlı ABŞ Senatında təşkil edilmiş dinləmələr, senator və konqresmenlərin bəyanatları onun fikirlərinə beynəlxalq dai- rələrin ciddi münasibətinin göstəricisidir. 2001-ci ilin may-iyun aylarında Türkiyə Respublikasının nüfuzlu- ictimai qurumları olan "Yüksəliş: Iqtisadi və Strateji Araşdırmalar Fon- du", "Analitik Araşadırmalar Danışmanlığı", "Çankaya Fondu" tərəfindən Demokratiyanın inkişafında və dərinləşməsində xidmətlərinə görə Böyük Dövlət Adamı kimi mükafatlara layiq görülməsi hər bir qərəzsiz azər- baycanlının milli iftixarına səbəb olan hadisədir. Analatik Araşdırma və Danışmanlıq qurumunun sədri Hüseyn Qocabıyığın dəqiq və səlis deyimi Rəsul Quliyevin üzərinə qoyulmuş böyük tarixi missiyanın tutarlı ifadə- sidir: "Rəsul Quliyev tək Azərbaycanda yox, bütün Qafqazda demokrati- yanı sistem kimi bərqərar etməyə qadir şəxsiyyətdir". 1993-96-cı illərin mətbuatı, rəsmi, ictimai və beynəlxalq dairələr əvvəlki parlament sədrləri kimi, R.Quliyevi də dəbdə olan "spiker" ifadəsi ilə adlandırırdılar. Lakin hamıdan fərqli olaraq çox sonralar da ehtiramla xatırlanan "eks-spiker" titulunu tək o qazana bildi. Indi də Azərbaycan- da "eks-spiker" deyiləndə hamı R.Quliyevin nəzərdə tutulduğunu düşü-nür. Baxmayaraq ki, eks-spikerlər çoxdur. Bunun səbəbi "O parlamenti necə idarə edirdi?" sualındadır və sualın əhatəli cavabını kitabda tapmaq mümkündür. R.Quliyev parlament qanunvericiliyi və idarəçiliyi tarixində kimisə təkrarlamadan, yamsılamadan, sərbəstliyə imkan daxilində maksimum şərait yaratmaqla, ən aktual problemləri cəsarətlə müzakirəyə çıxar- maqla və hakimiyyətin ünvanına sərt tənqidləri ilə orijinal bir üslub nü- mayiş etdirdi. Onun özünəməxsus tonda "xalq əmək haqqını ala bilmir, ancaq xalqı bu günə salanlar vaxtında hər şeyi ala bilirlər" fikrini cəmiy- yət yuxarı hakimiyyət eşalonlarından ilk dəfə eşidirdi. Rəsul Quliyevin parlament iclaslarındakı çıxışları, böhrandan qur- tuluş yolları barədə mülahizələri kitabın əsas hissəsini təşkil edir. Bu çıxışlar respublikanı indi də narahat edən ən aktual problemlərin - iqti- sadi böhran, sənaye və kənd təsərrüfatının inkişafı, Dağlıq Qarabağ problemi, elm, təhsil, səhiyyə, mədəniyyət, ordu quruculuğu, islahatlar və digər problemlərin kökü, həlli yolları və mümkün nəticələrini əhatə edir. Həm də bu mövqenin əksər hallarda H.Əliyev rejiminin daxilində onun fərqli siyasəti ilə daban-dabana ziddiyyətə girdiyini də görməmək mümkün deyil. Rəsul Quliyevin rəhbərlik etdiyi üç illik dövrdə parla- mentdə islahatçılıq xətti ilə rejimin antireformasiya siyasətinin toqquş- duğuna dair kifayət qədər faktlarla tanış olmaq mümkündür. Kitabı oxuyarkən o dövrün hakimiyyət komandasının bəzi daxili sirləri də aydınlaşır. Məlum olur ki, islahatlar xəttini xilas etmək uğrun- da hakimiyyətdaxili iki qütb arasında kəskin mübarizə gedirmiş. Qütb- lərdən birinə şübhəsiz R.Quliyev rəhbərlik edirdi və rəsmi çıxışlarında aşkar bildirirdi ki, islahatların xilas edilməsi Azərbaycanı xilas etməyin əsas şərtidir. Ölkəni xilas etmək barədə onun həyacan dolu çağırışla- rının səmimiliyinə nə o zaman, nə də indi əksəriyyət şübhə etmir. Lakin spiker olarkən onun islahatları kimdən xilas etmək cəhdlərinin həqiqi mahiyyətini təəssüf ki, az adamlar anlayırdılar. Onda az-az adamlara məlum idi ki, Rəsul Quliyev total miqyasda rüşvət və korrupsiya me- xanizminə çevrilmək üzrə olan bütün rejimlə üz-üzə dayanıb və onun xilas etmək istədiyi mütərəqqi islahatlar kursu yolunda təhlükəli ma- neə məhz Heydər Əliyevin özüdür. Məruzələrdən bir neçəsini oxumaq kifayətdir ki, R.Quliyevin inamlı islahatçı olduğuna və parlamenti çox zəruri olan islahatlar prosesinin avanqardına çevirmək cəhdlərinə əmin olasan. 1993-1996-cı illərin prosesləri, parlamentdaxili müzakirələr çox- larımızın gözü qarşısında baş versə də, üstündən illər keçəndən sonrayeni keyfiyyətləri ilə diqqəti cəlb edir. Köklü islahatlar və Dağlıq Qarabağ probleminin həlli sahəsində fəaliyyət proqramına dair R.Quliyevin məru- zə və çıxışları ilə yenidən tanışlıq maraqlı bir cəhəti ortaya qoyur. "So- sial-iqtisadi islahatlar və Dağlıq Qarabağ probleminin həlli prosesi necə aparılmalıdır" sualına onun beş-altı il əvvəlki mövqeyi indikindən qətiy- yən fərqlənmir. Bu o deməkdir ki, R.Quliyev problemlərin mahiyyətinə dərindən vararaq onlar barədə sadəcə vəzifəli şəxs kimi yox, inamlı pat- riot kimi danışmağa çalışıb, baxışları fraqmentar deyil, proqram-kon- septual xarakter daşıyırdı. "Xalqın xoşbəxt yaşayışı ədalətli və sürətli islahatlardan, Dağlıq Qarabağ probleminin həlli demokratik rejimdən keçir". Rəsul Quliyevin o zaman və indi dəyişməz qalmış bu fikri yəqin ki, hələ uzun müddət Azərbaycan dövlətçiliyinin əsas proqram tezisi olacaq. Kitab müəllifin bütün həyatını tam əhatə etmədiyi üçün memuar ədəbiyyatı sayılmamalıdır. Xalqın ümdə problemlərinin həlli uğrunda fə- al dövlət xadiminin hakimiyyət daxilində bir neçə illik mübarizə mövqe- yini əks etdirir. Nəzərə alaq ki, həmin problemlər indi də mövcuddur və xalqın xoşbəxt yaşayışı uğrunda müəllifin nüfuzlu partiya lideri kimi mübarizəsi hələ davam edir. Buna görə də Rəsul Quliyevin "Diktatorla üz-üzə" adlı kitabı memuar ədəbiyyatı yox, yaşayan tarix nümunəsi kimi ortaya çıxıb.
Aydın QULIYEV


