Ziyalılar yenə Qarabağa gedəcək
Azərbaycan və Ermənistan ziyalılarının Xankəndi, Irəvan və Bakıya ikinci səfəri həyata keçiriləcək. APA-nın məlumatına görə, bu barədə “Panarmenian” agentliyinə Ermənistanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri Armen Sumbatyan məlumat verib.Onun sözlərinə görə, bu barədə hələlik konkret nə isə söyləmək mümkün deyil. “Lakin belə səfərlərin davamlı olacağına məndə zərrə qədər şübhə yoxdur”.
Qeyd edək ki, 2007-ci il iyunun 28-də Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri Polad Bülbüloğlu və Armen Sumbatyanın təşəbbüsü ilə iki ölkə ziyalıları Xankəndi, Irəvan və Bakıya səfər ediblər. Azərbaycan nümayəndə heyətinin tərkibində Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli, Kamal Abdulla, Azərpaşa Nemətov və Ilhami Fətəliyev münaqişə zonasına və Ermənistana səfərdə iştirak edib.


