"Siyasiləşdirməyin" nə deməkdir?
Gərək, lazımdır ki, baxaq.
Ona-buna agız açaq.
Ordan-burdan minnət alaq.
Siyasiləşdirməyin, ancaq!
Kim kimi tutdu,
Kim kimi vurdu,
Kim kimə qoydu, -
Siyasiləşdirməyin! Oldu?
Web məkanda susmaq istəmədi biri,
Dedi ki: "Sayt açdım. Protest edək indi!"
Polis "protest" sözün elə ki eşitdi,
Siyasiləşdirmədən məsələni də bitirdi.
Susmaq istəyənlərsə bunu əvvəlcədən bilirmiş,
Onlar yaxşı bilir - hər protestin sonu zibilmiş.
Protest etdin ya etmədin - kutlə debilmiş,
Siyasiləşdirməyin! Işinizi görün kirmiş!
Kirmiş görmək olar əlbəttə işləri,
Onsuz da işsizlik susdurur bizləri.
Amma ömürdən gedən səssiz o günlərin,
Lal-kar olacaq perspektivləri.
Susmaq olmaz! Sükut - ölümdür!
Istəmirəm mən ahəngi!
Mən yağışı da siyasiləşdirərəm,
Görəndə su basmış küçələri!


