Susmaq qızıldırmı?
"Susmaq qızıldır" deyənlər,
Susmağınızdan qazananlardır.
Susduqca siz, olursunuz aciz.
Onlarsa qaz vurub, qazan dolduranlardır.
Tutalım ki, istəmədiz susmaq.
Danışmağı siz seçəcəksiz.
Nə danışmaq lazım olduğunu,
Hardan, bəs, biləcəksiz?
Qədim yunanlara görə,
Dialektik düşüncəyə
Malik olur hər bir adam.
Bunu gərək sonra mən ayrica araşdıram.
İndisə gəlin qayıdaq
Nə danışmaq lazım olduğuna.
Sizə deyə bilərlər: "Ay, axmaq!
Sən kimsən ki, girirsən oyuna?
Səndən böyük adamların səsi heç çıxmır.
Hər birisi səndən də çox bilir, amma danışmır.
Danışanda da söyleyir ki, sabitlikdir.
Sabitliyin təməlində isə sakitlikdir.
Sən danışsan, pozulacaqdır sakitlik.
Qoy oturmuşuq da, yaratma çətinlik.
Sakit görmək lazımdır işləri.
Onda gedə bilərik, bəlkə, irəli."
İrəlidə olanlarınsa səsdən-küydən başı açılmır,
Gah mitinq, gah seçki, gah parti, gah içki.
Başa düşmək heç olmur bir şeyi,
Səsli-küylü irəliyə sakit-sakit necə çatmaq olar, sizcə


