İthaf
Məni 80-lərin sonunda Milli Azadlıq Hərəkati oyatdı. Mən, o zaman "Lenin Meydanı"nda toplaşan, yüz minlərlə coşqulu adamların içində özümü kiçik, cılız və lazımsız hiss etdim. Həmin anlar kimliyim haqqında çox düşünməyə başladım. Mitinqlərdə hər kəsin azərbaycan dilində danışması məni lap çox sarsıdırdı. Axı mən bu dili siyasi ritorika baxımından yararsız sayırdım və özümü, rus və ingilis dillərini çox yaxşı bildiyimdən, başqalarından xeyli üstün sanırdım. Həmin anlarda isə hər şey alt-üst oldu. Mən gördüm ki, aşagılamağa çalışdıgım azərbaycan-dilli kütlə təsəvvürü və coşqusu hesabına mənim təkkəbbürümü qorxularıma çevirməkdə idi. Mənə çox qəribə gəlirdi, axı mən heç zaman özümü qorxaq saymamışdım. Ən qəribəsi isə nədən qorxduğumu bilməməyimdə idi. Sonralar anladım ki, qorxu zənn etdiyim hiss əslində lazımsızlıq duyğusu imiş. Hər zaman özünü iddialı hesab edən birisi üçün lazımsızlıq çox məyyusedici və hətta məhvedici duyğudur.
Elçibəyi mən ilk dəfə həmin lazımsızlıq duyğusunun acısını yaşayarkən tanıdım. Yox, biz heç zaman şəxsən tanış olmamışıq. Amma Elçibəyin coşqulu nitqləri, bütövlükdə o zamankı Xalq Cəbhəsinin oyatdığı milli yüksəliş, mənim düşüncə məcramı dəyişdi. Mən sayğısızlıqdan sarsıntıya, sarsıntıdan isə əqli sabitliyə doğru dəyişimlərdən keçdim. İlk öncə azərbaycan dilini yenidən öyrənməyə özümü məcbur etdim və qısa bir zamanda buna nail oldum. Indi, hərdən, düşünəndü ki, bütün sonrakı nailiyyətlərimin təməlini nə təşkil edir, hər dəfə özümə eyni cavabı verirəm: milli oyanış dönəmində ana dilimi öyrənməyim. Yox, məsələ sadəcə dildə deyildi. Məsələ o zaman bu dili yenidən və tez bir zamanda öyrənməklə, ümumiyyətlə yaxşılığa doğru hər hansi bir dəyişikliyin, iradə nümayiş etdirildikdə, tezliklə mümkün olmasına yaranmış inamımda idi. Bu inamı isə mənə o zamanlar Elçibəy və Xalq Cəbhəsi vermişdi. Mən onda oyandım.




DUzu boyuk 1 curet edib bu ehtirafi elemisen ve duzu men seni bele bilmirdim .....Yaxsi ki oyanmisan ...Yoxsa her kes senin kimi dusunseydi bu milletin axiri nece olardi? ve cox sagol ki sen VETENini boyuk urekle sevirsen
Oktyabr 15, 2007 13:38