Erkin Qədirli Dil
Dil sosial gerçəkliyin çərçivəsidir. Dildən kənar sosial gerçəklik yoxdur və ola da bilməz. Heç kəs təsəvvür etmədiyini anlaya bilmir. Təsəvvür anlayışın təməlidir. Lakin təsəvvür də dildən zəngin ola bilmir. Daha doğrusu, hər kəsin təsəvvürü (anlayışı) onun söz ehtiyatından asılıdır. Çox dil bilənin gerçəkliyi bir dil bilənin gerçəkliyindən daha zəngindir. Gerçəklik dilimizdə 'reallıq' demək olduğunu hər kəs bilir. Amma bu sözün, etimoloji olaraq (dekonstruksiya etsək), 'geri' və 'çəkilmək' sözlərindən törəndiyinə çox az adam əhəmiyyət verir. Qəribədir, mədəniyyətimiz reallığı anlamaq üçün geri çəkilməyimizi tələb etmiş kimi görünür. Optik effekt olaraq bunu daha asan təsdiq etmək olur. Bəzi obyektləri aydın görmək üçün onlardan bəlli məsafəyə geri çəkilmək lazım gəlir ki, həmin obyektlərin üz, yan, arxa, alt və ya üst tərəfi görünsün (bütövlükdə heç bir obyekti eyni zamanda müşahidə etmək mümkün deyil). Məsələn, üstündə yazı olan vərəqi həddindən artıq gözlərinizə yaxınlaşdırsanız, yazını oxuya bilməyəcəksiniz. Gərəkdir ki, vərəqi müəyyən məsafəyə gözlərinizdən geri çəkəsiniz. Gözlərinizin görmə qabiliyyətindən asılı olaraq, həmin məsafə də fərqlənəcək.
Mədəniyyətimiz nominalistik olduğu üçün, təbiətdəki hallar asanlıqla sosiallaşdırılır. Bir çox atalar sözlərimiz də buna misal ola bilər. Məsələn, 'alma almaya bənzər', 'ot kökü üstə bitər' və s. Doğrudanmı reallığı anlamaq üçün geri çəkilməmiz lazım gəlir? Bu sizə sadəcə söz oynu kimi gəlməsin. Unutmayın ki, sözlər şüurumuzu proqramlaşdırır və düşüncə vərdişlərimizə keçir.
'Gerçəklik duyumu' kodumuz çəkingəndir. Biz, cemiyyət olaraq, həmişə geridəyik. Hadisələri qabaqlamırıq. Daha çox başqalarının etdiyinə cavab verməklə məşğuluq ki, bu da zaman, sinir, fikir və sairə bir çox hesaba alınmayan resurslarımızın boşuna xərcləndiyi anlamına gəlir. Biz bir çox anlayışları dəyişik mənalarda istifadə edirik. Daha doğrusu, dəyişdirilmiş mənalarda. Özü də, yalnış mənalarda. Məsələn, 'prinsipiallıq' - 'inadkarlıq', 'bitərəflik' - mövqesizlik', qərəzsizlik' - 'biganəlik', 'sabitlik' - 'sakitlik' kimi başa düşülür. Belə yanlış məna dəyişmələri şüurumuzu elə kodlaşdırır kı, biz, məsələn, mitinqi və ya küçə yürüşünü "istirahət" bəhanəsi ilə qadağan edə bilirik ki, guya mitinq camaatın istirahətini pozar (sabitliyin sakitliklə əvəz edilməsinə örnək).
Mən dilin təmizliyini yuxarıda göstərməyə çalışdığım yanlışlıqlardan qurtulmağın məqsədi kimi görürəm. Dilin saflığı düşüncədən başlayır. Düşüncə azadlığı azadlıqların ən çətinidir. Amma ona nail ola bilsəniz digər azadlıqlar sizə asan gələcək! Unutmayın ki, dil sadəcə danışıq vasitəsi deyil, həm də və hər şəydən öncə düşüncənin məhsuludur.
Düşük düşüncələrin düşkünü gününə düşməyin!