Nekro-iqtisadi artım. Erkin Qedirli
Qiymətlər qalxır, dəyərlər düşür,
Zəhmət getdikcə əziyyət olur.
Qədərin qədrini bilməyənlər
Makro-iqtisadi proqnozist olur.
Az olan TV-dən dedilər dünən:
"Qiymətlər qalxsa da, aşağıdır hələ.
Başqa ölkələrlə müqayisə etsək,
Guya vəziyyətimiz olacaq bax belə - "!" (baş barmaq işarəsi)
Dinamik artır iqtisadiyatımız,
Dünyada gedən prosəslərə rəğmən.
Adam başına düşən gəlirdən
Mənim başıma, bəs, düşmür nədən?
Bilirəm, hər adamın başı olmur.
Statistika dəqiq elmdir axı.
Görünür başsız olduğumdan,
Mənim payım başqasına çatır.
Arsız şeymiş bizdəki artım,
İlk hecası "ar" olsa da.
Nə qədər etsən də ona yatırım...
Tarif Şurası yapmağa qoysa, daaa.
Vergilər yığılır hər gələn gəlirdən,
Gəliri çıxara bilsəniz hərdən.
Vergilər Nazirliyi erotikdir yaman,
"Vətəni sev. Dövlətə vər", - deyir tablodan.
Sevməklə vermək hər zaman baş-başadır.
Vətəni sevməkçün də, verəsən gərək.
Verəndə də baxasan - verdiyin nədir.
Verilməz şeylərin olmalıdır mütləq!
Verilməz şeylərin olmazsa əgər,
Varlığın da olmaz vətənin üçün.
Şəxsiyyət olmalısan vətəndaşlığa qədər,
Yoxsa vətən daşa dönər sinəndə bir gün.
Zəhmət getdikcə əziyyət olur.
Qədərin qədrini bilməyənlər
Makro-iqtisadi proqnozist olur.
Az olan TV-dən dedilər dünən:
"Qiymətlər qalxsa da, aşağıdır hələ.
Başqa ölkələrlə müqayisə etsək,
Guya vəziyyətimiz olacaq bax belə - "!" (baş barmaq işarəsi)
Dinamik artır iqtisadiyatımız,
Dünyada gedən prosəslərə rəğmən.
Adam başına düşən gəlirdən
Mənim başıma, bəs, düşmür nədən?
Bilirəm, hər adamın başı olmur.
Statistika dəqiq elmdir axı.
Görünür başsız olduğumdan,
Mənim payım başqasına çatır.
Arsız şeymiş bizdəki artım,
İlk hecası "ar" olsa da.
Nə qədər etsən də ona yatırım...
Tarif Şurası yapmağa qoysa, daaa.
Vergilər yığılır hər gələn gəlirdən,
Gəliri çıxara bilsəniz hərdən.
Vergilər Nazirliyi erotikdir yaman,
"Vətəni sev. Dövlətə vər", - deyir tablodan.
Sevməklə vermək hər zaman baş-başadır.
Vətəni sevməkçün də, verəsən gərək.
Verəndə də baxasan - verdiyin nədir.
Verilməz şeylərin olmalıdır mütləq!
Verilməz şeylərin olmazsa əgər,
Varlığın da olmaz vətənin üçün.
Şəxsiyyət olmalısan vətəndaşlığa qədər,
Yoxsa vətən daşa dönər sinəndə bir gün.


