Musavat Basqani Isa Qənbərə Anspressin forumunda mende bir nece sual verdim buyurun tanis olun
Salam Isa bey.Size bir nece sualim olacaq
1. Mitinqlere ne vaxd baslayirsiz?
1. 2007-ci ilin əvvəllərində keçirdiyimiz mitinqlərə minlərlə insanlar qatılsa da, böyük bir kütləvilik alınmadı. Buna görə də növbəti mitinqlərə başlamaqla bağlı müzakirələrimiz davam edir. Biz yeni mitinqlər keçirməyə hazırıq, cəmiyyət buna hazırdırmı? Biz bu amili mütləq nəzərə almalıyıq. Hərhalda mitinqləri mütləq keçirəcəyik.
2. Sizce 2008 ci il seckilerinde istirak etmemek muxalifetin acizliyini gostermezmi?
2. Sizinlə razıyam. Məhz ona görə də Müsavat partiyası seçkilərdə iştirakla bağlı qərar qəbul edib.
3. Seckilerde vahid namizedle istirak etmek muxalifet ucun daha meqsedeuygun olmazdimi?
3. Biz 2008-ci il seçkisində vahid namizəd konsepsiyası ilə deyil , vahid elektorat konsepsiyası ilə iştirak etmək fikrindəyik. Çünki bir sıra reallıqlar müxalifətin seçkilərdə vahid namizədlə iştirak etməsini çox çətin, bəlkə də mümkünsüz hala gətirmişdir.
4. Eli Insanovu bagislamisizmi?
4. Əli İnsanov bir cəsarət nümunəsi göstərərək bizdən üzr istədi, bunu qiymətləndirməmək mümkün deyil. Təbii ki ,mən onu bağışlamışam.



