Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin həyətində dava düşüb
E.Fətullayevin qohumları F.Əliyevin məhkəməsində təqsirləndirilən Ağaəli Əhmədova hücum ediblər
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin həyətində dava baş verib. ANS PRESS-in müxbirinin verdiyi məlumata görə, məhkəmənin həyətində «Realnıy Azərbaycan» və «Gündəlik Azərbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin atası və sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin məhkəməsində təqsirləndirilən və hazırda zamində olan Auksion mərkəzinin sabiq direktoru Ağaəli Əhmədov arasında insident baş verib. Məlumata görə, redaktorun qohumları Ağaəlinin üstünə hucum ediblər. A.Əhmədov Fətullayevi qaçqınlar üçün yığılan vəsaitləri götürərək aradan çıxmaqda ittiham edib. /ANS PRESS/


