Bu gün Zəngilanın işğalından 14 il keçir Allas sebrizimi kessin!!!!!!!!!
Bu gün Zəngilanın işğalından 14 il keçir. Əlverişli coğrafi mövqeyə malik Zəngilan Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşir və mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 700 kvadrat km-dən, əhalisi isə 35 mindən çox olub. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib. İşğaldan sonra Bakı-Mincivan-Qafan dəmiryolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağılıb.
1993-cü il oktyabrın 29-da Zəngilan rayonu işğal edildi və bu Azərbaycanın işğal edilən sonuncu rayon oldu. Qeyd edək ki, işğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi
Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib. Bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır. Zəngilanın işğal olunmasından bir müddət əvvəl bütün texnika ərazini tərk edib. Bundan sonra rayonunun müdafiəsi özünü müdafiə dəstələrinin ümüdinə qalıb. Lakin özünümüdafiə dəstələri də erməni silahlı birləşmələrinin hücumlarının qarşısını ala bilməyiblər. Amma Zəngilana erməni qüvvələrinin daxil olacağı rayon camaatı bilib. Buna görə də rayon sakinləri dərələrdə gecələyib. Erməni tankları 4 tərəfdən rayona hücuma keçərək 2-ci Xocalı faciəsini törətmək istəsə də bu baş tutmayıb. Əhali cəld tərpənərək özünü Araz çayına atıb və İran ərazisinə keçib. Bununla da, zəngilanlılar gözlənilən soyqırımdan yaxa qurtara biliblər. /ANS TV/



Allah(c.c)bu müqeddes torpaq uğrunda şehid olan soydaşlarımıza rehmet elesin.AMİN.çox ağır bir haldı..demek olar ki her iki aydan bir itirilmiş torpaqlarımızın ildönümü olur.söz tapmıram
ancaq bu MÜQEDDES AZERBAYCAN bele derdleri çox görüb yenilmeyib.yene de yenilmeyecek.neyin bahasına olursa olsun Allahın izniyle qayıdacaq ve qayıtmalıdı da torpaqlarımız.başın sağ olsun VETEN!
Oktyabr 29, 2007 17:46