Eynulla Fətullayevə 8,5 il iş verilib
«Gündəlik Aəzərbaycan» qəzetini baş redaktoru CM-nin terrorçuluqla hədələmə, vergidən yayınma və milli ədavətin qızışdırılmasını nəzərdə tutan maddələrlə ittiham olunurdu
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Mehdi Əsədovun sədrliyi ilə «Realnı Azerbaycan» və «Gündəlik Azərbaycan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin məhkəmə prosesi keçirilib.
Prosesdə «Realnı Azerbaycan» və «Gündəlik Azərbaycan» qəzetlərinin təsisçisi və baş redaktoruna hökm oxunub. Redaktor Eynulla Fətullayev 8,5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Eynulla Fətullayev cinayət məcəlləsinin terrorçuluqla hədələmə, vergidən yayınma və milli ədavətin qızışdırılmasını nəzərdə tutan maddələrlə ittiham olunurdu. /ANS PRESS/


