Baş Prokurorluq İstintaq İdarəsinin müstəntiqinin həbsini təsdiq edib
Azərbaycanın Baş Prokurorluğu İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Mahir Nağıyevin həbsi faktını təsdiq edib. Prokurorluğun məlumatında deyilir ki, Baş Prokurorluğun Korrupsiya Əleyhinə İdarəsi tərəfindən Nağıyevə qarşı 311.3.2 (təkrar rüşvət alma) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələrlə ittiham irəli sürüb. Nəsimi rayon Məhkəməsinin qərarı ilə sabiq müstəntiq barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu barədə Turan-a Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər.
M.Nağıyev istintaq zamanı həbs edilməmələrinin əvəzində vətəndaşlar Baba Mahmudzadə və Ehtiram Əhmədovdan rüşvət almaqda ittiham edilir. Eyni şərtlərlə müstəntiq vətəndaş Anatoli Sinisinin torpaq sahəsini mənimsəyib. Bu saziş Sinisinin yoldaşı Nataliya Sinisinadan həbs əvəzinə başqa yerə getməmək haqqında iltizam alınması əvəzində yalançı şəxs vasitəsilə alqı-satqı yolu ilə qanuniləşdirilib.
"Nağıyev vəzifə səlahiyyətlərini aşaraq, başqa qanunsuz hərəkətlərə də yol verib. Hələ istintaqın başlanğıcına - 2 iyul 2007-ci ilə qədər baş prokurorun əmri ilə Nağıyev prokurorluq orqanlarından "nizam-intizamı müntəzəm pozduğuna", vətəndaşların hüquq və azadlıqlarını pozduğuna görə xaric edilib",- deyə bəyanatda qeyd edilir./Turan/


