PKK problemi Abdulla Gülün Azərbaycana səfəri zamanı müzakirə olunacaq
Hüseyn Avni Qarslıoğlu: "Biz bu məsələlərdə Azərbaycanın dəstəyini həmişə hiss edirik"
PKK probleminin Türkiyə prezidenti Abdulla Gülün Azərbaycana səfəri zamanı müzakirə olunması istisna olunmur. Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlunun fikrincə, bu məsələdə rəsmi Bakı həmişə Ankaraya dəstək olub və əlindən gələn köməyi əsirgəməyib.
Səfirin sözlərinə görə, Azərbaycanın PKK-nı terror təşkilatı kimi qəbul etməsinə Türkiyənin heç bir şübhəsi yoxdur: «Biz bu məsələlərdə Azərbaycanın dəstəyini həmişə hiss edirik». /ANS TV/



