Bakıda polis PKK-ya etiraz edənləri döydü
Dünən saat 13:00-da Azərbaycan Milli Istiqlal Partiyası PKK ilə mübarizədə Türkiyəyə dəstək məqsədi ilə bu ölkənin Azərbaycandakı səfirliyinin binası qarşısında Bakı Şəhər Icra Hakimiyyəti ilə razılaşdırılmamış aksiya keçirib.APA-nın məlumatına görə, aksiya iştirakçıları səfirlik binası qarşısında Azərbaycan-Türkiyə dostluğunu ehtiva edən şüarlar səsləndiriblər. 10 dəqiqədən sonra aksiya keçirilən əraziyə Çevik Polis Alayının, Post-Patrul Xidmətinin və Nəsimi Rayon Polis Idarəsinin əməkdaşları gəlib. Polis əməkdaşları zor tətbiq edərək, AMIP-çiləri səfirlik binası ətrafından uzaqlaşdırıblar. Bu zaman 4-5 nəfər, o cümlədən AMIP-in mətbuat və təbliğat katibi Əli Orucov saxlanılıb.



