Qobustanda baş verən qəza nəticəsində həlak olan 14-cü şəxsin adı məlum oldu
Qobustanda baş verən qəza nəticəsində həlak olan 14-cü şəxsin adı məlum oldu
Bu, Bəhruz Atakişi oğlu Babayevdir
Gecə Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verən ağır yol qəzasında ölənlərin sayı 14-ə çatıb. Qohumlarının ANS PRESS-ə verdiyi məlumata görə, adı naməlum qalan sonuncu şəxs Pərviz Atakişi oğlu Babayevdir. Digərləri isə aşağıdakılardır:
Mikravtobusun sürücüsü Babayev Atakişi Şahbaz oğlu
Babayev Zabil Şahbaz oğlu
Babayeva Rahilə Şahbaz qızı
Babayev Şahbaz Atakişi oğlu
Babayeva Əskinaz Qaib qızı
Babayeva Fidan Pərviz qızı
Babayeva Təranə Şirməmməd qızı
Babayev Zaur Zabil oğlu
Rüstəmov Qismət İsbat oğlu
Rüstəmova Lalə İsbat qızı
Məmədova Gövhər Əzizbala qızı
Güləliyev Vaqif Tanrıverən oğlu
Kərimli Xaliq Ağazadə oğlu
Toydan qayıdan sərnişinləri daşıyan mikroavtobus içi daşla dolu olan «Kamaz» markalı maşınla toqquşub.
Qəza nəticəsində 6 nəfər yaralanıb. Yaralılar Kliniki Tibbi Mərkəzin reanimasiya və intensiv terapiya şöbəsində yerləşdiriliblər. Yaralılar bunlardır:
Babayev Tərlan Pərviz oğlu
Məmmədrzayev Xəlil Rüstəm oğlu
Kərimli Xalis Ağazadə oğlu
Niyazova Pərvin Pərvaz qızı
Niyazov Nicat Əhəd oğlu
Qurbanov Qorxmaz Zərbalı oğlu
Faktla bağlı CM-nin 263,3 yəni, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində iki və daha çox şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanılıb./ANS PRESS/



