Azərbaycanda 45 təşkilat PKK-ya yardım edir
Siyasi partiyalar və QHT-lər PKK-nın terrorçu təşkilat kimi tanınması üçün Milli Məclisə müraciət göndərdi
Dünən Azərbaycanın yüzdən çox vətəndaş cəmiyyəti qurumu, siyasi partiyaları və Milli Məclisin deputatları PKK-nın terrorçu təşkilat kimi tanınması ilə bağlı Milli Məclisə müraciət edib. Sənəddə bildirilir ki, Azərbaycanın da daxil olduğu geopolitik bölgədə PKK-nın yenidən fəallaşması regionda sabitliyin daha da pozulmasına və terrorizmin yayılmasına səbəb olacaq. “PKK təkcə Türkiyə üçün deyil, terroristlərin hədəf götürdüyü bütün bölgə dövlətləri, o cümlədən, Azərbaycanın milli təhlükəsizliyi üçün də ciddi təhlükədir".
Vətəndaş cəmiyyətlərinin və siyasi partiyaların nümayəndələri Sülh və Demokratiya Institutunun təşəbbüsü ilə Avropa otelində keçirilən forumunda iştirak edib.
“Ümid” partiyasının sədri Iqbal Ağazadə bildirib ki, PKK terroru təkcə Türkiyəyə qarşı deyil, regionun əsas iqtisadi layihələri olan Bakı-Tbilsi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərlərinə qarşı da yönəlib. “Məhz bu səbəbdən də PKK təkcə Türkiyənin deyil, bütövlükdə regionun problemidir. Bu səbəbdən də region dövlətləri, Türkiyə, Azərbaycan və Gürcüstan PKK-ya qarşı birgə mübarizə aparmalıdır. Iran da bu mübarizəyə qoşulmalıdır".
“Müsavat” partiyasının başqanı Isa Qəmbər bildirib ki, PKK-ya qarşı mübarizə məsələsi “Müsavat” partiyasının daimi mövqeyidir. “Azərbaycan PKK terroruna qarşı mübarizədə Türkiyəyə dəstək verməlidir. Biz Milli Məclisin PKK-nı terror təşkilatı kimi tanımasını istəyirik”.
ADP sədri Sərdar Cəlaloğlu Milli Məclisin PKK-nı Milli Məclisin terroçu təşkilat kimi tanınmasında Azərbaycan cəmiyyətinin bütövlükdə müsbət mövqeyi var. O, eyni zamanda deyib ki, Azərbaycan ərazisi PKK terrorçuları üçün sığınacaq və maliyyə yardımı üçün məkan ola bilməz. “Bu yaxınlarda Türkiyədə PKK-ya maliyyə yardımı edən təşkilatların siyahısı dərc olunub. Onların arasında Azərbaycanda işləyən 45 təşkilatın adı sadalanır”.
YAP Icra katibinini müavini Səyavuş Novruzov bu təşkilatın idarə heyətinin və 45 deputatın iştirakı ilə keçirilən toplantıda PKK-nın terorçu təşkilat kimi tanındığını bildirib. “Azərbaycan Xarici Işlər Nazirliyi PKK-nın terrorçu təşkilat kimi tanınması ilə bağlı bəyanat yayıb. Bu, Azərbaycanın PKK-nı terrorçu təşkilat kimi tanıması deməkdir. Azərbaycan hökuməti Türkiyəyə siyasi, hərbi və mənəvi dəstək verməyə hazırdır”.
AXCP sədri Əli Kərimli PKK-nın terrorçu təşkilat kimi tanınması ilə bərabər, Azərbaycanın Türkiyənin hazırki hökumətinin mövqeyini dəstəkləməsini vacib sayır. Onun fikrincə, Azərbaycanda da PKK-ya qarşı mübarizə aparılmalıdır. “Kim bilmir ki, Azərbaycanda PKK iqtisadi struktur formalaşdırmayıb. Abdulla Öcalan məhkəməsində deyib ki, PKK-nın ən güclü dayaqlarından biri Azərbaycandadır. Azərbaycan hökuməti indiyədək bunu araşdırıb, tədbir görməli idi".
AMIP lideri Etibar Məmmədov MM-in PKK-nı terrorçu təşkilat kimi tanıması üçün deputatların parlament qarşısında qanunvericilik təşəbbüsü ilə çıxış etməsini vacib sayır. “Milli Məclis PKK-nı terrorçu təşkilat kimi tanımalı, Türkiyəyə hərbi dəstək verilməli və Azərbaycanın müvafiq strukturları PKK-nın Azərbaycan ərazisindən istifadə etməməsi üçün müvafiq tədbirlər görməlidir


