- Sülhəddin bəy, sizcə Azərbaycanda radikal dini qruplaşmaların güclənməsinin səbəbi nədir? Bölgədəki ictimai-siyasi vəziyyət, yoxsa xarici kəşfiyyat orqanlarının təsiridir?
- Bu, bu gün ortaya çıxan bir problem deyil. İllərdir yığışan və getdikcə ağırlaşan, mürəkkəbləşən bir problemdir. Çox təəssüf ki, zamanında mərhələ-mərhələ tədbirlər görülməyib və indi bütövlükdə regionumuzda, o cümlədən qonşu regionlarda hərbi-siyasi vəziyyətin, o cümlədən əməliyyat şəraitinin ağırlaşması, mürəkkəbləşməsi ilə əlaqədar Azərbaycanda da artıq belə tədbirlərin görülməsi qaçılmaz hala gəlib. Və mənə elə gəlir ki, Azərbaycan tərəfi burada, bütövlükdə bölgəmizdə, o cümlədən Azərbaycanda maraqlı olan bir sıra ölkələrlə əməkdaşlıq şəraitində dırnaqarası profilaktik tədbirləri görür.





