Dəbdəbəli ehsanları ləğv edək Azadliq qezetindeki yazim
Ölülərinə ehsan vermək istəyənlər bişirilən yeməkləri qocalar və ya uşaq evlərinə aparıb orada paylasınlar
Son zamanların aktual problemlərindən biri də xeyir və şər mərasimlərindəki israfçılıq, mənasız dəb-dəbə və antisanitariyadır. Xüsusən yas mərasimlərində “qonşudan qalma dala” prnsipini rəhbər tutaraq hamı məclisi yüksək səviyyədə keçirməyə can atır.
Bununla əlaqədar odaraq fikrini öyrəndiyimiz “Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzi”nin sədri Hacı Ilqar oldu. Bizimlə söbətində H.Ilqar bu məsələləri müasir dövrün ən əsas problemlərindən biri kimi dəyərləndirdi:
3 gün qabaq dünyadan getmiş insanın evində yemək mənfi qarşılanır
- Istər xeyirin, istərsə də şərin fəlsəfəsində bu kimi əməl və atributlar yol verilməzdir. Milli-mənəvi dəyərlərimizə köklənərək bu mövzuların formalaşmasını düşünsək, inancımızdan gələn ən mühüm məsələ budur ki, hansısa toy mərasimlərində insanlar qısa müddət ərzində çox böyük miqdarda keyfiyyətsiz qidanı qəbul etmək zorundadır. Bunun böyük fəsadları da göz qabağındadır. Yaxud yas mərasimlərini götürsək, bu insanların mənəvi ruhiyyəsinin oyanışına qida vermir. Bu mərasimlər bir növ yaxşı bir yemək süfrəsi arxasında oturub insanların hansısa məişət mövzusunu müzakirə elədiyi yerə bənzəyir. Bütün bu kimi məsələlərdə islahatlar aparılmalıdır. Bir mövzunu da xatırlatmaq istərdim ki, ümumiyyətlə, cəmi 3 gün qabaq dünyadan getmiş insanın evində yemək mənfi qarşılanır. Əksinə, yaxınını itirmiş, çətinliyə düşmüş insanlara azuqə aparmaq, yardım etmək tövsiyə olunur. Bu məsələlərlə bağlı həm mahiyyət, həm də forma etibarı ilə uyğun islahatlara ehtiyac var. Bununla yanaşı qeyd etmək lazımdır ki, bu sahədə çox şey vətəndaşların özündən asılıdır. Hər bir vətəndaş özündə bir iradə taparaq daha çox islamın bəyəndiyi sadəlik və mötədillik, yəni qızıl orta səddinə riayət etmək durumuna uyğun hərəkət etsə, daha yaxşı olar. Bunlar xoşagəlməz hallardır.
Mollalar yas sahibi ilə əməlli-başlı alver edirlər
Ali dərəcəli həkim-terapevt Əvəz Tağıyevsə belə düşünür:
- Heç kimə sirr deyil ki, Azərbaycanda, xüsusilə də, Bakıda yas mərasimləri çox dəbdəbəli şəkildə keçirilir. Masaların üstünə müxtəlif çeşidli meyvə, göyərti, pendir, çörək, halva, şəkərbura, paxlava, qoğal, xurma, konfet, qənd, limon və s. düzdürürlər. Sonra isə plov və turşu-qovurma, kişmiş, çay süfrələrə düzülür. Bu, bütün təbəqələrdən olan insanların başına gəlir. Heç kim onu nəzərə almır ki, bu cür dəbdəbəli mərasimləri hər ailə təşkil etmək imkanında deyil. Kasıb ailələr də ölüsünü “hörmətsiz” etməmək üçün məcburən 5-6 min manat borc alıb bədbədəli məclis keçirmək istəyir. Insanlar belə məclis keçirmək əvəzinə kasıblara əl tutub, kömək etməlidirlər ki, mərhumun da Tanrı yanında xətri xoş olsun.
Ola bilməzmi ki, bizim dini rəhbərlərimiz yas mərasimləri ilə bağlı vahid mövqedən çıxış etsinlər? Yaxşı olardı ki, dəbdəbəli ehsanlar tamamilə ləğv edilsin. Məncə, yas məclisində ancaq çay və halva verilməsi məqsədəuyğun olardı. Imkanlı adamlar ölülərinə ehsan vermək istəyirlərsə, bişirilən yeməkləri qocalar və ya uşaq evlərinə aparıb orada paylasınlar. Bax, bu olar əsil ehsan.
Məzar üçün torpaq sahəsi almaq, meyiti yudurmaq, mollanı razı salmaq üçün də xeyli pul sərf edilməlidir. Yadımdadır, bir vaxtlar məclis sahibi mollaya nə versəydi, onunla da razılaşardı. Indi isə mollalar yas sahibi ilə əməlli-başlı alver edirlər. Çox qəribədir ki, yasa gələn adamlar ya qeybət edirlər, ya kiminsə vəzifəyə qoyulması, ya da biznesi haqqında söhbətlər edirlər. Demək olar ki, ölən adam heç yada düşmür.
Ona görə də bütün xalqın yaralı yeri yas mərasimləri ilə bağlı məsələni dövlət səviyyəsində həll etmək lazımdır.
Bir həkim kimi yas mərasimiylə əlaqədar gördüyüm bir hadisəni danışım sizə. Bir yas mərasiminin “mətbəx”ini kənardan müşahidə edirdim. Cavanların çadırdan gətirdiyi stəkanları təxminən 50-55 yaşı saqqallı bir kişi ləyəndəki suya salıb çirkli əlləri ilə yuyaraq taxtanın üstünə düzürdü. Göyərtiləri isə bir qız uşağı bir vedrə su ilə yuyub nimçələrə qoyaraq podnoslara düzürdü. Rəhbərlik edən qadın da çadırdan gələn çirkli qabları bir vedrədə çirkli bir dəsmalla yuyub üst-üstə qoyurdu. Əllərini sildiyi dəsmal da qapqara çirk içində idi. Həmçinin süfrədən qalan xörəklər, halvalar, turşular, göyərtilər, çörəklər və s. də çirkli əllərlə ayrı-ayrı qablara doldurulurdu. Yəqin ki, mərasimə həmin vaxtdan sonra gələnlərə həmin xörəklərdən veriləcəkdi. Bu antisanitariya ondan irəli gəlirdi ki, küçədə su kranı yox idi. Mətbəxə suyu vedrə ilə qonşu həyətdən gətirirdilər. Qadın o çirkli dəsmalla əl silib xörəklərə əl vuranda özümə yer tapa bilmirdim. Belə mərasimlərin təsirindəndir ki, ölkəmizdə xəstəliklərin sayı durmadan artır.
Dövlət nə düşünür?
Yas mərasimlərində və toylarda qəbul olunan qidaların keyfiyyətinə nəzarətin olub-olmaması ilə bağlı məlumat əldə etmək üçün Gigiyena və Epidemiologiya Mərkəzi ilə əlaqə saxladıq. Buradan bizə bildirdilər ki, yas mərasimlərində və çadır toylarında verilən ərzaqlara nəzarət etmək onların səlahiyyətlərinə aid deyil. Onlar ancaq restoran və kafelərdə verilən ərzaqlara nəzarət edə bilirlər. Bu nəzarətin nə dərəcədə olduğu isə ayrı söhbətin mövzusudur və biz dəfələrlə bu problemə toxunmuşuq. Bircə 2-3 ay əvvəl ölkədə baş alıb gedən kütləvi zəhərlənmələri xatırlatmaqla “nəzarət”in dərəcəsini müəyyənləşdirə bilərik.
Anar Bayraqdar

salam
senin fikrinle tam raziyam.kecen defe el icinde verlisi de bu erzaqlarin nece emele gelmesi , onsanlarin nece zeherlenmesinden behs edildi.xirda 1 misal cekim;;
sizin gundelik magazalardan aldiginiz tortlar.baxirsan her sovqe uygun her cure rengde sirniyyatlar var.onlar hansi yagdan hansi boyadan istiffade olunur?hamisi kimyevi boyalardir hansi ki insan orqanizmine tebii ki zererli maddelerdir.
amma atalar demisken tek elden ses cixmaz .yeni ki gerek hami birlesib buna qarsi cixmaliyiq.sen men yox.HAMI!!!
Dekabr 22, 2007 20:11