Baş prokuror gələn həftə işə çıxacaqSentyabrın 15-də xəstəliyi ilə əlaqədar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən baş prokuror Zakir Qaralovun səhhəti tam normaldır.
Bu barədə məlumatı “Olaylar”a Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev verib. Onun sözlərinə görə, Zakir Qaralovun səhhəti hazırda normaldır və o özünü yaxşı hiss edir. Lakin baş prokurorun məzuniyyət müddəti hələ bitmədiyindən o işə çıxmayıb. Vüqar Əliyev qeyd edib ki, Zakir Qaralov gələn həftədən vəzifəsinin icrasına başlayacaq.
“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin cinayət işi üzrə Ağır Cinayətə Dair Işlər üzrə Məhkəmənin hazırlıq iclası oktyabrın 5-də keçiriləcək. Bu barədə APA-ya Eynulla Fətullayevin vəkili Isaxan Aşurov bildirib. Qeyd edək ki, işə hakim Mehdi Əsədovun sədrliyi ilə baxılacaq.
Azərbaycan və Ermənistan ziyalılarının Xankəndi, Irəvan və Bakıya ikinci səfəri həyata keçiriləcək. APA-nın məlumatına görə, bu barədə “Panarmenian” agentliyinə Ermənistanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri Armen Sumbatyan məlumat verib.





