Gəlin bütün maşınlarımızı eşşəklərlə əvəz edək

Sizi deyib gəlmişəm mənim Müləlman bacı və qardaşlarim.
Hə əqraba 2007-ci ili də başa vurduq.Özüdə ki necə başa vurduq hamımıza məlumdur.Analogu olmayan bir diskovari qonsertnən.Hacibəla məllim bu qonsert tədbirləri üçün nə az nə çox düz 7 milyon manat pul xərcləmişdi ki bəs gedəy həmrəy olaq.Hə oğlannarımız çox sevinmişdilər çünkı çoxu qız tutmağa getmişdi bura(bu söz yalnız bizə aiddir).Burada nədənsə bir məsəl düşdü yadıma ağlım qurusun bilmirəm heç bunun mətləbə nə dəxili var ki.Yadıma gəldiki həmişə rayonda bunudeyerdiler ki»Qodux oynayanda qar yağar»mən isə heç inanmazdım amma deyesen daha məcburam ki buna inanım.
Hə əqraba nazirlər qobinetimiz də qərar vermişdiki bayramnan sonra 1 həfdə də iş günü olmadısı ki,irahət isdirahət edək.Elə yaxşıca isdirahət elədik.Həmdə şox sevinmişdik çünki əməkhaqqı və pensiyalarımızın analoqu olmayan məbləğə qalxdığı xəbəri yayılmışdır. Hə beləcə bunu başa vurmuşduq ki birdə gözümüzü aşdıx gördük ki Bakımıza analoqu olmayan qar yağıf.Düzünü desəm əvvəl heş qorxuf eləmədim.Fikirləşdim ki qonsert üçün 7 milyon manat pul xərcləyən yəqin ki,qartəmizləyən maşın qum zuz zad da alar ki qar yağanda rahət ola.Əmma ki bax bu əmma başqa əmmadır.Hə əqraba birdə hansısa ağıllı çıxdı ekrana elə bir söz dedi ki qaldım mat məttəl.Bu ağıllının fikrini olduğu kimi sizlərə ərz edirəm: «Neçə illərdi belə qar yağmadığınnan maşınlarımız işləmir.İndidə hamsini xoda salırıq görürük xarab olublar» Bax bunu eşitdim dərin düşüncələrə qərq oldum.Birdən nədənsə yadıma müharibə düşdü.Kaş ki heş düşməz olaydı.Demək bunun sözünə inansa onda müharibədı isdifadə olunan maşınlarda ancaq müharibə vaxdı xoda salınlır.Demək həmin maşınların hamsı xarabdı çünki 15 ildir müharibə yoxdur.Hə əqraba bu məni daha da dərinnən fikirləşməyə vadar elədi. Bəs biz nə edək? Bu bələlardan necə qurtulaq?Fikirləşdim və belə nəticəyə vardım ki gərək bütün maşınlarımızı Eşşəklərlə əvəz edək.Hərəyə bir eşşək alaq Vəssəlam şüt tamam.Çünki eşşək nə qədər işdəməsə də matoru zadı xaraf olad döyül.Ən əsəsda deyilənə görə eşşək girdiyi palçiğa bir də girmir.Bəlkə eşşəknən gəzənnən sonra bizdə daha palçığa düşmərik.............................


