Azərbaycan zabiti Ramil Səfərovla bağlı məhkəmə qərarı qüvvədə saxlanılıb

Bu gün erməni zabiti Qurgen Marqaryanı qətlə yetirdiyinə görə ömürlük azadlıqdan məhrum edilən Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun məhkəmə nəzarətçiləri ilə olan insidentlə bağlı Budapeşt Şəhər Peşt Rayon Məhkəməsinin 17 noyabr 2006-cı il tarixində çıxardığı hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, proses 2 saat davam edib. Dövlət ittihamçısı məhkəməyə gəlmədiyi üçün onun müraciəti oxunub. Dövlət ittihamçısı məhkəmədən Ramil Səfərovla bağlı 17 noyabr 2006-cı ildə verilən cəzanın ağırlaşdırılmasını xahiş edib. Zabitimizin macar vəkili Klara Fişer isə məhkəmədən cəzanın yüngülləşdirilməsini istəyib. Daha sonra çıxış edən Ramil Səfərov vəkilin fikirləri ilə razılaşdığını bildirib. Sonda hakim Qobor Şomodi qərarı açıqlayıb. Apellyasiya Məhkəməsi Budapeşt Şəhər Peşt Rayon Məhkəməsinin 17 noyabr 2006-cı il tarixdə çıxardığı hökmün (şərti olaraq 8 aylıq cıza) qüvvədə saxlanılması barədə qərar çıxarıb. Prosesdə Azərbaycanın Macarıstandakı səfirliyinin əməkdaşları da iştirak ediblər.
Qeyd edək ki, Ramil Səfərov erməni zabiti Qurgen Marqaryanı qətlə yetirdiyinə görə Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. Budapeşt Şəhər Apellyasiya Məhkəməsi 22 fevral 2007-ci ildə hökmü qüvvədə saxlayan qərar çıxarıb.
Məhkəmə nəzarətçiləri ilə insident isə 2004-cü il iyunun 19-da baş verib. Həbsxana nəzarətçiləri R. Səfərovdan telefon kartını istəyiblər, lakin macar dilini bilməyən R. Səfərov nəzarətçilərin nə istədiyini başa düşməyib, beləliklə onlar arasında problem yaranıb. Nəticədə 8 polis R. Səfərovun qollarını bağlayaraq, ona zor tətbiq edib. Bu hadisədən sonra R. Səfərovun vəkilləri məhkəməyə müraciət etsə də, məhkəmə sübut olmadığını əsas gətirərək, işə xitam verib. Bundan sonra isə qarşı tərəf azərbaycanlı zabitin hakimiyyət nümayəndəsinə müqavimət göstərməsini ilə bağlı qarşılıqlı iddia qaldırıb. /APA/



Ramil Səfərov ne gune qalib
nece ariqlayib
elleriniz qirilsin ola bilsin acliq edibler buna.
Yanvar 29, 2008 18:02