Masonluq
Masonluq – dini-etik hərəkat olub XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlmişdir. İngiliscədən tərcümədə “azad bənna” mənasını verir (freemason). Masonluq müxtəlif formalarda mövcud olub üzvlərinin vahid mənəvi və metafiziki ideallarə bölüşməsi ilə səciyyələnir. Bunlardan ən birincisi Ali Varlığa inamdır.
Masonluq yerli lojalar şəklində fəaliyyət göstərir. Yerli lojalar Baş Lojaya tabedir. Bir qayda olaraq hər ölkədə yalnız bir Baş Loja fəaliyyət göstərir. Lakin ABŞ-da hər ştatda bir Baş Loja mövcuddur. İlk Mason lojaları XVII əsrdə İngiltərədə meydana gəlir. Lakin bəzi tədqiqatçılar masonluğun daha qədim keçmişə malik olduğunu bildirir. Onların fikrincə masonluq öz əsasını Səlibçilikdən və XIII əsr gildiya bənnaları ittifaqından götürür. Bəziləri isə bu tarixin Süleyman Şah Məbədinin tikilməsi ilə əlaqələndirir.
İdeologiya və simvolikası
Bəzi lojalarda icmaya ateist düşüncəli insanların qəbulu daha məqbul sayılsa da, ümumilikdə, masonluq da dünyanın dini təhlilinə əsaslanır və üzvlülüyü dini mənsubiyyət görə məhdudlaşdırmır. Masonluq fəlsəfəsi özündə xristianlıq və digər dinlərin zahiri elementlərini ehtiva edir. Masonluğun rəmzləri və terminologiyası öz mənşəyini hərəkatın ilk qardaşlarından olan bənnaların əmək alətlərindın alır. Mala, pərgar, şaqul masonlar tərəfindən sözün ən geniş mənasında təhlil edilir və bunlara mistik məna da verilir. Masonluğun ümumqəbulolunmuş rəmzləri daxilində açıq göz olan üçbucaqdır. Masonluğun digər rəmzlərindən biri də masonların müqəddəs hesab etdiyi akasiya ağacıdır.
Masonluğun əsas dini mənası Allah və insan ruhunun xüsusi enerji halları olmasını iddia etməsindədir. Masonlar bu təlima əsaslanaraq günah və xəcalət anlayışlarını rədd edir, əvəzində karmaların pozulmasını bəşəriyyət və mason ordeni üçün pis və ya zərərli hesab edirlər. Belə ki, masonların fikrincə ruh şəxssiz substansiya olub başqa bir insan bədəninə ötürülə bilər.
Mason qaydalarını pozmuş mərhumun qəbir daşı üzərində yalnız “Nebe” (yoxluq) sözü yazılır.
Masonluq və İslam
Əksər anti-Mason İslam alimlərinın Masonlu1 haqqında fikirləri Anti-Semitizm və anti-Sionizm ilə bağlıdır. Bəzilər isə masonluğu Dəccəllə bağlayırlar. Bəzi müsəlmanlar bu təlimin yəhudilərə xidmət etdiyini bildirilər. Onların fikrincə bu özünü əl-Əqsa məscidini dağıtdıqdan sonra Süleyman məbədini yenidən bərpa etmək cəhdlərində göstərir. Dünyanın əksər müsəlman dövlətləri ölkələri hüdudunda mason icmalarının fəaliyyətinə qadağan qoyub. Bununla belə, Türkiyə, Malaziya, Mərakeş, Livan, İraq və Misirdə Baş Lojalar fəaliyyət göstərir.
Namizədlik tələbləri
Masonluğa namizəd kəs ona zamin duracaq həqiqi üzvdən ilkin təklif almaq şərtilə yaşayış yerində fəaliyyət göstərən Lojaya mürəciət etməlidir. Bəzi yurisdiksiyalarda üzvlülüyə 3 dəfə müracət etməldir. Lakin bu tələb indi bir o qədər də geniş yayılmayıb. Namizədin Lojaya təklifi necə almasında asılı olmayaraq onun icmaya daxil olamsı qapalı səsvermə ilə müəyən edilir. Üzvlülüyün leyhinə olanlar ağ kürəcik, əleyhinə olanlar isə qara kürəcik qaldırır.
Ümumi tələblər
Mason olmaq üçün namizəd aşağıdakl şərtləri ödəməlidir:
1. Cinsi kişi olamlı və mason olmaq qərarını könüllü qəbul etməlidir.
2. Vahid Tanrıya-Yaradan inanmalıdır.
3. Yaşı minimal yaş həddindən çox olmalıdır (yurisdikasiyadan asılı olaraq 18-25)
4. Sağlam düşüncə və əxlaqa malik olamıdır.
5. Azad doğulmalı (yəni qul olmamaıdır. Lakin indi bu tələb əksər lojalarda ləğv olunub).
6. 1 və ya 2 masondan rekomendasiyası olmalıdır
Məşhur masonlar
Volter
Yohan Xristian Bax - bəstəkar
Simon Bolivar
Ser Uinston Çörçill (Çörçill cəmiyyəti onun 19212-ci ildə Masonluğu tərk etdiyini iddi edir)
Ser Artur Konan Doyl - britaniyalı yazıçı, Şerlok Holmzun yaradıcısı.
Qustav Eyfel -Eyfel qülləsinin memarı
Bejamin Franklin
İohan Volfqanq Höte - alman şair-filosof
Franz Lişt - bəstəkar
Volfqanq Amadeus Motsart - bəstəkar
Aleksandr Puşkin - şair
Franklin Delano Ruzvelt - ABŞ prezidenti
Teodor Ruzvelt - ABŞ prezidenti
Fridrix Şiller
Harri Truman - ABŞ prezidenti
Mark Tven - ABŞ yazıçısi
Corc Vaşinqton
Oskar Vayld - irland dramaturqu və şairi




Bu melumata gore cox sagol...
İyul 15, 2008 12:08