MİRZƏ SAKİT-Şerləri 1

Dur mənimlə yanaşı Qarın otaranlara
Fikirləşib boş başını az qaşı,
Kişisənsə, dur mənimlə yanaşı.
“ Dərslərindən ” beş almısan, beş üstə,
Nə deyiblər söyləmisən baş üstə,
Şivən salıb ağlamısan leş üstə.
Lap tutalım, sən “ ustadsan ” - mən naşı
Kişisənsə, dur mənimlə yanaşı.
Yazdıqların məddahnamə, bic əsər.
Əsərində baş qəhrəman gicbəsər.
Tulladılar qənşərinə - müxtəsər,
Axşam-sabah kabab, plov, bozbaşı
Kişisənsə, dur mənimlə yanaşı.
Xəlvət yerdə nə var hədyan deməyə,
Onun-bunun hesabına yeməyə.
Qorxanları çağı rmaram köməyə
Oğul istər təkcə qursun savaşı –
Kişisənsə, dur mənimlə yanaşı.
Sabunlanıb vəzifəyə “ ilişdin ” ,
Nazirlərlə əl tutanda irişdin.
Yavaş-yavaş ticarətə girişdin
Bəyənmirsən “ Mersedes ” i, “ tofaş ” ı
Kişisənsə, dur mənimlə yanaşı.
Heydərizm xalqı salıb dərəyə
Baş aldadan dürmək verib hərəyə
Ümüd qal ıb bir qarınlıq çörəyə
Arzumanın nə əti var, nə aşı-
Kişisənsə, dur mənimlə yanaşı.
Nax çıvanda Vasif Xandan nə xəbər?
Öyrənibmi heç olmasa “ ə zəbər ” .
Yaman şişib bu “ savadlı ” bəxtəvər
Medal verib, öndərləşən qaqaşı
Kişisənsə, dur mənimlə yanaşı.
Zənginləşdi... Baş əyənlər şeytana
Əyməyənlər yuvarlandı zindana
Qan tökülür kim tərəfdən meydana?
Görmürsənmi Ramil kimi fərraşı
Kişisənsə, dur mənimlə yanaşı.
Türmədəyəm, meylin çəksə gəl qonaq,
El dərdinə bircə günlük bir yanaq.
Mən yediyim duzsuz, yağsız qay ğanaq.
Nə olsun ki, sən tıxırsan qulyaşı
Kişisənsə, dur mənimlə yanaşı. “ Parlamentdəki deputatlar xalq tərəfindən seçilsəydi, daha bura Azərbaycan
ki... ” (Spikerin Vitsini)
Qiyamət düşəcək
Özü də mütləq...
Nə yığırsızsa yığın, sonda qiyamət düşəcək.
Dönəcək çərxi-fələk, onda qiyamət düşəcək.
Tuşlayıb azərilər göstərəcəklər qapını.
Nə qədər gec ki deyil, qamçıla, tez sür yapını.
Yoxsa Aydınla Mübariz süzərək “ Innabını ” ,
Ya klarnetdə ya qarmonda qiyamət düşəcək-
Dönəcək çərxi-fələk, onda qiyamət düşəcək.
Sevinib cümlə-polislər də düşüblər həvəsə
Üstəlik, guya “ Qorotdel ” də deyib - Birnəfəsə.
Işdi, bağlansa əgər Ramili-Fərraş qəfəsə,
Basabasdan mən ölüm, zonda qiyamət düşəcək –
Dönəcək çərxi-fələk, onda qiyamət düşəcək.
Dedilər “ seçki Məzahir ” təpilib boş yeşiyə
Doldurub bülletenin Emsekada hər deşiyəQapısın cəftələyib, ölsə də çıxmaz eşiyə.
Tapılar yol ora - Balkonda qiyamət düşəcək,
Dönəcək çərxi-fələk, onda qiyamət düşəcək.
YAParat rəhbəri zülmətdə yatan boz yarasa –Açılar sirri Yapın - Bircə qırıq qurdalasa
Çıxacaq qos-qoca Murtuz hötə-hötnən trasa,
Aradan çıxmağa “ abqon ” da qiyamət düşəcək-
Dönəcək çərxi-fələk, onda qiyamət düşəcək.
Lənət olsun bu haramzadələrin hər kəsinə!
Daraşı b bir sürü zat, azərilər ölkəsinə
Sığınıblar hələlik, boş qazalağ kölgəsinə
O da tərpəndisə - Faytonda qiyamət düşəcək.
Dönəcək çərxi-fələk, onda qiyamət düşəcək.
“ Xocalılar evsiz-eşiksiz qaldıqca,Elman Məmmədovun... Evləri vaar, ay aman, xana-xana...".(Tatyana Çaladze)
QARA DƏFTƏR
Seçki gəlir - Il qara dəftərdədi
Mən ki dedim, bil, qara dəftərdədi
Gülbalanın iştahı bərk qalxacaq,
Əlibabanın heykəli lap artacaq,
Əyri dey ən “ düz ” yeriyir cağbacağ,
Düz danışan dil qara dəftərdədi.
Mən ki dedim, bil, qara dəftərdədi.
Baş polisin gözləri şişman tuluğ,
Işləri getmir deyəsən, çox şuluğ.
Zonda gəlib istədilər muştuluğ-
Sən demə, Ramil qara dəftərdədi
Mən ki dedim, bil, qara dəftərdədi
Vergi y ığan gündə kəsir qapımızı,
Şahmar ilandırsa, verin yarpızı.
Boynu çuğundur kimi qıp-qırmızı,
Pıs-pısa Fazil qara dəftərdədi.
Mən ki dedim, bil, qara dəftərdədi.
Göz dikilib bambılının taxtına,
Püşk atılıb düşsə kimin baxtına,
Azca qalıb BakSovetin vaxtına,
Orda biri zil qara dəftərdədi.
Mən ki dedim, bil, qara dəftərdədi.
Həblə mənim söylədiyim zordumu?
Gəl ora bax, yoxsa gözün kordumu?
Çox uzanıb Kardinalın xortumu-
Xalq da bilir, “ fil ” qara dəftərdədi.
Mən ki dedim, bil, qara dəftərdədi.Bircə kərəm dur, kömək ol, Ya Əli!
Təbliğatın silkələsin tənbəli.
Falçı deyib - Donqaburun şəppəli,
Ey dili-qafil, qara dəftərdədi –Mən ki dedim, bil, qara dəftərdədi.
“ Müxalifətin qara dəftərində Aydın Mirzəzadənin adı 666-cı yerdədir ” (Əli Sovikape katibi)
Bu millət
Qiyamətə gəlib çatdı bu millət
Aman Allah, yaman yatdı bu millət!
Düşərli olmadı YAP-ın ayağı
“ Öndər ” düzəltdilər daşdan...bayağı
Zalım qabağında əsgər sayağı ,
Dik dayanıb farağatdı bu millət,
Aman Allah, yaman yatdı bu millət!Iqtidarda harın xanlar, bəxt abad
Xalqa zəhər, düşmənlərə qənd-nabat
Şir tülküyə verməlidi hesabat
Soy kökünü hara atdı bu millət?
Aman Allah, yaman yatdı bu millət!
Neçə nazir ermənidən yar aldı
Sevişdikcə torpağı mız daraldı
Yavaş-yavaş ağ günümüz qaraldı
Ağ gününü nöş qaraltdı bu millət?
Aman Allah, yaman yatdı bu millət!
Məzən olsun, - Koroğlu da yalanmış
Dınqıl sazım dınqıl - deyib, çalanmış
Gedib gördük Çənlibel də talanmış.
Igidliyin kimə satdı bu millət?
Aman Allah, yaman yatdı bu millət!
Odun kimi doldurdular maşınaOd vurdular qurusuna, yaşına.
Utanmadan bir-birinin başına,Torba tikib vızıldatdı bu millət.
Aman Allah, yaman yatdı bu millət.
Iblis gəldi kəsdirildi dal, qabaq
Ismət getdi nə şal qaldı, nə papaq.
Hanı Şuşa, hanı Laçın, Qarabağ,
Dey ən yoxdu harda batdı bu millət?
Aman Allah, yaman yatdı bu millət! Parlamanda Murtuz on il... göz vurub.Fikir verin sağ-solunda kim durub?
Seçki vaxtı boş tuluğun doldurub,
Bir bozbaşa səsin satdı bu millət.
Aman Allah, yaman yatdı bu millət.
“ Başbilənlər ” satıldılar paraya,
Yarışmaqçün məddah girdi araya,
Iti-qurdu doldurdular saraya,
Sümüyünə nəyi qatdı bu millət?
Aman Allah, yaman yatdı bu millət!
Söz deməyə biri çı xmaz yüzündən
Baş açmadıq əyrisindən, düzündən.
Oğul-uşaq saxlamağı üzündən
Öz-özünü axtalatdı bu millət.
Aman Allah, yaman yatdı bu millət!
“ Başbilənlərin vicdanı olsa, Novruz bayramında Şıxəli Qurbanovun
ekranlarından düşməz ” . (Nuşirəvan Məhərrəmli)
Rəbbim gələ, hakimləri saynan yığa bir gün
Rəbbim kölə hakimləri saynan y ığa bir gün,
Töksün gözünün yaşların ağ yaylığa bir gün.
Taxtında durub hökmü sifarişlə dey ərkən,
Dartıb dilin of, məngənələrnən sıxa bir gün.
Onsuz bu qırışmallara qismətdi pay əndaz,
Ləzzətlə baxardım ilişərkən yaxa bir gün.
Gücnən məni məhkumluğa düçar eliyənlər,
Azər də Lətifnən çəkilər çarmıxa bir gün.
Vallahi edərdim onu “ xoşbəxt ” qazamatda
Göndərsə mənim böyrümə dörd aylığa bir gün
Haqsızlığa, alçaqlığa adətkar olanlar...
Yəqin ki, cənab Əzrayıl ordan yıxa bir gün
Qismətdisə gər, Mirzə qələmnən yenə bahəm,
Vaxt- vədə çatar, ər kimi burdan çıxa bir gün
SON SÖZ: “ Dustaq olmaq asandır, kişi olmaq çətindir. Sifarişlə hökm oxuyan
namussuzdur..."(Ramiz Rzayev belə deyər, yəqin)
80 faizlik işğal
Can veririk, canda da işğalçılıq
Ölkədə hər yanda da işğalçılıq
Kim nə, deyib yaxşı deyildirsə bəs,
Yax şı deyib, amma eyibdirsə kəs!
Burdakı zon Əl-Qüreyibdirsə, nəs
Çöllü-biyabanda da işğalçılıq.
Ölkədə hər yanda da işğalçılıq.
Indi muğamatda da varmış qrip-Yekdi populyarlığa “ öndərklip ” .
Barmağı Avtandilə kim əsdirib
Şirmay ı qarmonda da işğalçılıq.
Ölkədə hər yanda da işğalçılıq.
Nuşirəvan A-en-esi bərk “ yoxladı ” –Guya amerkanlı gəlib saxladı.
“ Zorxana ” nın “ Qulp ” u yaman laxladı-
Qət-təzə Orxanda da işğalçılıq.
Ölkədə hər yanda da işğalçılıq.
Sülh yolu gündən-günə cəncəlləşir
Bəxtəvər ATƏT də yaman “ əlləşir ” .
Məmləkətin hər yeri heykəlləşir
Fəxri xiyabanda da işğal çılıq.
Ölkədə hər yanda da işğalçılıq.
YAP Sovetin bir zədəsindən qalıb
Hansısa gic rus gədəsindən qalıb.
Durba kimin şah dədəsindən qalıb?
Ax, Bakı-Ceyhanda da işğalçılıq,
Ölkədə hər yanda da işğalçılıq.
Zərrə qədər Parlamana yol güman,Çünki sədarətdə şişib ağtuman.
Neyləyəcək indi yazıq Arzuman?
Evdəki yorğanda da işğalçılıq,
Ölkədə hər yanda da işğalçılıq.
Azərbaycan torpağı neçə faiz işğal olunubsa, Fəxri Xiyabanın da o qədər faizi i (Qərib Məmmədov - TK)
Istəmirəm belə öndəri!
Yollar “ yaraşığı ” , dillər “ əzbəri ” –
Qardaş, istəmirəm belə öndəri.
Müftəxor ortada, millət qıraqda
Müstəqillik sözü qalıb varaqda.
Erməni urusnan kefdə, damaqda
Hərdən güllələyir Tovuz, Tərtəri-
Qardaş, istəmirəm belə öndəri.
Kimin ki, əlində vardır ixtiyar
“ Bolluqdan ” danışsın, qoy, xiyar-xiyar –
Bakı gözəl şəhər, mehriban diyar-
sən canın, yavaşca fırlan, gəl bəri-
Qardaş, istəmirəm belə öndəri.
Yazmışam, yazıram, yazacam müdam
Cəlladın üstünə gedən cəlladam.
Nə türmə, nə qəbir, eşit, ay adam!
Qalsam da bir sümük, bir də gön, dəri-
Qardaş, istəmirəm belə öndəri.
Sən Allah qulaq as, bircə anlığa
Barmeki saldılar zil qaranlığa.
Özlərin qoyublar Öcalanlığa.
Türkün şirkətinə kürdlər müştəri-
Qardaş, istəmirəm belə öndəri.
Doğsan üçdən bəri millətə ası
Hər kənddə, obada atəşkəs yası.
Ayaqdan Hacının muzdlu bandası
Başdan Kardinalın sarsaq kəmtəri-
Qardaş, istəmirəm belə öndəri.
Cəbrayıl, Fizuli, Ağdam, Qubadlı,
Zəngilan da uçdu - quş tək qanadlı.
Nazirə kef verdi Haykanuş adlı...
Xeybərin böyründə öldü Gülpəri
Qardaş, istəmirəm belə öndəri.
“ Dəlilər ” hay vurub seçdilər YAP-ı,
Nigarçün Dubaya açıldı qapı.
Çənlibel restoran, Qırat kor yabı
Koroğlu Həmzənin oldu mehtəri-
Qardaş, istəmirəm belə öndəri.
Bir dəfə demişəm bir deyim daha:
Polis narkobaron, nazir əjdaha.
Heroin verirlər xalqçün iştaha
Deyirlər tapşırıb ölkə rəhbəri-
Qardaş, istəmirim belə öndəri.
Sellədiz şırhaşır Bakı-Ceyhanı
Bir dey ən yoxdu ki, bəs pullar hanı?
Görəndə ölürəm, lap Murtuz canı
Axdıqca neftçinin müftə qan-təri
Qardaş, istəmirəm belə öndəri
Orduda əsgərin ələngəsindən
Donqarın növü çox - yox beləsindən,
General zorbadır dağ kələsindən
Bordanır getdikcə şişman peysəri-
Qardaş, istəmirəm belə öndəri.
Prokuror imansız, məhkəmə dinsizMini kəbinlidir, biri kəbinsiz.
Elə toy tuturlar bəysiz, gəlinsiz
Meşdibad əlacsız alır Sərvəri
Qardaş, istəmirəm belə öndəri.
Qaçqınlara öndərtalan,
Rusyatdakılara göndərtalan,
Avropadakı azərilərə isə intertalan veriləcək
Əli Həsənov (Qaçkom) və Nazim Ibrahimov (Tutkom)
14-cü zondan ksiva - 8
Parlaman turşusunun lap duzu çoxdur dey əsən
Eşələndikcə çıxır Murtuzu çoxdur deyəsən
Daraşı b piyli davarlar doluşub yoncalığa
Keçilər bir yana dursun, quzu çoxdur dey əsən
Pilədikcən, ələdikcən seçilir zir-zibili
Ha tükənmir ki tükənmir, tozu çoxdur dey əsən
Kök atan bir dəli şeytan yeriyir üstümüzə
Qıracaq milləti vah, buynuzu çoxdur dey əsən
Dirəşib mərdimazarlar niyə çıxmır darıdan?
Allah-Allah da dedik, donquzu çoxdur deyəsən
Hacının həbsi ömürlükdüsə, bəs day ələri...
Bata bilmir ona şah, “ ulduzu ” çoxdur deyəsən
Nefti bol, benzini boldur niyə getmir bu təkər
Köhnə komnist kimidir tormuzu çoxdur dey əsən
O tərəfdən də Köçəryan qımışıb kartı sıxır
Udacaq varisi vay-vay, tuzu çoxdur dey əsən
Türmənin bir işi yaxşıdır ki, hər dəqiqədə heykələ-zada rast gəlmirsən ( “ Şpaqat ” Hacıbala)
14 saylı zondan ksiva - 5
DANIŞIR
Kimi Adəm təki, bir başqası haf-haf...danışır
Dayanıb düz qulaq assan, o da laf-laf danışır
Milli Məclisdəki gombul, sarışın, bir də ki əng
Yayxanıblar səmə, gic şəppəli üçlükdə zirəng
Üyüdür köhnə dəyirman kimi çax-çuxla qəşəng
Biri hədyan, biri şadyan, biri çox “ saf ” danışır
Dayanıb düz qulaq assan, o da laf-laf danışır
Belə mandatlıların lap qəmiş ölçüm boyuna
Hər beşillikdə yığıb xalqı salırlar oyuna
Aparatdan verilir arpa-saman hər qoyuna
Şoğərib ot və ələfdən məzə əllaf danışır
Dayanıb düz qulaq assan, o da laf-laf danışır
Qara millət qara günlər topalaşdıqca susub
Cücərən tayfa-klan həddini aşdıqca susub
Niyə Məmmədnəsir əppək bahalaşdıqca susub
Arabir “ risqə ” gedib Seyyidi-Səyyaf danışır
Dayanıb düz qulaq assan, o da laf-laf danışır
Dünən axşam televizyonda görüb kardinalı
Ay aman, mən yüyürüb tezcə çevirdim kanalı
Fu sənə, burda da bir saz general baş xınalı
Cocuğum söylədi bəs, ay dədə, - əclaf danışır
Dayanıb düz qulaq assan, o da laf-laf danışır
Çəkilən durba özəl, saxta siyasət bayağı
Bişərəflikl ə gəlir qonşu şimaldan dayağı
Doxsanüçdən bəri pah-pah, bizə naqqal sayağı
Sözü boş, söhbəti bom-boş çənə “ sərraf ” danışır
Dayanıb düz qulaq assan, o da laf-laf danışır
Sifarişlə hökm oxuyan prokurorlarvə hakimlər əxlaqsız qadın kimi şeydirlər (Əbu Azər Ibn Oruc Əl Lətif)
14 saylı zondan ksiva - 4
Qocalmışlara Surəti Vaqif Səmədoğluna
Səhər-səhər qarabağlı, salam verdi qaşqabaqlı
Ürək açıq, qapı bağlı, mızıldandı pəncərədən
Şair, nə tez qocaldın sən
Millət x əstə, vətən xəstə, dərman qalıb hansı kəsdə
Rəis, oxu bir Şikəstə, səs ucalsın məmləkətdən
Şair, nə tez qocaldın sən
Haray çəkdim, aman çəkdim, ox buraxdım, kaman çəkdim
Elin dərdin yaman çəkdim, kömək gəldi özgələrdən
Şair, nə tez qocaldın sən
Qəm çəkməkdən saralmışam, zirvələrdən qar almışam
Uzaq yerdən yer almışam, göz doymadı məhəbbətdən
Şair, nə tez qocaldın sən
Gündüzləri üsyan etdim, nə qazandım, nəyə yetdim
Axşam olcaq evə getdim, səs gəldi ac körpələrdən
Şair, nə tez qocaldın sən
Hakimlərin azı-çoxu, sifarişlə yazdı çoxu
Boz kardinal dedi oxu, hökm oxundu məhkəmədən
Şair, nə tez qocaldın sən
Şax dayandım mən məhbəsdə, məğrur olar şir qəfəsdə
Azğınlaşan quduz dəstə, söz göndərdi tülkülərdən
Şair, nə tez qocaldın sən
14 saylı zondan ksiva - 3 Burası Bayıl
Surəti Rafiq Ramazanova
Xəbər verim mən Bayıldan, salam olsun hər cayıldanMisir kimi “ Əzrayıldan ” – Orda da var, burda da var
Salamlaşır karmuşkadan, bit tökülür paduşkadan
Saxladığı hinduşkadan - Orda da var, burda da var.
Xəstə qaldıq gündüz-gecə, qara çörək gəlmir vecə
Morqdan gələn toyuq-cücə - Orda da var, burda da var.
Rəis çıxmır kabinetdən, bərk yapışıb taburetdən
Divardakı portretdən - Orda da var, burda da var.
Sıx dayanıbdı “ bandası ” , zidhay deyir komandası
Payladığı balandası - Orda da var, burda da var.
Qlavvraç dərman sata, sançastda da pullu yata
Təzə pulnan min manata - Orda da var, burda da var.
Şmondakı hər çamadan, gəlib keçir yoxlamadan
Islam kimi zırramadan - Orda da var, burda da var.
Gah ora qaç, gah bura qaç, “ qrev ” gəlir sumkanı aç
Beşcə şirvan hər peredaç - Orda da var, burda da var.
Ağammədin sözü asta, “ sən öl ” vurur basabasda
Bunun kimi toyda, yasda - Orda da var, burda da var.
Əli məllim qəzetcıran, dəcəlləşib qulaqburan
Şahsuvara yumruq vuran - Orda da var, burda da var.
Rəfayılın bığı şeşə, baxan deyir kollu meşə
Belə axmaq, sarsaq peşə - Orda da var, burda da var.
Dustaqları əsir kimi, nazorları yesir kimi
“ Ulu öndər ” Misir kimi - Orda da var, burda da var.
Iraqın Əl-Qüreyb həbsxanasını görmək istəyirsinizsə Qızıldaşa gəlin (MeKeŞe Nurəddin)
14 saylı zondan ksiva - 2
Məzhəkədir, məzhəkə
Xalqı salıb dərdə filan-bəşməkə
Məzhəkədir, məzhəkədir, məzhəkə.
Kəllə peyin, gözdə tamah, söz acı
Millətimiz oldu çörək möhtacı
Harda görünmüşdü ki, ay Xanbacı,
Xeybər ölə, YAP-çı gülüb kef çəkə
Məzhəkədir, məzhəkədir, məzhəkə.
Kəndçiy ə şor, yapçıya yağdan düşür
Yağ yey ənə azca qabağdan düşür
Orda ki söhbət Qarabağdan düşür
Göz bərəlir, qaş çatılır, dil kəkə
Məzhəkədir, məzhəkədir, məzhəkə.
Iblisi çox loğmana yoxlatdılar
Leş gətirib millətə qoxlatdılar


