Demokratiya: Dövlət və Cəmiyyət
N.N. Davletşina, B.B. Kimlika, R.C. Klark, D.U. Rey
Demokratiya: Dövlət və Cəmiyyət
MÜƏLLİFLƏRDƏN
Əziz dostlar! Ölkəmiz öz inkişafının mühüm dövrünü yaşayır. Biz Vətənimizin tarixində yeni bir səhifə - demokratiya səhifəsini açırıq. Ölkəmizin vətəndaşları ilk dəfədir ki, cəmiyyətin, dövlətin və hökumətin həyatına təsir göstərmək imkanı qazanmışdır. Elə ona görə də bizim dərslik «Demokratiya: dövlət və cəmiyyət» adlanır. Demokratiya məktəbini hamı keçməlidir, həyata yenicə qədəm qoyan da, xeyli həyat təcrübəsi olan da; çünki azadlıq həvəsi insanda anadangəlmə də ola bilər, amma demokratiya təcrübəsini öyrənmək lazımdır.
Öz işimizdə biz beynəlxalq təcrübədən geniş istifadə etmişik. Demokratiya prinsipləri bir çox dövlətlərdə çox böyük müvəffəqiyyətlə inkişaf edir. Böyük Britaniyanın, ABŞ-ın, Fransa və Kanadanın təcrübələri bizə imkan verir ki, demokratiyanın ən yaxşı nümunələrini seçək, eyni zamanda mümkün ola biləcək səhvlərə yol verməyək. Son onilliklər ərzində demokratiya ümumdünya hadisəsinə çevrilmişdir, o müxtəlif qitələrdə möhkəmlənir, Şərqi Avropanın, Latın Amerikasının, Asiya və Afrikanın bir çox dövlətlərində qalib gəlir. İstərdik ki, indi əlinizdə tutduğunuz kitab azadlığa və müstəqilliyə gedən yolda Sizin üçün bir vasitə olsun, ölkəmizdə demokratiya qurmaq işində Sizə kömək etsin.
Bu dərslik Kanadanın və Rusiyanın mütəxəssisləri tərəfindən hazırlanıb. O, demokratiya haqqında dərslik yazılması işində ilk nümunələrdən biridir. Ola bilsin ki, Siz həyatın qarşınıza çıxartdığı bütün sualların hamısına bu kitabda cavab tapa bilməyəcəksiniz. Lakin biz ümid edirik ki, Sizin rəyləriniz, qeyd və təklifləriniz bizə gələcək işimizdə kömək edəcək.
Kitabi buradan yükləyə bilərsiz
http://www.boxca.com/13YRT7Z08VZS/demokratiya_dovlet_cemiyyet.rar/


