"Azərbaycan dərhal azadlıq müharibəsinə başlamalıdır"
Qarabağ Azadlıq Təşkilatı cəbhə bölgəsində baş verən hadisələrə münasibət bildirib. QAT-ın yaydığı bəyanatda bildirilir ki, işğalçı Ermənistan rejimi ilə danışıqlar aparmağın heç biri mənası yoxdur. «Ermənistan Azərbaycana qarşı işğalçı niyyətlərindən geri çəkilmək fikrində deyil. Ermənistan beynəlxalq təşkilatların və Azərbaycandakı bəzi xəyanətkar QHT-lərin köməyi ilə sülh danışıqalrı və «xalq diplomatiyası» adı altında işğal faktını unutdurmağa çalışır. Bu hadisələr bir daha göstərdi ki, ermənilər Azərbaycan cəmiyyətində «xalq diplomatiyası» və barışqanlıq əhval-ruhiyyəsinin güclənməsini gözləyərək qəfil zərbə vurmağa hazırdır». Bəyanatda qeyd edilir ki, Azərbaycan Ordusunun hərbi qulluqçularının şahid olması işğalçı Ermənistana bağışlanmamalıdır. Ermənistanını atəşkəsi pozaraq hərbi əməliyyatları bərpa etməsi, mövqelərimizə hücum etməsi, əsgər və zabitlərimizi qətlə yetirməsi düşmənə qarşı hərbi əməliyyatların başlanması üçün tam əsas verir. Təcəvüzkarı dəf etməyin bir yolu var, o da müharibədir. Azərbaycan dərhal azadlıq müharibəsinə başlamalıdır!/ANS PRESS/



