Daha bir əsgərimiz şəhid olub
Ermənistan silahlı qüvvələrinin bölmələri martın 9-u və 10-da Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Erməni ordusu saat 14.05-dən 14.20-dək Ermənistanın Berd rayonu ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi, saat 10.00-dan 22.30-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 20.10-dan 20.30-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəklikərdə yerləşən mövqelərdən, saat 18.45-dən martın 10-u saat 00.55-dək fasilələrlə isə Tərtər rayonunun Çiləbürt, Qızıl Oba və Seysulan kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Füzuli rayonu ərazisində atəşkəsin pozulması nəticəsində əsgər İsmayılov Ramin İsmayıl oğlu (1989, Gəncə şəh. Nizami RHK-dan hərbi xidmətə çağrılıb) şəhid olub. Daha bir əsgər İsmayılov Ülvi Vaqif oğlu (1989, Bakı şəh. Nərimanov RHK-dan hərbi xidmətə çağrılıb) sol ayağından yaralanıb. Yaralı əsgər hospitalda müalicə alır, onun vəziyyəti yaxşıdır.
Cavab atəşilə düşmənin bir əsgəri məhv edilib./ANS PRESS/



