“Azadlıq” qəzetinin müxbirini bıçaqlayıblar
Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədovun sözlərinə görə, jurnalist ona xəsarət yetirən şəxsləri tanıyıb
Bu gün axşam saat 20.00 radələrində “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlili bıçaqlayıblar. ANS PRESS-ə bu haqda məlumat verən “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədovun sözlərinə görə, jurnalist ona xəsarət yetirən şəxsləri tanıyıb. «Həmin şəxslər bir müddət Aqili izləyiblər, bu gün isə işdən çıxıb evə gedərkən yenidən qarşını kəsiblər. A.Xəlil qaçmaq istəyərkən həsmin şəxslər onun ürək nahiyəsinə bıçaqla zərbə endiriblər». Baş direktor bildirib ki, artıq Yasamal rayon 26-cı polis bölməsinə baş verən hadisə ilə bağlı müraciət olunub. Hazırda A. Xəlil xəstəxanadadır.
Xatırladaq ki, ki, “Azadlıq” qəzetinin əməkdaşı bir müddət öncə Binəqədi rayonu ərazisində də təzyiqlərə məruz qalçışdıermişdi.
www.anspress.com


