Yalnış?!!!!!

Hə əqraba bu yazını oxuyannan sonra bəlkədə bir çoxları mənə hiddətlənəcək bəlkədə bir çoxları məni nədəsə günahlandıracaq(bu nəsnələri yəqin ki başa düşdünüz).Amma ki yazacam yenə qələmimi əyri tutsamda düz yazacam.
Bir bu şəkilə diqqət yetirək.!!!Necə dəhşətdidir deyilmi?İnsan baxanda ürəyi ağrıyır isət-istəməz.Bir zaman Azərbaycanlıların Allah yolunda ibadət etdiyi Allahın evində bu gün Üzdəniraq qonşularımız it inək hətta bizim üçün haram sayılan donuzları saxlamaqdan belə çəkinmir.Biz isə oturub lazımı gözləyirik.İnşallah lazım gələn kimi Torpaqlarımızı geri qaytararıq!!!!!
Hə əqraba bu şəkillərə baxanda nədənsə birdən-birə uşaqlıq illərimi xatırladım(Deyəsən lap qoca kişilər kimi danışdım eee).Hə 1988-ci ildə əzəli torpaqlarımız olan Qərbi Azərbaycannan deportasiya olunnannan sonra Şəmkir rayonunun indiki Çənlibel kəndinda yaşamağa başladıq.Biraz arayış verim ki Rusların köçürmə siyasəti nəticəsində bu kəntdə Ermənilər yerləşdirilib və bu kəndin adı da Çardaxlı adlanıb.Ermənilərin Qəhramanlarından olan Baqramyanda bu kəntdə doğulub.Sonra məlum 1988-ci il hadisələrinnən sonra buradakı ermənilər indiki qondarma Ermənistan ərazisində yerləşən əzəli Azərbaycan torpaqlarına yerləşdirilmişdirlər.Kəntdə isə Qərbi Azərbaycannan köçürülən həmvətənlərimiz yerləşdirilmişdir.
İndi keçim yazının əsil səbəbinə!Əqraba bu kəntdə ermənilər bir müddət yaşamışdirsa deməli burada onların özlərinə aid ibədətgahlərı və qəbiristanlığları var idi.Burada yazının əvvəlindəki yazdığım aforizm əsil yerinə düşdü!(sən nəyə hazırsansa o da sənin üçün hazırdır) M.V.Hansen
Hə əqraba bu doğurdandı və bunu birazda dəyişmək istəyirəm «sən nəyə hazırsansa Düşməndə onu etmək üçün ona hazırdı»Hə bizdə başdadıq öz heyifimizi bu kəndtə yerləşən günahsız erməni qəbirlərindən və kilsəsinnən çıxmağa.Həmişə uşaqlarla gedib ermənilərin Qəbirlərini murdarlayırdıq.Onda heç fikirləşmərdimki indi ermənilərdə mənim baba-nənələrimin qəbrini belə burdarlayır.Həmişə mal-qoyunu otaranda günortalar heyvanları ermənilərin kilsəsinə doldurub orda kölgələndirirdim.Heç fikirləşmirdim ki indi ermənilərdə bizim İbadətgahlarımıza heyvanları doldurur.Amma indi fikirləşirəm.!!!
Buyurun fikirlərinizi bildirin!!Çəkişəy çəkişəy sonra da bərkişəy!!




anar efirdi ozum olm sene halaldi sen bu qeder sozu hardan fikirlesirsen?buna senzura tetbiq eleme a senin reklamin di birbasa efire burax
Mart 31, 2008 19:37