Seçkiyə gedək getməyək?!!

Hə əqraba oturub fikirləşdim ki nədən yazım yazılmalı o qədər Mərət var ki.!!Qərara aldım ki seçkidən yazım.Yəqin ki hamıya məlumdur ki o qutunun içindən kimin adı çıxacaq.Dünən mənə irayonnan Alagöz eşşəyimin məytufu gəlif.Mənə məsləhət görür ki getməyim o qutunun başına.Hələ Alagözüm bununlə kifayətlənmiyif bizim Siyasətçilərə məsləhətdərini də göndərif.Deyir ki ağılları olsun bu seçkinin keçilməsindən əl çəkinnər.Bu alagöz çox ağıllıdır.Oturuf bu seçkiyə xərclənəcəy maliyyə xərclərini də hesablıyıb.Deyir ki bəs gör nə qədər pully tullayırlar çölə.Onnansa oturuf ortax məxrəcə gəlsinnər və bu seçkilər ləğv olunsun vəssalam şöt tamam.Orya xərclənən pullarıda namizədlər öz aralarında qardaşmalı kimi bölsünnər.
Hə əqraba bu Alagöz düz deyir də.Nəyə lazımdır ki bu seçki.Nəyə lazımdır ki 2003-cü ildəki hadisələr təzədən təkrar olunsun.Onsuzda bu məmləkətdə biz QARA CAMAATI düşünən yoxdur ki.Yadımdadır ki ötən il mitinqlərin birində bir kişi mənnən soruşdu ki bura nəyə gəlifsən?Sənin qohumlarına nə söz verib bu BAŞQAN?(Başqan deyəndə Musavatın rəhbəri İsa Qənbəri nəzərdə tuturdu).Sonra gəldim öyə fikirləşdim ki mən bu MİTİNQƏ nəyə getmişəm ki?Əgər bunlar hakimiyyətə gəlsə mənimçün nəsə dəyişməyəcəy ki. Dəyişən elə adlar olacaq.İndi Musavat partiyası yenə mitinq keçirmək qərarına gəlib.Özüdə ki bahalaşmalar əleyhinə.Bəribaşdan deyim ki mən bunun əleyhinəyəm.Çünki həmin mitinqə vur tut 20 min adam gələ-gəlməyə.Amma ki bu gün ölkədə qiymətlərin bahalaşmasından bu qədərmi camaaat narazıdır?Təbii ki yox.Bu mitinqlər isə bir daha bu günkü hakimmiyyətin xeyrinə işləyən amildir. Hə əqraba birdə bu məmləkətdə məni bir şey yaman narahat edir.Siyasətçilərimizin işi gücü ancaq bir-birini pisləməkdən ibarətdir.Gör iş o yerə çatıb ki Prezidentimiz Sümükləri belə çürüyən KİŞİLƏRİ səhfdə günahləndırır.Valla o vaxtı Cumhuriyyəti quranlar bilsələr ki onların Gələcəy nəsili belə olacaq heş özlərini həlak etməzdilər.Məmməd Əmin Rəsulzadə bilsəydi ki onun partiyasının başqanı gələcəkdə İsa Qənbər olacaq bilsəydi ki İlham Əliyev onun komandasını xəyanətdə suçlayacaq nə partiya yaradardı nə də ki Müsdəqillik uğrunda can qoymazdı. Bu gün bu məmləkətdə nə müxalifət var nə də ki iqtidar.Məmməd Əmin Rəsulzadənin dediyi kimi Demokratiya olmayan yerdə demoqologiya olur.Bu gün də bizim məmləkətdə DEMOQOLOGİYA baş alıf gedir. Hə yenədə qayıdım bu seçkiyə.Yenədə köhnə haam olacaq köhnə tas.Yenədə dillər şərbətlənəcək.Yenə də hərə öz payını alıb çəkiləcəy qirağa.Nəysə mənndə bir neçə sual yaranır. Seçki keçirmək lazımdırmı? Seçkiyə getmək lazımdırmı? Bu suallar hamiya aiddir. Bir sualım da seçkidə namızəddiyini verib pay allannaradır.Bu il pay alanda inflasiyanı nəzərə alacaqsınızmı????????



