VƏTƏN SAĞ OLSUN!
Bu gün qüvvət alaq tək ilahidən,
Tarixi çevirək canlı şahidə,
Vətənə can fəda edən şəhidə,
Bir söz, bir ah olsun, vətən sağ olsun!
Barmaq yumruq olsun, bu qol bu bilək,
Eyni bir hədəfə yönəlsin gərək,
Bir ünvan tanıyaq, bircə yol bilək,
O Qarabağ olsun, vətən sağ olsun!
Toxunulmaz bilək gölü, batağı,
Hər damla suyu, hər qarış torpağı,
Çöllər, boz səhralar, yataq otağı,
Daşlar yataq olsun, vətən sağ olsun!
Kəsək atəşkəsi silah səsiylə,
Bağıraq dünyani boğan səs ilə,
Yurdu bütöv verək gələn nəsilə,
Xoşbəxt sabah olsun, vətən sağ olsun!
Analar, bacılar yad qucağında,
Ərlər qaçaq olsa vətən bağında,
Belə qaçaqların el qabağında,
Adı alçaq olsun, vətən sağ olsun!
Şəhidlərin qanı el misalıdır,
Hər şeydən müqəddəs tutulmalıdır,
Allaha gedən yol bu olmalıdır,
Kömək allah olsun, vətən sağ olsun!
Raqif RAUFOĞLU
YAVAŞ-YAVAŞ DÜŞÜR
Yavaş-yavaş hər şey gözümdən düşür:
Şəhər adamlarla döyüşür,
Ağaclar kəsilir, yollar sürüşür,
Onlar da mənim gəncliyim kimi,
Plana düşür...
Qiymətlər hər gün şişir,
Qadınlar xəyanətlərlə görüşür,
Inanmaq istədiklərim,
Inamımdan bir pillə də düşür...
20 faiz torpaqlarımıza qarşılıq,
20 faiz kreditlə evlər bölüşür;
Vasitəçi həmsədrlərin təklifləri,
Biqeyrət hisslərimizə baxıb gülüşür;
Heç yaddaşıma yazmadığım şeylər
Yadıma düşür...
Hər gün bir yol qəzasi xəbəri
qulağımızı deşir;
Kriminal izlər, bölməyə çatmamiş
Yerini dəyişir;
Polis hər gün bir cinayətin
Izinə düşür...
Burada arzusuna tez çatır oğru:
Bir az vicdan əzabı,
Bir az mənəvi ağrı,
Qarşılığında isə böyük sərvətə qovuşur.
Amma hər il minlərlə tələbə
Böyük ümidlərlə
Ümidsiz həyata yola düşür...
Bax beləcə, göz yaşından başqa,
Yavaş-yavaş hər şey gözümdən düşür...
Raqif RAUFOĞLU- 05.12.2007
ÜSYAN!!!
Bu şəhər sizə görə deyil,
Yüngül qadınların ağır kişiləri...
Bu qadınlar sizə görə deyil,
Ağır qadınların yüngül kişiləri...
Bu gözəllik sizə görə deyil,
Vəhşilik altında gizlənən qadınlar,
Bu dünya sizə görə deyil,
Ilahi eşqə tapınan təmiz adamlar...
Bu gənclik sizə görə deyil,
Bacarıqsız yaşlıların üsyankar övladları,
Bu uşaqlıq sizə görə deyil,
Zəmanətsiz gələcəyin faizlə doğulan körpələri...
Bu vicdan sizə görə deyil,
Allahla-allahla yaşayan allahsız adamlar,
Bu vəzifə sizə görə deyil,
Fələlərin ahıyla şirkət idarə edənlər...
Bu kitablar sizə görə deyil,
Aldadacaq hamınızı mənim kimi,
Bu universitetlər sizə görə deyil,
Rüşvətlə qan qardaşı etməyin elmi...
Bu dəniz sizə görə deyil,
Altı dramatikdir, üstü romantik.
Bu çöllər sizə görə deyil,
Dünyanı ağladan türklərin müğənni balaları...
Bu gecələr sizə görə deyil,
Səhəri bahalaşma ilə qarşılayanlar,
Bu səhərlər sizə görə deyil,
Vətəndə özünü qərib sayanlar...
Bu vətən sizə görə deyil,
Laqeyd insanların vətənpərvər oğulları-SATIN GETSİN!
Bu düşüncə sizə görə deyil,
Satılmış vətənin boynubükük insanları- ATIN GETSİN!
Raqif RAUFOĞLU-noyabr.2007

1462 gün-4 il- Bəziləri üçün qısa, bəziləri üçün isə uzun görünən bu rəqəm Ramilin həbsdə olduğu günlərin sayıdır. Bəli, bu gün Ramilin həbsindən nə az, nə çox düz 4 il keçir. Bu gün ədalətsiz qərarla Ramil ömürlük həbs cəzasına məhkum edilib. Səbəb: bir nəfəri qətlə yetirdiyinə görə... Ən acınacaqlısı odur ki, Ramil haqda hökm çıxarılarkən xüsusi diqqət çəkən heç bir məsələ nəzərə alınmadı. İki nəfəri qətlə yetirib, 3 nəfəri yaralayan Krikor Levonyan və Rafi Elbekyana 15 il həbs cəzası verildi. K.Levonyan isə cəmi 3 ildən sonra azadlığa buraxıldı.Terror aksiyası nəticəsində 8 nəfərin həyatına son qoyub, 60 nəfərin yaralanmasına səbəb olan V.Qarabedyan isə ömürlük cəza almasına baxmayaraq 15 il sonra azad olundu. Məşhur terrorçu, Qərbi Avropada “ASALA-nın inqilabi hərəkatı” adlı qruplaşmanın rəhbəri Monte Melkonyan terror aksiyası törətdiyindən həbs edildi. O zaman məhkəmə ona sadəcə 6 il iş verməklə kifayətləndi.Onun azad olunması tələbi ilə ASALA 15 terror aksiyası törətdi. Melkonyan 5 il sonra azadlığa çıxdı. Bu siyahını kifayət qədər uzatmaq mümkündür. Maraqlı cəhət ondan ibarətdir ki, bu insanlara məhkəmə sonsuz güzəştlər edərkən onların affekt vəziyyətində olmalarını, tarixdə heç baş verməmiş “Erməni soyqırımı”ndan təsirləndiklərini əsas götürürdülər. Amma nədənsə dünya bu gün böyük Türk millətinin bir əsrdə məruz qaldığı 3 dəhşətli soyqırımı (1915, 1918, 1992) nəzərə almır. Hansı ki onlardan biri- 1992-ci il Xocalı soyqırımı Ramilin necə deyərlər “müasiridir”. Bundan başqa onun vətənini, yaxınlarını itirməsi ona təsir edə bilməzdimi? Türkün ürəyi, düşüncəsi, hissləri yoxmu? 2 və daha artıq insanın ölümündə, onlarla insanın yaralanmasında, zərər çəkməsində günahkar olan, məşhur terrorçu qruplaşmaların üzvü olan insanlar uzaq başı 15 il həbs cəzası ilə cəzalandırılarkən, millətinə qarşı dəhşətli soyqırımın şahidi olmuş, vətənini, yaxınlarını itirmiş və üstəlik bu iyrəncliklərin günahkarı olan ordunun zabiti tərəfindən özünə, bayrağına təhqirlər görən birinə ömürlük həbs cəzası verilməsi və 30 il müddətində bütün amnistiya, əff etmə şanslarından məhrum edilməsi tükürpədici deyilmi??? Amma “İnsan ümid etdiyi müddətcə yaşayır” deyirlər. Yaşayırıq,ümid edirik.Haqq-ədalətin bərqərar olacağına ümid edirik. Amma bu ümidlə və bəzən də ümidsizliklə Ramilsizliyin 4-cu ilini də başa vurduq. Salam, məhbusluğun və Ramilsizliyin 5-ci
Mənbə www.ramilsafarov.org
Xocalı soyqırımı - 1992ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoratıcı alayının iştirakı ilə Xocalı şəhərini işqal edərkən, etnik azərbaycan türklərinə qarşı baş vermiş soyqırım.
Fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Həmin gün ermənilər 366-cı motoatıcı alayın köməkliyi ilə faşistlərin Xatında törətdikləri cinayətdən daha dəhşətli cinayətə imza atdılar. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur:
Bu rəqəmlər Ermənistan SSR-in dəstəyi və SSRİ rəhbərliyinin səhlənkarlığı ilə 1988-ci ildə başlamış və Azərbaycan SSR-in tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli, qanlı faciəsindən xəbər verir.
Davamı...
Bizim bu həyatda din imanımız ancaq paradır
Pulumuz yoxdur onçün indi ürəyimiz yaradır
Hələ də ermənilər kef çəkirlər Qarabağda
O səbəbdən də bizim üzümüz belə qaradır
Bu gedişlə nə vaxdsa çətin düzələ dövranımız
Ümid nə müxalifətə na da ki iqtidaradır
Xalqın pulunu yeyib doymayanlar anlamırmı?
Nı qədər tıxsalarda axırları məzaradır
Cibinə manat qoyub getmə sən daha bazara
Biz də indi hər şey əmerikənski dollaradır
Şad gündə sənlə deyib gülən dostların çoxunun
Dar günlərdə görən niyə üzləri kənaradır
Məni tanıyıb bilənlər yaxşı anladılarrmı?
Burda deyilən sözlərdən hansılar Anaradır
Anar Məmişov 15.02.2008
Vətən
Qarşı yatan qara dağı-yaylağım,
Düzənləri,ormanları-oylağım.
Əyilməyəm çinarları-bayrağım,-
Vətən!
Bax,gör,sevgim təzədimi,tərdimi?
Hər doğulan oğuldumu,ərdimi?
Daşlarına yazdım min il dərədimi-
Vətən!
Ağ alnıma Araz qara yazıdı,
Varaq,yol uzaqdı-qar ayazıdı,
Kərkükdü,Göyçədi,Qarayazıdı
Vətən
Davamı...
Seyid Cəfər Pişəvəri, (1892-1947) Azərbaycanlı inqilabçı, jurnalist, yazıçı və Azərbaycan Demokrat Firqəsinin başçısı.
Pişəvəri 1892-ci ildə Xalxal mahalının Zeyvə kəndində yoxsul kəndli ailəsində anadan olmuş və ilk təhsilini həmin kənddə almışdır. 1905-ci ildə Bakı şəhərinə mühacirət etmişdir. Bülbülə kəndində öz təhsilini davam etdirmiş, eyni zamanda əməklə də məşğul olmuşdur. 1913-cü ildən 1917-ci ilə qədər Xırdalan qəsəbəsində müəllimlik etmişdir. Dərin mütaliəsi sayəsində ictimai elmləri öyrənmiş və siyasi fəaliyyətə başlamışdır. Bakıda nəşr olunan "Açıq söz" qəzetində məqalələrlə çıxış edirdi. İran xalqlarının ağır vəziyyəti onu da düşündürür. 1918-ci ildən "Azərbaycan Cüzilayənfəki-İran" qəzetində əməkdaşlıq edir, İran xalqlarının ağır vəziyyətini aradan qaldırmaq üçün mübarizə yollarını göstərən siyasi məqalələr nəşr etdirir.
Davamı...

Azərbaycan Demokratik Respublikası (ADR) - Yaxın Şərqdə ilk demokratik və dünyəvi dövlət. ADR 27 may 1918də Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən bəyan edilmişdir. Bakı şəhəri Stepan Şaumyanın başçılığı altında Bolşevik Bakı Soveti və Daşnak silahlı dəstələrinin nəzarətində olduğu üçün, Azərbaycan höküməti müvəqqəti olaraq Gəncə şəhərində yerləşmişdir.
15 sentyabr 1918də, ağır döyüşlərdən sonra, Azərbaycan Milli Ordusunun və Nuru paşanın başçılıq etdiyi Osmanlı Türk İslam Ordusunun hissələri Bakını Bolşevik, Daşnak Erməni və İngilis hərbi dəstələrindən azad etmışdir və müstəqil Azərbaycan höküməti Bakıya köçmüşdür.
Davamı...