
Mütləq oxuyun və fikirlərinizi bildirin (sən nəyə hazırsansa o da sənin üçün hazırdır) M.V.Hansen Hə əqraba bu yazını oxuyannan sonra bəlkədə bir çoxları mənə hiddətlənəcək bəlkədə bir çoxları məni nədəsə günahlandıracaq(bu nəsnələri yəqin ki başa düşdünüz).Amma ki yazacam yenə qələmimi əyri tutsamda düz yazacam.
Bir bu şəkilə diqqət yetirək.!!!Necə dəhşətdidir deyilmi?İnsan baxanda ürəyi ağrıyır isət-istəməz.Bir zaman Azərbaycanlıların Allah yolunda ibadət etdiyi Allahın evində bu gün Üzdəniraq qonşularımız it inək hətta bizim üçün haram sayılan donuzları saxlamaqdan belə çəkinmir.Biz isə oturub lazımı gözləyirik.İnşallah lazım gələn kimi Torpaqlarımızı geri qaytararıq!!!!!
Davamı...
Biz, keçid dövrünün gəncləriyik!
Uşaqlığımız, çörək növbəsində,
Cavanlığımız, avtobus növbəsində,
Ümidlərimiz, növbəti sabahlarda…
Arzularımız ürəyimizdə,
Doludur ürəyimiz də.
Həm küsgün, həm duyğulu,
Gözlərimiz yuxulu,
Addımlarımız inamsız,
Inamımız keçici olaraq
Vicdan dairəsi xaricində…
Biz, keçid dövrünün gəncləriyik!
Qaytarmalıyıq torpağı.
Başlarımız aşağı,
Əllərimiz telefonda,
Baxışlarımız onda, bunda,
Nə var maraqlı, təzəsi?
Tanış olaq?
Ötür gəlsin...
Biz, keçid dövrünün gəncləriyik!
Bəxtimiz lotoreyalarda,
Məsləyimiz diplomlarımızda,
Diplomlarımız bazarda,
Bazarlarımız keçidlərin içində…
Biz, keçid dövrünün gəncləriyik!
Keçirilən hər müsabiqədə varıq.
Keçi kimi də inadkarıq.
Hər şeyimizdən keçərik,
Ulduz olmaq üçün.
Keçmişimizdən də.
Bacarıqlı olanları əzib keçərik,
Keçin deməkdənsə…
Biz, keçid dövrünün gəncləriyik!
Ey, yolumuzu bağlayan qüvvə!
Özünü bizdən gözlə!
Ümidlərimizin,
Yarımçıq arzularımızın,
Problemlərimizin,
Çılğın hisslərimizin,
Ən gözəl duyğularımızın
Əlindən tutub,
Özümüzlə
Aparırıq qocalığa,
Biz, keçid dövrünün gəncləriyik!
Raqif RAUFOGLU
23.03.2008.
1918-ci il martın 31-də ermənilər ayrı-ayrı bölgələrdə 50 mindən çox azərbaycanlının həyatına son qoyublar
Bu gün ermənilərin ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı törətdiyi soyqırımdan 90 il keçir. 1918-ci ilin məhz bu günündə ermənilər Şimali Azərbaycanın, yəni indiki Azərbaycan Respublikasının ayrı-ayrı bölgələrində yaşayan 50 mindən çox azərbaycanlının həyatına vəhşicəsinə son qoyublar.
On minlərlə insana maddi ziyan dəyib. Təəssüf ki, indiyə kimi həmin faciə beynəlxalq səviyyədə tanınmayıb. Buna görə heç bir kompensasiya ödənilməyib. Yalnız 10 il bundan əvvəl martın 18-nin azərbaycanlıların soyqırım günü kimi qeyd edilməsinə qərar verilib. Bu münasibətlə bu gün Azərbaycanda və xaricdə bir sıra tədbirlər keçiriləcək, soyqırım qurbanları anılacaq.
Cənubi və Qərbi Azərbaycandakı qırğınlar da nəzərə alındıqda, faciə daha böyük olub. Bütövlükdə 1918-ci ildə Urmiya, Xoy, Maku, Salmas, Bakı, İrəvan, Şamaxı, Quba, Şuşa, Gəncə, Lənkəran, Kürdəmir və digər şəhərlərdə, kəndlərdə azğınlaşmış erməni quldur dəstələri dinc əhaliyə divan tutmuş, 100 minlərlə insanı qətlə yetirmişlər. Ermənilər soydaşlarımızı xüsusi qəddarlıqla öldürür, yalnız öldürməklə kifayətlənmir, başlarını, qulaqlarını, burunlarını kəsir, gözlərini çıxarır, başlarının dərisini soyur, qadınların döşlərini kəsir, qarınlarını cırır, uşaqları nizələrlə yerə mıxlayırdılar. /ANS PRESS/
Martın 31-i bize Azerbaycan tarix siyasetinde unudulmaz üç günü xatırlatıyor.
Günler var ki, sevincinin böyüklüyü ile, günler de var ki, felaket ve qüssesinin ezemeti ile unudulmaz. 31 Mart ikinci günlerden idi. Bu gün tarixin qeyd ede bildiyi “Aşura”, “Vorfolomey gecesi” kimi xainane bir suretde hazırlanmış siyasi facielerden birisi idi.
Bize deye bilerler ki, herbi-ümumi sefaheti (sehifeleri) arasında mart hadiseyi-elimesini defelerle öten esefli (teessüf edilecek) hadiseler vaqe olmuşdur. Bunun üçün dexi mart günlerinde Bakı soqaqlarında icra olunan mezalim ve qitali Erebistanın qızğın çöllerinde ve yaxud Firengistanın inqilabla qaynar şeherlerinde hadise olan uzaq misalları ile müqayise etmeye ne hacet!
Evet doğrudur, doğrudur ki, Belçikada, Serbiyada, Türkiyede, Acarıstanda, nehayet Kars, Muş, Van ve sair yerlerde, hetta herbi-umumiden resmen xaricde qalan İranda, Urmi, Selmas ve Xoyda şeklen Bakı hadisesine benzer ve belke de bundan daha feci hadiseler vaqe olmuşdur.
Bunlar doğrudur.
Biz Bakıdakı mart hadiselerini yada salarken o günlerde icra olunan vehşete, zülme, yaxılan xanimanlara, parçalanıb da divarlara mıxlanan yavrulara, hetk olunan (parçalanan), irz ve namuslara dexi etfi-nezer ediyor - insanın bir anda dönüb canavardan da bedter hala düşmek leyaqetinden dexi olduğunu böyük bir hissi-infial (xecaletçekme) ve şermendelikde görüyoruz.
Feqet mart günlerinin esl faciesi tekce bu cehetden deyildir. Martda söylediklerimizden ve söylemediklerimizden daha böyük, daha şeni (çirkin), daha merdud (hüquqa zidd), daha iyrenc bir hadise vaqe olmuşdu. İctimai bir inqilab nami ve perdesile ortaya çıxıb milli bir edavet icra edilmişdi. Burjuaziyaya elani-herb edilib emele (fehle) ve kasibe qırılmışdı.
Davamı...
Bölməsiz 94
Məni udsun Qara torpaq Qarabağ getsə əgər
Haqqım yoxdur mən olum sağ Qarabağ getsə əgər
Baba Pünhan
Bizi uddu qara topraq Qarabağ getdi ay Baba
Bizi oyatmadı bu millət yaman yatdi ay Baba
Hər seçkilər zamanı dilləri oldu şip-şirin
Sandim ki bizim siyasətçilər şərbətdi ay Baba
Məmmədəmini nədənsə bəyənmədi şahımız
Bu axı bizim tarixə xəyanətdi ay Baba
Neçə günahsızları bir-bir içəri göndərdilər
Bilmirəm bu necə Hürrəyyətdi ay Baba
Vətənin bu gününə heç yanmayır çoxları
Çün onların isdədiyi şan-şöhrədti ay Baba
Anarın ürəyi də Vətəni üçün yaralıdır
Neçə ildi el-obaya yaman həsrətdi ay Baba
Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi.
XV əsrin sonuna aid "Mən Çariçanı gördüm" adlı, müəllifi bəlli olmayan erməni poemasına diqqət edək. Poemada Rusiya çarı III İvanla (1462-1505) Bizans şahzadə xanımı Sofiya Poleoloğun toyu təsvir olunur. O, III İvanın təklif etdiyi hədiyyələrdən imtina edərək İstanbulun tutulmasını tələb edir, III İvan isə Qüdsü azad edəcəyini və Eçmiədzinədək gedəcəyini bildilir.
Poemanın ideyasının "Moskva - üçüncü Roma" nəzəriyyəsinə uyğun olduğunu aydın görürük. (Moskvanın üçüncü Roma olması haqqında baxış 1453-cü ildə İstanbulun süqutundan sonra yaranmağa başlamış, XVI yüzilliyin əvvəllərində Yelizar monastrının abidi Filofey tərəfindən bitkin nəzəriyyəyə çevrilmişdir. Xristian dövlətlərinin Türkiyəyə qarşı ittifaqı xüsusilə, "ikinci Roma imperiyası" adlandılıran Bizansın mülkiyyət və hüquqlarının varisinin Rusiya olması və başqa məsələlər bu nəzəriyyənin əsasını təşkil edir). Bu poemanın ideyası yalnız poetik istək olmaqla qalmamışdı. Onun həyata keçirilməsi üçün erməni-rus hərbi siyasi ittifaqının əsaslandırılması və yaradılması sahəsində də addımlar atıldı.
Davamı...
Birlik olmayan yerdə dirlikdə olmaz
M.Ə.Rəsulzadə Bu yazını yazmağıma səbəb tez-tez rast gəlinən bir ifadədi «Əşşi bu Millətə bu da azdı elə əcəb olur» Bunu özüdə həmişə adətən ziyalılarımız deyir.Bu ziyalılarımız da tez-tez biz GƏNCLƏRİ qınaq obyektinə çevirirlər.Amma ki bilmirlər ki elə günah bunnarən özlərindədi.OT KÖKÜ üstündə bitər deyib zamanında bizim ATALARIMIZ!!!!!!! Davamı...