Yolumu gözlədin hər səhər-axşam,
Salam, Dar ağacı!
Əleyküm-salam.
Əcəllə ölməyə doğulmamışam,
Salam, Dar ağacı!
Əleyküm-salam.
O hansı millətdir, taleyi sirdir?
Yüz adla bölündü, yenə də birdir!
Məni hüzuruna bu dərd gətirdi,
Salam, Dar ağacı!
Əleyküm-salam.
Xəzəri, Baykalı, Aralı gördüm,
Gördüm can üstədir, yaralı gördüm.
Tanrını bəndədən aralı gördüm,
Salam, Dar ağacı!
Əleyküm salam.
Çarxı tərs fırlanır fələk qarının,
Turan kölgəsində budaqlarının.
Rəngi bayrağımda yarpaqlarının,
Salam, Dar ağacı!
Əleyküm salam.
Əvvəlin axırı, sonun əvvəli
Buymuş, bilməmişəm bunu mən dəli.
Qorxum yox! Nə olsun boyun göy dəlir?!
Salam, Dar ağacı!
Əleyküm-salam.
Türkiyənin Yeni Şafak qəzetinin yaydığı məlumata görə Türkiyədəki masonlər ölkəmizdə uzun müddətdir yeritdirdikləri siyasətin bəhrələrini almağa başlayıblar.
Hür ve Kabul Edilmiş Masonlar Büyük Locası'nın mətbuat xidmətinin Təvsiyə Jurnalında müstəqil bir Böyük Azərbaycan Mason Lojasının yaxın vaxtlarda qurulacağını bildirərək qurucu olmaq istəyən «QARADAŞLARIN»adını ehtiva edən siyahı ilə Azərbaycanda işlərə başlandığını bildirib.
Qəzetin yaydığı məlumata görə Hələ 2003 cü ildə Türkiyə böyük lojası Azərbaycanda «XƏZƏR lojasını» yaratmış amma heç cürə «Böyük Azərbaycan Lojasını» yarada bilməmişdərlər.
Qeyd olunub ki Azərbaycanlı Masonların 2003-cü ildən bəri Türkiyədə öyrədilir.
Qəzetdə qeyd olunub ki «Yeni Üfüq» adi verilən komisiyyanın rəhbərliyinə əslən Azərbaycanlı olan Behzat Rizvani gətirilmiş.Sekretərliyinə isə Ankara Vadisindən
Əli Herischi gətirilmışdir.2003-cü ildən bu yana Azərbaycanlı Masonların sayı xeyli artmışdır.

Mossad (ivritcə: המוסד למודיעין ולתפקידים מיוחדים) - kəşfiyyat və xüsusi təyinatlı əməliyyatlar həyata keçirən İsrail xüsusi xidmət orqanı. İsrailin məxfi kəşfiyyat orqanı olan Mossad dünyanın ən effektiv və professional işçi heyətlərindən birinə malikdir.
1949-cu il 13 dekabr tarixində yaradılmış, mərkəzi ofisi Təl-Əviv şəhərində yerləşir. İşçilərinin sayı 1200 nəfərə çatır. Rəhbərlərinin adı əvvəllər məxfi saxlanılsa da, keçən əsrin 90-cı illərindən etibarən rəsmi şəkildə elan olunur. 2005-ci ildən etibarən Mossadın rəhbəri Meir Daqandır. Rəhbər birbaşa baş nazirə məruzə edir.
İsrailin digər xüsusi xidmət orqanları:
AMAN-hərbi kəşfiyyat xidməti (Rəis - Aharon Zeevi)
Şin Bet (Şabak adı ilə də tanınır, (Şerut bitahon klali - "ölkədaxili təhlükəsizlik xidməti") ölkədaxilində təhlükəsizlik işlərinə cavabdehdir.
Dəqiq məlum olmasa da səkkiz şöbədən ibarət olması güman edilir:
Toplanış bölməsi - ən böyük bölməsidir. Bütün casusluq əməliyyatları məhz bu şöbədən idarə olunur. Qismən məxfi, qismən də açıq şəkildə - İsrailin diplomatik konsulluqlarında olmaqla bütün dünyada filialları mövcuddur. Ehtimallara görə şöbə özü də regionlar üzrə bölünür.
Siyasi işlər və əməkdaşlıq üzrə şöbə dost ölkələrin müvafiq orqanları ilə əməkdaşlıq və İsrailnən birbaşa rəsmi diplomatik münasibətləri olmayan ölkələrnən əlaqələr saxlamaq işlərinə baxır. İsrailin bir qədər iri konsulluqlarının hər birində bu şöbənin işçiləri çalışır.
Xüsusi təyinatlı əməliyyatlar şöbəsi, və ya Meçada, hücum, sabotaj və hərbi aksiyaların təşkili və ən yüksək məxfilik şəraitində psixoliji müharibələrin aparılması məsələləri ilə məşğuldur.
LAP (לוחמה פסיכולוגית) - psixoloji müharibələr və təbliğatlar aparılması və aldadıcı manevrlərin işlənilməsi ilə məşğul olur.
Tədqiqatlar şöbəsi - burada dünyanın müxtəlif bölgələrindəki durum haqqında vaxtaşırı hesabatlar hazırlanır. 15 regional qrupa bölünür və xüsusi diqqət Yaxın Şərqə yönəlmişdir. Şöbə daxilində atom silahları ilə məşğul olan qrup da mövcuddur.
Texniki şöbə - Mossadın həyata keçirdiyi əməliyyatların maddi-texniki təminatına və xüsusi təyinatlı texniki avadanlıqların işlənib hazırlanması məsələlərinə cavabdehlik daşıyır.
Mossad- mülki strukturdur, orada hərbi rütbələrdən istifadə olunmur. Bununla belə işçilərinin əksəriyyəti orduda xidmət etmiş, çoxları isə orduda zabit rütbəsinə sahibdir.
Menbe-az.wikipedia.org

Gəl oxuma sən “Azadlığı”amandı
Hər gün niyə əldə qəzet gəlirsən?
Yazılanları bir-bir bizlə bölürsən
Oğul bunu ki sən yaxşı bilirsən
Bizim bu YAP “Azadlığa” düşmandı
Gəl oxuma sən “Azadlığı”amandı
Səsini çıxartma heç dayan sakit
Görmədinmi nec şərləndi SAKİT?
Oğul sənin eşitdiyin o yezit
Bu hakimiyyətin yanında yalandı
Gəl oxuma “Azadlığı”amandı
Millət xəstə yoxdur ki doxtoru
İndidə həbs olundu baş redaktoru
Hara baxır bunun baş prokuroru
Neçə yazarların yeri zindandı
Gəl oxuma “Azadlığı”amandı
Çək yaxanı siyasətdən qırağa
Yaltaq ol ku gedəsən qabağa
Dünən birini çəkdilər bıçağa
Bax uşağın ürəyi necə qandı
Gəl oxuma “Azadlığı”amandı
Sənə şor düşür Yapçımıza yağ
Bunnarı düşündürmür ki Qarabağ
Polis verir xalqımıza güclə ağ
Aya bunnar elə Narobarandı
Gəl oxuma “Azadlığı”amandı

Salam Azərbaycanlılar.Bilirəm çox sevinirsiz axı Novruz gəlib.Yığılıb təmtəraqla qeyd edirsiziniz.Əvvəl yenə heç olmasa arzularınızda gələn Novruzu mənimlə bir yerdə qeyd etməyi arzulardınız amma indi onu da çox görürsünüz mənə.Siz orda Çalıb-oynayırsız burda isə mənı ZORLAYIRLAR ermənilər.Orda ocaq qalayırsız burdaki Ocaqlarinizi isə ermənilər murdarlayır.BMT təzə qətnamə qəbul edib eşitdiyimə görə siz buna yaman sevinmisiniz ki guya məni sizə elə-belə qaytaracaqlar.O qətnamələrdən o qədər görmüşəm ki ən inanıb eləmirəm.
Davamı...

ÇANAKKALE
Övün, ey Çanakkale, cihan durdukça övün!
Ömründe göstermedin bin düşmana bir düğün.
Sen bir büyük milletin savaşa girdiği gün,
Başına yüz milletin üşüştüğü yersin!
Sen savaşa girince mızrakla, okla, yayla,
Karşına çıktı düşman çelikten bir alayla.
Sen topun donanmayla, tüfeğin bataryayla,
Neferin ordularla boy ölçüştüğü yersin!
Nice tüysüz yiğitler yılmadı cenk devinden,
Koştu senin koynuna çıkar çıkmaz evinden,
Sen onların açtığı bayrağın alevinden,
Kaç bayrağın tutuşup yere düştüğü yersin!
Bir destana benziyor senin bugünkü halin,
Okurken duyuyorum sesini ihtilalin.
Övün, ey Çanakkale ki, Sen Mustafa Kemal’in
Yüz milletle yüz yüze ilk görüştüğü yersin!
Faruk Nafiz Çamlıbel
Davamında şer və şəkillər var
Davamı...



