
Davamı...

Hörmətli blog istifadəçiləri Lütfən www.votethenation.com linkine girib Azərbaycana səs verin!
Az-nin qarşisinda Link nişanini tuşlayin, Kodu daxil edib, vote and save duymesini clikləyin! Hər 6 saatda 3 defe səs verə bilərsiz.

Hə əqraba Şuşanın işğalından nə az nə çox dün 16 il keçir.Həmişə olduğu kimi yenə də başlayırıq boş-boş danışmağa.Elə mən özümü başa düşənnən bu BOŞBAĞAZLIĞI görürəm.
Hə əqraba dünən yenədə Araq vuran bəzi KİŞİLƏRİMİZ öz rumkalarını toqquşduraraq gələn il bui vaxtı Şuşada araq vurmağı ALLAHDAN arzuladı.
Başqa nəsə yazmağa ehtiyac görmürəm!!!!!Onsuzdə bu MƏMLƏKƏTDƏ hər şey olduğu kimi sözdə DƏYƏRDƏN düşüb!!!!!
Ermənistan Silahlı Qüvvələrinin Şuşaya hücum planı 1992-ci il martın 21-nə planlaşdırılsa da, Xankəndindəki ermənilərin təhlükəsizliyi təmin olunmadığından əməliyyat təxirə salınır. Ya aprelin 24-ü - ermənilərin qondarma soyqırımı günü, ya da uzağı 9 may - faşizm üzərində qələbə günü Ermənistan Silahlı qüvvələri genişmiqyaslı hücuma keçməli idilər.
Həmin vaxt ərazidə artıq könüllü özünümüdafiə batalyonları formalaşmışdı: Ramiz Qəmbərov, kərkicahanlı İslam və Fəxrəddin Səfərovun dəstəsində ümumilikdə 500-ə yaxın könüllü vuruşurdu. Əsas müdafiə mövqelərindən birində Müdafiə nazirliyinin bir briqadası (komandir Elbrus Orucov) və 777-ci əlahiddə tabor (komandir Elçin Məmmədov) dayanmışdı.
Şuşa şəhərində 23 min əhalidən cəmi 8 mini qalmışdı, qoşun idarə oluna bilmirdi. Şuşa-Laçın qarnizonun komandiri Elbrus Orucov təyin olunsa da, komandirlərin onunla hesablaşmadığı barədə hətta müdafiə naziri Rəhim Qazıyevə gileylənmişdi də.
Davamı...



