
Əziz iqtidar sahibləri, mülk sahibləri və pul sahibləri! Sizlərə xitab edən «Çadır düzü»nün sakinləridir. Əvvəla, nəzərinizə çatdırmaq istəyirik ki, sihin bizdən xəbəriniz olmasa da, bizim sizdən xəbərimiz var. Uzaqdan uzağa da olsa sizin gün-güzəranınınzı izləyirik. Sevinirik ona görə ki, xalqımızın doxsan faizinin dilənçi kökündə, səfalət içərisində yaşadığı bir zamanda siz özünüzə belə gözəl, firavan həyat qura bilmisiniz. Yəni belə qabiliyyət hər millətdə ələ düşən şey deyil. Deyirəm heyf, «Cıdır düzü»ndə, İsa bulağında yeyib-içib kef elədiyiniz günlər. Amma fikir çəkməyə dəyməz. Bu xoş günləri yada salmaq üçün, biz hamılıqla sizi Çadır düzünə dəvət eləyirik.
Əşi, İsa bulağı olmasın, bulanıq su olsun. «Cıdır düzü» olmasın, Çadır düzü olsun, nə fərqi? Heç oraynan-buranın yeməklərində də bir təfavüt görməyəcəksiniz. Məsələn, biz sizə lülə kabab yox, «Lələ» ləqəbli bir sakinimiz fikriləşib tapıb, ona görə adını «Lələ kabab» qoymuşuq. Manqalsız, şişsiz hazırlanan bir şeydir. Döyülmüş otdan, samandan ibarət olur. Basdırma zad lazım olmur. Çünki Allah özü basdırıb. Biz ancaq qoparıb doğrayırıq. «Lələ kabab»dan sonra tikə-tikə olmuş «Ürək kabab» görəcəksiniz. Bu kabab, demək olar ki, hər çadırda olur. Axırda isə çizi «Yara ciyər kababı»na və «Vərəm qovurma»sına qonaq edəcəyik. Yeməkdən sonra sizə konsert göstərəcəyik. Şru proqramdan fərqli olaraq uzun illər lovda olduğumuzdan bizimki «Lou» proqram adlanır.
Davamı...







