
Bu gün erməni zabiti Qurgen Marqaryanı qətlə yetirdiyinə görə ömürlük azadlıqdan məhrum edilən Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun məhkəmə nəzarətçiləri ilə olan insidentlə bağlı Budapeşt Şəhər Peşt Rayon Məhkəməsinin 17 noyabr 2006-cı il tarixində çıxardığı hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, proses 2 saat davam edib. Dövlət ittihamçısı məhkəməyə gəlmədiyi üçün onun müraciəti oxunub. Dövlət ittihamçısı məhkəmədən Ramil Səfərovla bağlı 17 noyabr 2006-cı ildə verilən cəzanın ağırlaşdırılmasını xahiş edib. Zabitimizin macar vəkili Klara Fişer isə məhkəmədən cəzanın yüngülləşdirilməsini istəyib. Daha sonra çıxış edən Ramil Səfərov vəkilin fikirləri ilə razılaşdığını bildirib. Sonda hakim Qobor Şomodi qərarı açıqlayıb. Apellyasiya Məhkəməsi Budapeşt Şəhər Peşt Rayon Məhkəməsinin 17 noyabr 2006-cı il tarixdə çıxardığı hökmün (şərti olaraq 8 aylıq cıza) qüvvədə saxlanılması barədə qərar çıxarıb. Prosesdə Azərbaycanın Macarıstandakı səfirliyinin əməkdaşları da iştirak ediblər.
Davamı...
Siyasi partiyalar və QHT-lər PKK-nın terrorçu təşkilat kimi tanınması üçün Milli Məclisə müraciət göndərdi





